SON XƏBƏRLƏR

Müharibə dövrü Azərbaycan bizə kömək etdi - İran Prezidenti

2026.08.10, 09:59
Müharibə dövrü Azərbaycan bizə kömək etdi - İran Prezidenti

İran Prezidenti Məsud Pezeşkian ölkəsinə qarşı tətbiq edilən blokada şəraitində regional diplomatiyanın və qonşu ölkələrin, xüsusilə Azərbaycanın rolunu vurğulayıb.

Gunaz.tv

İran prezidenti həmçinin ABŞ və İsrailin ölkədə xaos yaratmaq planlarının fiaskoya uğradığını bəyan edib.

Pezeşkian müharibə dövründə Azərbaycanın Tehrana göstərdiyi dəstəyi və logistik imkanları xüsusi qeyd edib:

"Azərbaycan bütün yolları, bankımızı bağlamışdı... Telefonla danışdıq, iki saat ərzində yenidən açdı. Bank da açıldı, səfirlik də açıldı, yol da açıldı. Müharibə zamanı bizə kömək etdilər, oradan çoxlu yolları — istər Rusiya ilə, istər öz yolunu açdı, nə lazımdırsa yardım göstərdilər, bizimlə əməkdaşlıq etdilər".

Pezeşkian analoji addımların İraq tərəfindən də atıldığını bildirərək, bu cür regional diplomatiyanın İrana qarşı tətbiq olunan mühasirəni yarmaqda mühüm rol oynadığını diqqətə çatdırıb.

İran prezidenti ölkəyə təchizatların necə daxil olmasına da toxunaraq, bir çox məsələlərin ictimaiyyətə açıqlanmamasının səbəbini izah edib:

"Digər tərəfdən də İrana qarşı blokada var, siz elə bilirsiniz bu təchizatlar haradan gəlir? Bir çox məsələləri deməməyimizin səbəbi odur ki, bu xəbərlər kənara çıxanda ABŞ və İsrail gəlib başqa cür qarşısını alırlar. Haradan nə etdiyimizi görəndə gəlib bir yolu bağlayırlar".

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar