SON XƏBƏRLƏR

Vens: İran ABŞ-a verdiyi öhdəliklərə əməl etməyib

2026.08.14, 11:24
Vens: İran ABŞ-a verdiyi öhdəliklərə əməl etməyib

İran bəzi hallarda ABŞ qarşısında götürdüyü öhdəliklərə əməl etməyib və “qeyri-adekvat” davranır.

Gunaz.tv

Bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens “Fox News”a müsahibəsində bildirib.

“Əminəm ki, biz məqsədlərimizə nail oluruq,” – deyə Vens bildirib. “Lakin bu, mahiyyət etibarilə proqnozlaşdırılması çətin bir məsələdir, çünki iranlıların özləri proqnozlaşdırılmazdır və onlar bəzən bizə verdikləri öhdəliklərə əməl etmirlər.”

Vens bildirib ki, Vaşinqtonun birinci məqsədi Ərəb körfəzi ölkələrinin dünya bazarına neft və qaz tədarükünü davam etdirə bilməsini təmin etmək və bununla da amerikalılar üçün enerji qiymətlərinin aşağı saxlanmasına kömək etməkdir.

Onun sözlərinə görə, ikinci məqsəd isə İranın heç vaxt nüvə silahına sahib olmamasını təmin etməkdir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar