SON XƏBƏRLƏR

İranda etirazçı Şəhərəm Sadıqi edam edildi

2026.08.16, 09:25
İranda etirazçı Şəhərəm Sadıqi edam edildi

Gunaz.tv

İranın Ədliyyə Hakimiyyəti yanvar ayında keçirilən etirazlarda iştirak edən daha bir şəxsin bu gün, bazar günü səhər edam edildiyini açıqlayıb.

Ədliyyə hakimiyyətinə bağlı xəbər agentliyi Şəhərəm Sadıqinin yanvarın 8-də avtomobillə təhlükəsizlik qüvvələrinin əməkdaşlarını vurduğu iddiası ilə saxlanıldığını bildirib.

Şəhərəm Sadıqinin məhkəməsinin necə keçirildiyi və iş üzrə araşdırmanın gedişi ilə bağlı hər hansı sübut və sənəd açıqlanmayıb. İranda siyasi məhbuslar əsasən insan hüquqları standartlarına zidd şəkildə əldə edilən etiraflar əsasında məhkum edilir. Beynəlxalq təşkilatlar bu cür etirafları qəbuledilməz hesab edir.

BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk ötən həftə İran hakimiyyətinin edamlardan “cəmiyyətə damcı-damcı qorxu yeritmək” vasitəsi kimi istifadə etdiyini bildirib.

BMT-nin məlumatına görə, cari İran təqvim ilinin əvvəlindən indiyədək milli təhlükəsizliklə bağlı ittihamlarla azı 56 nəfər edam edilib. Onlardan 27 nəfər etirazlarla əlaqəli işlər üzrə edam olunub.

Volker Türk sözlərinə görə, daha 100-dən çox insan edam təhlükəsi ilə üz-üzədir.

 

 

GünAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar