SON XƏBƏRLƏR

İran ordusundan ABŞ əsgərləri üçün 30 min dollarlıq “mükafat”

2026.08.16, 22:00
İran ordusundan ABŞ əsgərləri üçün 30 min dollarlıq “mükafat”

ABŞ əsgərlərini qadın öldürsə, mükafat ikiqat olacaq!

Gunaz.tv

Gunaz.TV xəbər verir ki, İran ordusunun baş komandanı Əmir Hatəmi ABŞ əsgərlərini öldürən və ya əsir götürən şəxslər üçün 30 min dollar məbləğində mükafat müəyyən edildiyini açıqlayıb.

Hatəmi bildirib ki, bu əməliyyat qadın tərəfindən həyata keçirilərsə, mükafatın məbləği iki dəfə artırılacaq. O, mükafatın ödənilməsi qaydaları ilə bağlı əlavə məlumat verməyib və ordunun xalqın maliyyə təminatına “dəstəyini” elan etməsindən sonra bu mükafatları ödəyəcəyini deyib.

Bu açıqlamalar ABŞ qüvvələrinin İran ərazisinə daxil olmağa hazırlaşdığına dair hər hansı əlamətin olmadığı bir vaxtda səsləndirilib. 40 günlük müharibə zamanı da İran ərazisində qəzaya uğrayan ABŞ döyüş təyyarəsinin pilotunun xilasetmə əməliyyatı ABŞ hərbçilərinin öldürülməsi və ya əsir götürülməsi olmadan həyata keçirilib.

 

GünAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar