SON XƏBƏRLƏR

Fransa hökuməti iki İran diplomatını ölkədən çıxaracaq

2026.08.19, 11:01
Fransa hökuməti iki İran diplomatını ölkədən çıxaracaq

Fransa Tehrandakı Fransa diplomatik nümayəndəliyinin iki əməkdaşının saxlanılmasına cavab olaraq bu yaxınlarda iki İran diplomatını ölkədən çıxarmaq niyyətindədir.

Gunaz.tv

Bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro məlumat verib.

"Mən bu qəbuledilməz hərəkətlərin nəticələrinin olacağını bildirmişəm. Yaxın günlərdə iki İran diplomatı Fransadan çıxarılacaq", - XİN rəhbəri açıqlayıb.

Qeyd edək ki, iyulun 19-da İranda iki fransız diplomat polis tərəfindən saxlanılıb. Onlar bir neçə saat saxlanılıb, dindirilib və onlardan birinə qarşı pis rəftar edilib. Daha sonra diplomatlar azad olunaraq Fransaya qaytarılıblar.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar