SON XƏBƏRLƏR

İsrail və Türkiyə arasında gərginlik artıb

2026.08.21, 22:31
İsrail və Türkiyə arasında gərginlik artıb

Gunaz.tv

İsrail Baş Nazirlik Ofisi bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə qarşı addımlarını Suriyaya da genişləndirir və İsrail bu vəziyyətə dözməyəcək.

Netanyahu ofisinin «X» platformasında yaydığı açıqlamada Ərdoğan «antisemitizmdə», HƏMAS-a dəstək verməkdə və siyasi müxalifləri təqib etməkdə ittiham olunub. Açıqlamada həmçinin Ərdoğanın İsrail rəhbərləri və hərbçilərini «qorxutmaq» cəhdlərinin nəticə verməyəcəyi bildirilib.

Bu açıqlamalar İsrail və Türkiyə arasında Suriya və Ankaranın bu ölkədəki hərbi mövcudluğu ilə bağlı artan gərginlik fonunda səsləndirilib.

 

GünAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar