SON XƏBƏRLƏR

Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib

2026.08.30, 12:30
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff bu həftənin əvvəlində Moskvaya gizli səfəri zamanı Rusiya-Ukrayna müharibəsinə son qoymaq məqsədilə ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə üçtərəfli görüş keçirilməsini təklif edib.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, Bu barədə “Axios” iki mənbəyə istinadən məlumat yayıb.

Bu, Con Retkliffin Rusiya ilə Ukrayna arasında diplomatik səylər çərçivəsində irəliləyiş əldə edilməsinə vasitəçilik etmək təşəbbüsünə şəxsən cəlb olunduğu ilk hal olub. Mənbə bildirib ki, Con Retkliffin səfərinin məqsədlərindən biri Rusiyanın kəşfiyyat xidmətlərinin rəhbərlərinin Putini ABŞ-ın vasitəçiliyi ilə Ukrayna ilə danışıqların bərpasına doğru addım atmağa inandıra bilib-bilməyəcəyini müəyyənləşdirmək olub.

Cümə günü ABŞ rəsmiləri Volodimir Zelenskiyə Con Retkliffin Moskvada apardığı danışıqlar və üçtərəfli sammit təklifi barədə məlumat veriblər.

Tramp administrasiyası daha əvvəl də bu ideyanı gündəmə gətirib. Zelenski bu təklifə razılığını bildirib, lakin Putin onu rədd edib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar