SON XƏBƏRLƏR

Tramp Hörmüz boğazının adının “Tramp boğazı” olaraq dəyişdirilməsini təklif etdi

2026.09.02, 17:31
Tramp Hörmüz boğazının adının “Tramp boğazı” olaraq dəyişdirilməsini təklif etdi

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının adının “Tramp boğazı” olaraq dəyişdirilməsini təklif edib və bir daha bu su yolunun ABŞ-ın nəzarətində olduğunu bildirib.

Tramp “Truth Social” sosial şəbəkəsində yazıb: “İndi ABŞ-ın nəzarətində olduğuna görə, Hörmüz boğazının adını Tramp boğazı olaraq dəyişdirməliyikmi?”

O, daha sonra öz adına işarə edərək bildirib ki, bu boğaz “Amerikanın özü kimi, hər zamankından daha isti olacaq”.

Tramp daha əvvəl də bir neçə dəfə Hörmüz boğazını ABŞ ərazisinin bir hissəsi elan etmək niyyətində olduğunu bildirmişdi.

Bu açıqlamalar ABŞ qüvvələrinin Hörmüz boğazı yaxınlığında SEPAH-ın mövqelərinə yeni zərbələr endirməsindən bir gün sonra verilib.

Tramp həmin hücumların İran qüvvələrinin Hörmüz boğazına mina yerləşdirməyə cəhdi və İordaniyadakı ABŞ hərbi bazasına raket atmasına cavab olduğunu bildirib.

 

GunAzTV
R.G

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar