SON XƏBƏRLƏR

Özbəkistan əlifbasını dəyişdirir

2026.09.11, 10:13
Özbəkistan əlifbasını dəyişdirir

Özbəkistan türk dünyasında ortaq əlifba yaratmaq məqsədinə doğru mühüm addım atıb.

Gunaz.tv

Bu haqda Özbəkistan mediası məlumat yayıb.

Senatı, xüsusən də Türkiyə və Latın əlifbasından istifadə edən başqa türk ölkələrinin əlifbası ilə özbək əlifbasını daha uyğun edəcək islahatları təsdiqləyib.

Yeni Özbək əlifbası mövcud 26 hərf və 3 hərf kombinasiyası əvəzinə 28 hərf və apostrofdan ibarət olacaq.

Bu, Özbək əlifbasının türk dünyasında istifadə olunan əlifbalarla, xüsusən də Türkiyə əlifbası ilə oxşarlığını artıracaq.

Senatda qəbul edilən qanun təsdiq üçün Özbəkistan Prezidenti Şövkat Mirziyoyevə göndərilib. Yeni əlifba Mirziyoyev qanunu imzaladıqdan sonra qüvvəyə minəcək.

Bildirilib ki, bu dəyişiklik dərhal tətbiq olunmayacaq. Müəyyən bir müddət ərzində mövcud əlifbanın rəsmi sənədlərdə, dövlət qurumlarında, təşkilat loqotiplərində, valyutada və işarələrdə istifadəsinə icazə veriləcək. Bu keçid dövrünün dəqiq vaxtı da tətbiq planı şəklində müəyyən ediləcək.

GünAzTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar