SON XƏBƏRLƏR

İranlı deputat NPT öhdəliklərinin artıq Tehran üçün keçərli olmadığını və zənginləşdirməyə yenidən baxıla biləcəyini bildirib

2026.09.12, 13:01
İranlı deputat NPT öhdəliklərinin artıq Tehran üçün keçərli olmadığını və zənginləşdirməyə yenidən baxıla biləcəyini bildirib

İran artıq özünü Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NPT) tələblərinə bağlı hesab etmir və uranın zənginləşdirilməsi siyasətinə yenidən baxa bilər.

Gunaz.tv

Bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Məhəmmədrza Möhseni-Sani bildirib.

Möhseni-Sani “Didban Iran”a açıqlamasında deyib: “Bizim üçün artıq NPT çərçivəsində qalmaq və ya özümüzü bu müqavilənin tələblərinə əməl etməyə borclu hesab etməli olduğumuz bir vəziyyət yoxdur.”

“Son təzyiqlər göstərir ki, uranın zənginləşdirilməsi məsələsinə yenidən baxmalıyıq”, – deyə o bildirib və əlavə edib ki, İran uranı zəruri hesab etdiyi istənilən səviyyəyədək zənginləşdirmək imkanına malikdir.

O, həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin İranda fəaliyyət göstərməsinin artıq “müzakirə mövzusu olmadığını” bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar