SON XƏBƏRLƏR

Tramp İrana böyük hücuma hazırlaşır?

2026.09.18, 19:36
Tramp İrana böyük hücuma hazırlaşır?

Gunaz.tv

ABŞ Prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyatların davam etdirilməsi barədə mühüm qərar ərəfəsində olduğunu bildirib.

Gunaz TV xəbər verir ki, Tramp “Axios”a müsahibəsində deyib: “Qarşıda böyük bir qərarım var; hərəkətə keçib onları [İran hakimiyyətini] məhv etmək istəyirəm, yoxsa yox? Bu, böyük qərardır və məndən hər şey gözlənilə bilər.”

Tramp həmçinin İranın ABŞ-la birbaşa əlaqədə olduğunu və hələ də razılaşma əldə etmək istədiyini bildirib. O, daha əvvəl İranla müharibənin sona yaxınlaşacağına ümid etdiyini də demişdi.

Trampın gələn həftə BMT Baş Assambleyasının sessiyası çərçivəsində Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Bəhreyn, Küveyt və Oman daxil olmaqla, Körfəz ölkələrinin liderləri və ya xarici işlər nazirləri ilə müharibənin növbəti mərhələsi barədə görüşməsi gözlənilir.

“Axios”un məlumatına görə, ABŞ qüvvələri ən azı ilin sonunadək Yaxın Şərqdə hazırkı səviyyədə saxlanılacaq. Bu, Vaşinqtonun genişmiqyaslı hərbi əməliyyatlara qayıtmaq qərarı verəcəyi təqdirdə qüvvələrin hazırlıq vəziyyətində saxlanılması məqsədi daşıyır.

 

Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar