SON XƏBƏRLƏR

SEPAH rəsmisi: İranın nefti ixrac olunmasa, regiondan da neft ixrac edilməyəcək

2026.09.19, 09:29
SEPAH rəsmisi: İranın nefti ixrac olunmasa, regiondan da neft ixrac edilməyəcək

İranın neft ixracı dayandırılarsa, regionun digər ölkələrinə də neft ixrac etməyə imkan verilməyəcək.

Gunaz.tv

Bunu SEPAH komandirinin müavini Əziz Qəzənfəri bildirib.

İranın dövlət xəbər agentliyi IRNA-nın yaydığı məlumata görə, Qəzənfəri deyib: “İrandan neft ixrac olunmasa, başqa ölkələrdən də neft ixrac olunmayacaq”.

Onun sözlərinə görə, Hörmüz boğazı SEPAH-ın hərbi-dəniz qüvvələrinin “tam nəzarəti” altındadır. Qəzənfəri İranın təhlükəsizliyini və çəkindirmə imkanlarını gücləndirmək üçün boğaz üzərində nəzarətin daha da artırılmasının vacib olduğunu vurğulayıb.

“İran təhlükəsiz olmayacaqsa, regionda heç bir yer təhlükəsiz olmayacaq. İran xalqı təhlükəsizlik şəraitində yaşaya bilməyəcəksə, region xalqları da bundan kənarda qalmayacaq”, - o bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar