SON XƏBƏRLƏR

İran prezidentinin BMT səfəri ölkə daxilində tənqid olunur

2026.09.22, 14:35
İran prezidentinin BMT səfəri ölkə daxilində tənqid olunur

İran Prezidenti Məsud Pezeşkianın BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka səfəri ölkə daxilində tənqid olunub.

Gunaz.tv

 İran parlamentinin deputatı və İnqilab Keşikçiləri Korpusunun keçmiş yüksək rütbəli komandiri prezidentin səfərdən imtina etməsinin daha doğru olacağını bildiriblər.

Deputat Müctəba Yusəfi deyib ki, Pezeşkian Baş Assambleyasının iclasında iştirak etməməklə ABŞ-ın “təcavüzünə” və yerinə yetirilməmiş öhdəliklərə etirazını nümayiş etdirə bilərdi.

İnqilab Keşikçiləri Korpusunun keçmiş yüksək rütbəli komandiri Hüseyn Kənani-Müqəddəm isə Baş Assambleyasının Pezeşkiana diplomatik baxımdan faydalı platforma təqdim edə biləcəyini deyib. Bununla belə, o əlavə edib: “Mən Pezeşkianın yerində olsaydım, Nyu-Yorka getməzdim.”

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar