SON XƏBƏRLƏR

Bakıda TDT müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilir

2026.10.01, 11:13
Bakıda TDT müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilir.

Gunaz.tv

Bakıda, VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) çərçivəsində baş tutan tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan təmsil olunur.

İclasda müdafiə sənayesi sahəsində tərəfdaşlığın önəmindən danışılacaq, hərbi-texniki sahədə əməkdaşlıq istiqamətləri müzakirə ediləcək.

Qeyd edək ki, TDT-yə üzv olan ölkələrin müdafiə sənayesi qurumlarının rəhbərlərinin birinci iclası ötən il İstanbul şəhərində "IDEF 2025" Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar