The Jerusalem Post: İran rejimi niyə yox edilməlidir?!
Nəim Qasım: Hizbullah silahlarını yerə qoymayacaq
Ədən yaxınlığında silahlı hücum: gəmi hədəf alındı
Tramp: İranla yekun saziş 60 gün ərzində əldə olunmasa, zərbələr bərpa ediləcək
İranda yaşayan istifadəçilərin 68 faizi İnstaqramdan yoxa çıxıb
ABŞ Türkiyənin Halkbank işi üzrə dosyesini bağladı
ABŞ: Trampın məqsədi Rza Pəhləvini hakimiyyətə gətirmək olmayıb
Müdafiə naziri: Ukrayna dronları Krımı adaya çevirəcək
6 şəhərdə daha 8 məhbus edam edildi
Tramp: İranla memorandum sanksiyaların dərhal ləğvini nəzərdə tutmur
Qərbi Azərbaycan əyalətində çörək bahalaşdı
Razılaşma imzalansa İsrail hücum edəcək- Qəzənfəri
Bloomberg: ABŞ memorandumdan sonra İran neft ixracına qoyulan məhdudiyyətləri yumşaldacaq
Güney Azərbaycanlı vəkil Məcíd Pejumanın cəsədi aşkar edilib
Məlikanda iki qardaş boğuldu
Şavkat Mirziyoyev 20 milyard dollarlıq birgə investisiya planlarını açıqlayıb
İsrail Hizbullah mövqelərinə zərbələr endirib
İranda edam edilənlərin son sayı açıqlandı
ABŞ rəsmisi: İran razılaşmadan sonra Hörmüz boğazındakı ticarət gəmilərinə qarşı dronlar buraxıb
İran Məhkəmə sistemi Sərdar Əzmunun avtomobilini müsadirə edib
Təbriz İnqilab Məhkəməsi Güney Azərbaycanlı Ehsan Xudadadini edama məhkum edib
Demikratiyaların Müdafiəsi Fondu İranın uran ehtiyatlarının zəiflədilməsini deyil, ölkədən çıxarılmasını tövsiyə edir
CNN: İranla ABŞ arasındakı razılaşma mətni məqsədli olaraq qeyri-müəyyən hazırlanıb
Tehranlı ana üç övladını satdı
Hizbullah hesab edir ki, İsrail Livandan çıxmasa, İran yekun nüvə sazişini imzalamayacaq
Al Arabiya ABŞ və İran arasında Anlaşma Memorandumunun mətnini dərc edib
Vens: ABŞ-İran sazişi İsrail, Livan və Fars körfəzini əhatə edəcək
İran danışıqlardan nüvə proqramını inkişaf etdirmək üçün istifadə edir- Media
İran–ABŞ razılaşması niyə Cenevrədə imzalanacaq?
Xark adası 40 günlük müharibədə 548 raketlə hədəfə alınıb
İsveçrədə dağ kurortu İran və ABŞ nümayəndələrinə ev sahibliyi edəcək
Neftin qiyməti son üç ayın ən aşağı səviyyəsinə düşdü
İran nefti yenidən bazarlara qayıdır?
İranda rəsmi rəqəmlər dərin böhranı üzə çıxardı
Memorandumun mətni hazırdır, amma yayımlanmır — səbəb nədir?
Tramp İranla razılaşmanı ABŞ Konqresinin müzakirəsinə təqdim etməyə hazırdır
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi keçirilir
Tramp: İranın nüvə materialını ələ keçirdikdən sonra məhv edəcəyik
İranda enerji çatışmazlığı- Qərbi Azərbaycanda işıqlar söndürüldü
Prezident İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı aparıb
Simnanda daha iki etirazçı edam edildi
İran məhkəmə sisteminin rəhbəri edamlarla bağlı işlərə sürətlə baxılmasını istəyib
Tramp: İranda ən azı 42 min etirazçı öldürülüb
Diaspor ilə İş üzrə Dövlət Komitəsində xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının Xocalı soyqırımının 17-ci ildönümünü qeyd etməsi ilə tədbirlər planı təsdiqlənib. Komitədən verilən məlumata görə, Xocalı faciəsini anmaq məqsədilə bu il də etiraz aksiyaları, konfransların keçirilməsi, sərgilərin təşkili nəzərdə tutulub. Fevralın 26-da Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin, Azərbaycan və türk təşkilatlarının iştirakı ilə Avropa Parlamentlər Assosiasiyasının binasında XX əsrin dəhşətli faciələrindən birinə həsr olunmuş anma mərasimi keçiriləcək. Mərasim iştirakçılarına Xocalı soyqırımı, erməni vəhşilikləri, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi baradə Heydər Əliyev Fondunun müxtəlif dillərdə nəşr etdiyi materillar təqdim olunacaq, ermənilərin xalqımıza qarşı törətdiyi terror və soyqırımı aktlarına dair geniş məlumat veriləcək, faciədən bəhs edən film və fotostend nümayiş etdiriləcək. Nümayəndəlik faciə barədə faktları əks etdirən mətbuat bülletenləri hazırlayaraq, Avropa Şurasının katibliyində, üzv ölkələrin daimi nümayəndəliklərində, habelə Strasburqda fəaliyyət göstərən konsulluqlarda yayacaq. Strasburqdakı “Azərbaycan evi” fevralın 28-də Strasburqun mərkəzindəki meydanda nümayiş keçirəcək. Nümayişin keçirilməsi barədə Strasburq bələdiyyəsindən razılıq alınıb. Nümayiş vaxtı yerli sakinlərə Xosalı faciəsindən bəhs edən, ingilis və fransız dillərində çap olunmuş ədəbiyyat, qəzetlər və vərəqələr paylanacaq. Fevralın 29-da yerli radioda Xocalı soyqırımına həsr olunmuş xüsusi veriliş səslənəcək. Almaniyada da soyqırımın 17-ci ildönümünün qeyd edilməsi ilə bağlı geniş tədbirlər nəzərdə tutulub. Fevralın 26-da Diaspor ilə İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev Alman-Azərbaycan Forumunun prezidenti Otto Hauzerlə birlikdə Frankfurtdakı “FOX” televiziyasının canlı efirində yarım saat Xocalı soyqırımı barədə çıxış edəcəklər. Daha sonra V.Hacıyevin Mayns Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür və Frankfurt Azərbaycan Cəmiyyətinin sədri Kəmalə İsgəndərova ilə birlikdə “Kanal Avropa”nın və TQRT-nin Almaniya nümayəndəliyinin canlı efirində də soyqırımla bağlı çıxışları nəzərdə tutulub. Berlin şəhərində isə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Alman Bundestaqının üzvlərinin də dəvət olunacaq anım tədbirində soyqırımla bağlı sənədli film nümayiş etdiriləcək və uşaq rəsmlərindən ibarət sərgi təşkil olunacaq. Bundan başqa Berlinin mərkəzi meydanlarından birində “Azərbaycan Evi” və “Alman Azərbaycan Həmrəylik Cəmiyyəti” birlikdə Xocalı faciəsi həqiqətlərinə alman ictimaiyyətinin diqqətini çəkmək məqsədilə mitinq keçirəcək. Daha bir etiraz aksiyası isə Hollandiyanın Haaqa şəhərində baş tutacaq. “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Cəmiyyətinin fevralın 22-də Xocalı soyqırımı ilə bağlı hazırlanmış şüarlarla Sülh Sarayının qarşısında piket keçirəcək, sonra isə məşəllərlə etiraz yürüşü olacaq, həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinə Haaqada ucaldılmış abidə ziyarət olunacaq. “Hollandiya Azərbaycan Türk-Kültür Dərnəyi” isə martın 1-də Haaqadakı Xocalı abidəsinin önündə soyqırım qurbanlarını anım tədbiri keçirəcək. Tədbirdə Azərbaycan və Türkiyənin Niderland Krallığındakı səfirləri, Azərbaycan və türk diaspor təşkilatlarının fəalları iştirak edəcəklər. Brüsseldə isə fevralın 26-da Belçika-Azərbaycan Evinin təşəbbüsü ilə şəhərin Place du Schuman mərkəzi meydanında soyqırımın 17-ci ildönümü ilə əlaqədar çadır quracaq. Çadırda faciəni əks etdirən foto və rəsm sərgisi nümayiş etdiriləcək, yerli televiziyalardan birində Xocalı qırğını barədə filmin göstərilməsi təşkil olunacaq. Həmin gün Almaniyanın Köln şəhərindəki “Vahid Azərbaycan Cəmiyyəti”nin üzvləri də Brüsselə gələrək buradakı Azərbaycan və türk diaspor təşkilatlarının iştirakı ilə Avropa Parlamentinin binası qarşısında tədbir keçirəcəklər. Soyqırım qurbanlarının anım günündə “Azəri Türk Qadınlar Birliyi” də Brüsseldəki Square de Meeuse meydanında mitinq keçirəcək və buradan isə Avropa Parlamenti binasının yerləşdiyi Place Schuman meydanına yürüş olacaq. Fevralın 22-də İsveçin Stokholm şəhərindəki Sergelstorg meydanında bu ölkədəki Azərbaycan diaspor təşkilatları Xocalı qətliamına etiraz əlaməti olaraq mitinq keçirəcəklər. Bir gün əvvəl isə İsveçin Linköpinq şəhərində fəaliyyət göstərən “Babək” dərnəyi şəhərin Tradgardstorget meydanında manifest təşkil edəcək. Fevralın 25-də İsveçrədə fəaliyyət göstərən Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi Berndə bu ölkənin parlament üzvlərinin, tanınmış siyasətçilərin və KİV nümayəndələrin iştirakı ilə konfrans keçirərək Xocalı soyqırımına, tarixi gerçəkliklərə bir daha diqqət yönəldəcək. Danimarkadakı “Vətən” cəmiyyəti Xocalı faciəsinin ildönümünü soyqırım haqqında sənədli filmin nümayişi, broşürlar və kitabların təqdimatı ilə qeyd edəcək. Faciənin 17-cı ildönümü günü Moldova Azərbaycanlıları Konqresi Azərbaycan Respublikasının Moldovadakı Səfirliyi ilə birlikdə Kişineu şəhərində soyqırım qurbanlarını anım məqsədi ilə mərasim təşkil edəcək. Tədbirdə Xocalı soyqırımına həsr olunmuş CD-lər, kitablar, broşurlar paylanacaq. Baltikyanı ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları da Xocalı faciəsinin ildönümü münasibətilə birgə tədbirlər planı hazırlayıblar. Fevralın 26-da Estoniyadakı “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin keçirəcəyi anım tədbirində faciə ilə bağlı film göstəriləcək və fotosərgi təşkil olunacaq. Latviyada “Ocaq” Mədəniyyət Mərkəzinin Latviya Akademiyasının Kitabxanasında təşkil edəcəyi dəyirmi masada ölkə Seyminin deputatları, Latviya Xarici İşlər Nazirliyinin nümayəndələri, mədəniyyət və elm xadimləri iştirak edəcəklər. “Litva Azərbaycanlıları Cəmiyyəti” də faciənin 17-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirəcək. Praqada Azəri-Çex Cəmiyyəti, Budapeştdə Macarıstan-Azərbaycan Dostluq Cəmiyyəti, Buxarestdə isə Rumıniya Azərbaycan Mədəniyyət və Gənclər Asossiasiyası, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi ölkəmizin bu dövlətlərdəki səfirlikləri ilə birlikdə Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçirəcəklər. Xocalı faciəsinin 17-cı ildönümünü fevralın 27-da Kanadanın Ottava şəhərindəki Kanada- Azərbaycan Təşkilatlar Assambleyası Azərbaycanın bu ölkədəki səfirliyi ilə birlikdə, fevralın 28-də isə Edmontonda “Alberta – Azərbaycan” Mədəniyyət Mərkəzi qeyd edəcəklər. ABŞ-da da soyqırım qurbanlarının xatirəsi müxtəlif tədbirlərlə anılacaq. Belə ki, Amerika-Azərbaycan Şurasının və Amerika-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə ABŞ-da “Xocalı həftəsi” keçiriləcək. Tədbirlərin Nyu-York, Vaşinqton, San-Fransisko, Kaliforniya, Çikaqoda təşkili nəzərdə tutulub. “Xocalı ədalət kampaniyası” adı altında baş tutacaq tədbirlər çərçivəsində soyqırımı ilə bağlı konfrans da keçiriləcək. Konfransda Heydər Əliyev Fondu tərəfindən hazırlanan Xocalı filmi nümayiş olunacaq, millət vəkili Həvva Məmmədovanın ingilis dilində işıq üzü görən Xocalı soyqırımı ilə bağlı kitabı iştirakçılara təqdim olunacaq. Bundan başqa, tədbirlər çərçivəsində BMT-nin Nyu Yorkdakı mənzil qərargahı qarşısında etiraz aksiyası keçiriləcək. Etiraz aksiyasında BMT ölkələrinə və baş katibinə müraciət ünvanlanacaq. Nyu-Yorkdakı “Türk evi”ndə isə təqdimat keçiriləcək. Slaydlar vasitəsilə aparılacaq bu təqdimat və panel-disskussiya Kaliforniyadakı Berkli Universitetində də təşkil olunacaq. Silsilə tədbirlər fevralın 28-dək davam edəcək. Tədbirlərdə Azərbaycan Milli Məclisinin deputatları Həvva Məmmədova, Qənirə Paşayeva və Asim Mollazadə, amerikalı jurnalist Tomas Qolts və başqaları iştirak edəcəklər. Soyqırımın 17-ci ildönümünün qeyd olundugu daha bir mərasimi Nyu-Yorkda “Azərbaycan Nyu-York Assosiasiyası” ölkəmizin BMT-dəki Daimi Nümayəndəliyi ilə birgə keçirəcək. Fevralın 26-də Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası soyqırımın 17-ci ildönümünə həsr olunmuş anım tədbiri və fotosərgi keçirməyi nəzərdə tutub. Manisada Azərbaycan Kültür və Dayanışma Dərnəyi anım mərasimi, İzmirdə təshil alan azərbaycanlı tələbələr isə Azərbaycan Kültür Evi və Dayanışma Dərnəyi ilə birgə konfrans keçirəcək. Türkiyədəki anım tədbirləri sırasına İzmitdəki Kocaeli Azərbaycan Evi Dərnəyinin təşkil edəcəyi konfrans və bir həftəlik sərgi də daxildir. Şimali Kİpr Türk Respublikasının Doğu Akdeniz Universitetində burada fəaliyyət göstərən İqtisadi, Mədəni Əməkdaşlıq Mərkəzinin keçirəcəyi anım tədbirində rəsmi qonaqlar, Doğu Akdeniz Universitetinin tələbə və müəllim kollektivi iştirak edəcək. Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyindəki Azərbaycan Cəmiyyəti, Misir Ərəb Respublikasıda fəaliyyət göstərən Vətən Tələbə Cəmiyyəti, Sidneydəki Avstraliya-Azərbaycan Türk Dostluq Birliyi də Xocalı faciəsinin 17-ci ildönümü münasibətilə anım tədbirləri keçirəcəklər. Tayland Krallığındakı Azərbaycan Mədəniyyət Evi Xocalı soyqırımı ilə bağlı Bankoq şəhərində yerləşən Assumtion Universitetində konfrans keçirəcək. Tədbirdə faciəni əks etdirən fotoşəkillər də sərgilənəcək. Yeni Zellandiyanın Okland şəhərində fəaliyyət göstərən “Azəri” Yeni Zellandiya - Azərbaycan Dostluq Cəmiyyəti Xocalı soyqırmının ildönümü münasibəti ilə bu şəhərdə çıxan iki qəzetdə məqalələrin yer almasını razılaşdırıb. Yazılar artıq qəzetlərin redaksiyalarına təqdim olunub. Təşkilat həm də bir neçə ali təhsil ocağında soyqırımla bağlı məlumat xarakterli tanıtım aksiyaları keçirəcək. Gürcüstanın Marneuli şəhərində “Azərbaycan Mədəniyyət Mərkəzi” Azərbaycanın Gürcüstandakı Səfirliyi ilə birlikdə Xocalı soyqırımı ilə bağlı dəyirmi masa keçirəcək. Fevralın 26-da həmçinin Tiflis şəhərində “Gürcüstan Azərbaycanlıları konqresi” səfirliklə birgə Xocalı soyqırımı ilə bağlı elmi praktik konfrans təşkil edəcək. Özbəkistanın Daşkənd şəhərində “Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası” faciə qurbanlarının xatirəsini yad edəcək. Qazaxstanın Astana şəhərində “Xəzər” İctimai Birliyi, Aktau şəhərində isə “Dostluq” Azərbaycan Mədəniyyət Mərkəzi ilə “Turan” Konqresi Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirəcəklər. Hər iki tədbir fevralın 26-na təyin edilib. Qırğızıstanda fəaliyyət göstərən “Azəri” İctimai Birliyi və “Türk Dünyasının Siyasətinə Dəstək” İctimai Fondu birlikdə anım tədbiri keçirəcəklər. Rusiya Federasiyası üzrə fevralın 26-da Ümumrusiya Azərbaycan Konqresi Moskva şəhərindəki “Bakı” kinoteatrında Xocalı soyqırımına həsr edilmiş toplantı keçirməyi və sənədli film nümayişini nəzərdə tutur. Həmin gün Sankt-Peterburq, Yekaterinburq, Samara, Tula, Ufa, Novosibirsk, Ulan-Ude, Xabarovsk və Rusiyanın digər şəhərlərində də Ümumrusiya Azərbaycan Konqresinin regional nümayəndəlikləri Xocalı soyqırımının ildönümünü qeyd edəcəklər. Ukraynada, Kiyevdə fevralın 25-də Ukrayna Azərbaycan Konqresinin təşkilatçılığı ilə azərbaycanlı rəssam Rasim Səydiyevin Xocalı soyqırımına həsr edilmiş sərgisi nümayiş etdiriləcək. Bu sərgi Xarkov, Dnepropetrovsk şəhərlərində də ictimaiyyətə təqdim olunacaq. Fevralın 26-da isə Kiyevdə və Ukraynanın digər bir neçə şəhərində yaşayan azərbaycanlılar Ermənistanın bu ölkədəki səfirliyinin binası qarşısında piket keçirəcəklər. Eyni zamanda ATƏT-in Ukraynadakı Nümayəndəliyinin binası önündə də piket keçirilməsi və Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edilməsi nəzərdə tutulub. Həmin sənəd BMT-nin Ukraynadakı nümayəndəliyinin ofisinə də təqdim olunacaq. Həmçinin Ukraynanın Kiyev, Xarkov, Donetsk, Dnepropetrovsk və digər şəhərlərində faciənin ildönümü ilə əlaqədar dəyirmi masalar və digər anım mərasimləri keçiriləcək. Fevralın 26-da Xocalı soyqirimının 17-cı ildönümü Azərbaycanın Belarusdakı Səfirliyinin və Belarus Azərbaycan İcmaları Konqresinin təşkilatçılığı ilə Minsk şəhərində də anılacaq, dəyirmi masa keçiriləcək, Xocalı Soyqırımına həsr olunmuş sənədli film nümayiş etdiriləcək.
The Jerusalem Post: İran rejimi niyə yox edilməlidir?!
6 şəhərdə daha 8 məhbus edam edildi
Qərbi Azərbaycan əyalətində çörək bahalaşdı
Güney Azərbaycanlı vəkil Məcíd Pejumanın cəsədi aşkar edilib
İsrail Hizbullah mövqelərinə zərbələr endirib
İran Məhkəmə sistemi Sərdar Əzmunun avtomobilini müsadirə edib
Demikratiyaların Müdafiəsi Fondu İranın uran ehtiyatlarının zəiflədilməsini deyil, ölkədən çıxarılmasını tövsiyə edir
Hizbullah hesab edir ki, İsrail Livandan çıxmasa, İran yekun nüvə sazişini imzalamayacaq
İran danışıqlardan nüvə proqramını inkişaf etdirmək üçün istifadə edir- Media
Xark adası 40 günlük müharibədə 548 raketlə hədəfə alınıb
İran məhkəmə sisteminin rəhbəri edamlarla bağlı işlərə sürətlə baxılmasını istəyib
İranda silahlı qruplaşma üzvləri həbs edilib
İsrail İrana geniş zərbə planını ləğv edib — Times of Israel
Təbrizdə Əsli və Kərəm tarixi kompleksi bərpa ediləcək
Əbhərdə yerləşən Siyadən Polad Zavodunda çalışan 280 fəhlənin əməkhaqqıları iki aydır ödənilmir
"Axios": ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi İranın nüvə sazişinə əməl etməsinə şübhə ilə yanaşırlar
İranın 56 həbsxanasında məhbuslar yenidən aclıq aksiyasına başlayıblar
ABŞ İrana pul ödəməyəcək
ABŞ İran yığmasının media nümayəndələrinə viza vermədi
İranda mina partladı- Ölən var
Şazda Bağının açılışı üçün farsdilli müğənninin seçilməsi etirazlara səbəb olub
İran parlamentinin iclaslarının keçirilməsi mümkün deyil - Ali Milli Təhlükəsizlik Şurası
İranda daha 47 nəfərin əmlakı müsadirə edildi
CNN-in Azərbaycanla bağlı yazısı uydurma çıxdı
Türkiyənin İrana yeni səfiri təyin edilib
İran və BƏƏ-nin yüksək səviyyəli rəsmiləri görüşdü
Axios: İranla memorandum ABŞ-ın bütün tələblərini qarşılayır
İran televiziyasında qəfil atom partlayışı görüntüsü yayımlandı (Video)
İrana bağlı hakerlər Kaliforniyanın su təchizatı şirkətlərinə hücum edib
İranda mina partladı- Ölən var
Sadiq Zibakəlam həbs edilib
İranda daha 19 nəfərin əmlakı müsadirə olundu
İranda Hakimiyyət tərəfdarları ABŞ ilə danışıqlara qarşı çıxdılar
ABŞ ordusu Ərəb körfəzindən gündəlik 7 milyon barel neftin çıxarılmasına kömək edir
İki Azərbaycan fəal həbs edilərək Təbriz həbsxanasına köçürülüb
OPEC: İranın neft hasilatında kəskin azalma var
Hörmüz boğazı açılmayacaq - Keyhan
İran məhkəmə hakimiyyətinin rəhbəri: ABŞ-la qarşıdurma bitməyəcək