Trampın bəyanatından sonra İranda dollar yenidən bahalaşdı
Yəməndə öldürülən üç xarici döyüşçüdən ikisi SEPAH üzvüdür — Al Arabiya
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
İranlı qadın müğənniyə həbs cəzası verildi
Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişafını sürətləndiirmək niyyətindədir
47 iranlı İsrailə köçdü
İranın ən nüfuzlu universiteti oyuncaq siçana görə tələbəni universitetdən qovub
Təbriz Kəşfiyyat İdarəsinin əməkdaşları azərbaycanlı türk fəalın evində axtarış aparıb
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Britaniya İrana qarşı yeddi yeni sanksiya tətbiq etdi
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran növbəti müharibə zamanı daha dağıdıcı silahlardan istifadə edəcəyi barədə xəbərdarlıq edib
Pakistan iki dənizçisinin ölümü ilə nəticələnən husilərin gəmi hücumunu pisləyib
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Tramp: Hörmüz boğazı gələcəkdə əvvəlki qədər əhəmiyyətli olmayacaq
Axios: ABŞ Hörmüz boğazında gizli neft daşınması üçün dəhliz yaradıb
Neft ixrac edə bilmirik- Hemməti
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
İranda daha bir etirazçı edama məhkum edildi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
Yaxın Şərqdə müharibə Əbu-Dabidə iki böyük konsertin ləğvinə səbəb oldu
Əməkdaşlıqdan qarşıdurmaya; İsrail və Türkiyə niyə qarşı-qarşıya gəlib? | Təhlil
Fransa iranlı diplomatını ölkədən çıxardı
Moskva və London arasında gərginlik artdı
Suriyada keçmiş işgəncəçi zabit həbs edildi
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
Tramp: İranla danışıqlar mümkündür
Hörmüz boğazında Çinlə əlaqəli üç tanker geri dönüb — Bloomberg
ABŞ 17 iranlını kiber oğurluqda günahlandırdı
İrana baölı qüvvələr İraqın baş naziri təhdid edib
Azərbaycan-Özbəkistan ikitərəfli gündəliyi müzakirə edilib
İranda Trampın başına qoyulan mükafata bu qədər pul yığıldı
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
NATO istənilən İran təhdidinə qarşı tədbir görməyə hazırdır
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
Əhalinin Qeydiyyatı İdarəsinin türk adlarına qarşı təzyiqi davam edir
ABŞ-da iranlı siyasi fəala sui-qəsd edilib
Təbrizli milli fəal həbs edildi
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
Azərbaycan İran müharibəsi zamanı İsrail qüvvələrinin ölkədə yerləşdirilməsi barədə xəbərə görə CNN-i məhkəməyə verib
FT: İran ABŞ-ın Avropadakı hərbi hədəflərinə hücum etməyi düşünür
Rubio BƏƏ rəsmisi ilə İran və Hörmüz boğazında gəmiçiliyi müzakirə edib
1992-ci ilin fevralında ermənilərin azərbaycanlılara qarşı törətdikləri ən qanlı soyqırım aktları 1992-ci il fevralın 17-də Dağlıq Qarabağda yerləşən Ermənistan hərbi birləşmələri, eləcə də Rusiya Silahlı Qüvvələrinin Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə Xocavənd rayonu işğal olundu. Bu işğaldan artıq 17 il keçir. Xocavəndin işğalına nail olan erməni və rus hərbi birləşmələri növbəti işğalı, həm də soyqırımı Xocalıda həyata keçirdilər. Şahidlərin dediyinə görə, ermənilər Xocavəndin işğalı zamanı soyqırım törədiblər. Sadəcə bu faktları zamanında bütün bünyaya çatdıra bilməmişik. Nə yazıqlar ki, bu və digər faciələrimizi yalnız ildönümlərdə xatırlayırıq, bundan artığını hələlik bacarmırıq. Uzaqbaşı ildönümlər yaxınlaşanda bir neçə kitablar nəşr etdirməklə işimizi yekunlaşdırırıq. Yəni ermənilərin bu günə kimi başımıza gətirdikləri müsibətləri olduğu kimi dünya ictimaiyyətinə çatdıra, bu yöndə əməli iş görə bilmirik. Arzu Şirinova (Başımıza gətirilən müsibətlərin müqabilində gördüyümüz işlər isə dəryadan bir damcıdır-red.) Biz yalnız Azərbaycanda özümüz deyib, özümüz də eşitməklə məşğuluq, bundan o yana gedə bilmirik. Ermənilər isə baş verməyən qondarma soyqırımlarını hər gün, hər saat yalan və şişirdilmiş informasiyalarla dünya ictimaiyyətinin beyninə yeridirlər. Çünki onlar qondarma soyqırımlarını təkcə uydurduqları tarixi gündə yad etmirlər, eyni zamanda hər gün olmayan tarixlərini bu və digər formada yada salırlar. Məsələn, Ermənistana gələn rəsmi və qeyri-rəsmi qonaqları İrəvanın mərkəzində ucaltdıqları qondarma soyqırım abidəsini ziyarət etmək üçün aparırlar. Qonaqları özlərinin guya ki, faciəylə üzləşdiklərini həm "soyqırım" abidəsi, həm də uydurduqları tarixdən hazırladıqları kitablar vasitəsilə inandırırlar. Məhz elə bunun nəticəsidir ki, ötən il Azərbaycanda səfərdə olan Beynəlxalq Avropa Hərəkatının baş katibi Henrik Kröner hansı ölkənin-Azərbaycanın, yoxsa Ermənistanın işğalçı ölkə olduğunu hələ də bilmədiyini söyləyirdi. Bu faktla birinci dəfə deyil ki, qarşılaşırıq. Vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupu hmsədrləri belə, Ermənistanı işğalçı dövlət kimi tanıdıqlarını bildirmirlər. Və hər dəfə Dağlıq Qarabağ probleminin həlliylə bağlı keçirilən danışıqlar zamanı işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycanı eyniləşdirirlər. Və hər ikisinin güzəştə getməsini məqbul sayırlar. İstər Xocalı, istər Xocavənd, istərsə də digər faciələrimiz tarixi və bədii kitablarda, rəsm əsərlərində öz əksini layiqincə tapmayıb. Düzdür bəzi istisnaları çıxmaq şərtilə, hələ də bu istiqamətdə nə tutarlı tarixi və bədii kitablara, nə də incəsənət nümunələrinə rast gəlməmişik. Xocavənd soyqırımı Ərazisi alçaq dağlıq və düzənlikdən ibarət olan Xocavənd rayonunun ümumi sahəsi 145647 hektardır. Rayon 2 şəhər tipli qəsəbə və 38 kənddən ibarətdir: Qaradağlı, Xocavənd, Ömrallar, Muğanlı, Kuropatkin, Tuğ, Naxulu, Salaketin, Günəşli, Xətai, Dağ yamaclarına səpələnmiş beş-on Qarabağ obası, Tuğ kəndi və s. Qədim yaşayış məskənlərindən sayılan Xocavəndin ərazisi təbii sərvətlərlə - tikinti materialları və faydalı qazıntılarla, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir. Dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən, uzunluğu 190 metr olan Azıx mağarası Xocavəndin Füzuli rayonuna yaxın, Azıx kəndinin 1 kilometr cənub-şərqində yerləşir. İşğal altında olan Xocavəndin ərazisi bütövlükdə ekoloji terrora məruz qalıb. Azıx mağarasını ermənilər silah anbarına çeviriblər. Rayonun ərazisində yerləşən və ümumi sahəsi 25,5 min hektar olan meşədəki palıd ağacları qırılaraq daşınıb, Xonaşen çayının kənarlarında bitən təbii meşə isə tamamilə məhv edilib. Xocavəndin Yelli Gədik sahəsində Füzuliyə gedən yolun sağ və sol tərəflərində avtomobil yollarının mühafizəsi məqsədilə əkilən ağaclar da kəsilib. Yuxarıda qeyd etdiyimiz kimi Dağlıq Qarabağda yerləşən Ermənistan hərbi birləşmələri, Rusiya Silahlı Qüvvələrinin Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevral ayının 15-dən başlayaraq, rayonunun azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücuma keçirlər. İki gün çəkən döyüşdən sonra mühasirəni qıran ermənilər fevralın 17-də kəndi işğal edirlər. İşğal zamanı Qaradağlı kəndi tamamilə dağıdılır, dinc, əliyalın, günahsız əhaliyə, uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulur. Qaradağlıdan girov götürülən 117 nəfər kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin isə şahid ifadələrinə əsasən, əsir götürüldüyü sübut olunub. Şahidlərin sözlərinə görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə onların bəzilərinin başları kəsilib. Xocalı soyqırımı Erməni və rus hərbi birləşmələri Xocavəndin işğalından sonra Xocalıda soyqırım planını həyata keçirməyə qərar verirlər. Eyni zamanda erməni cəlladları Sumqayıtda törətdikləri qətillərin dördüncü ildönümündə Xocalı soyqırımını törədirlər. Hələ 1991-ci ilin oktyabrından etibarən Xocalı ilə avtomobil əlaqəsi demək olar ki, kəsilib. Həmin vaxtdan etibarən şəhərlə əlaqə, ancaq vertolyotların köməyi ilə saxlanılıb. 1992-ci il yanvarın 2-də isə şəhərdə elektrik xətti də kəsilib. Qeyd edək ki, son dəfə Xocalıya 1992-ci il fevralın 13-də ərzaq və yanacaqla yüklənmiş hərbi vertolyot gedib. Elə həmin gündən şəhər erməni hücumu təhlükəsi ilə üz-üzə qalıb. Xocalılar da artıq başa düşürlər ki, yaxın günlərdə ermənilər şəhərə hücum edə bilərlər. Fevralın 24-də əsir götürülmüş erməni döyüşçüsü xocalıların gümanlarını təsdiqləyir. Bundan sonra şəhər rəhbərliyi kömək üçün Bakıya, Ağdama müraciət edir. Ancaq olunan müraciətlər cavabsız qalır. 1992-ci il fevralın 25-də axşama yaxın Xocalıdan çıxan bütün yollar ermənilər tərəfindən nəzarətə götürülür. Gecə saat 23:00-da 366-cı motoatıcı alayın zirehli texnikaları, onların arxasınca isə erməni piyadaları 3 tərəfdən böyük qüvvə ilə Xocalı şəhərinə hücuma keçirlər. Bu hücumun qarşısını almaq 160 nəfər döyüşçü üçün (özünümüdafiə qüvvələriylə, xüsusi təyinatlı milis dəstələri-red.) çətin olsa da, onlar həyatları bahasına şəhər əhalisinin Xocalını tərk etməsinə imkan yaradıblar. Xatırladaq ki, bu qüvvələrin böyük əksəriyyəti şəhid olub. Həmin gecə Qarqarın buz kimi suyundan keçib Kətik və Naxçıvanikə yol alan xocalıları deməyəsən qarşıda faciə gözləyirmiş. Beləliklə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciəsi-Xocalı qırğını baş verib. Yüzlərlə günahsız insanlar qanlarına qəltan edilib. Körpəyə, qocaya, qadına aman vermədən qəddarlıqla öldürüblər. Həmin gecə erməni cəlladları Xankəndində yerləşən 366-cı alayın köməkliyilə Xocalıya soxulub, şəhəri yandırıblar. Kərkicahanın, Malıbəylinin, Meşbəylinin, Xocavəndin ardınca tarixdə Xocalı soyqırımını yaşadıq. Ancaq həmin vaxt hakimiyyət başında olanlar guya ki, Xocalıda 2-3 nəfərin öldüyü haqqında məlumatın getməsi üçün tapşırıq verdilər. Halbuki, Xocalı faciəsi XX əsrin ən böyük faciəsi idi. Bunu bütün dünyadan gizlətmək erməniyə xidmət göstərməkdir. Fevralın 26-da qocaların, qadınların, körpə uşaqların meyidləri dərələrdə, meşələrdə, dağlarda qalıb. Girov götürülənlərin başına iyrənc oyunlar açılıb, onların başları erməni qəbirləri üzərində qurbanlıq qoyun kimi kəsilib. Ölənlərin başlarının dərisi soyulub, gözləri, ürəyi çıxarılıb, bədənləri deşik-deşik olunub. Bütün bunlardan ürəyi soyumayan ermənilər ən alçaq hərəkətlərə belə əl ataraq vəhşicəsinə öldürdükləri körpənin, qocanın meyidlərini insanlığa yaraşmayan surətdə təhqir ediblər. Şahidlərin söylədikləri faktlara əsasən, qətlə yetirilən azərbaycanlılar çox da dərin olmayan xəndəklərə atılıb, onların üstü torpaqlanıb. Gecələr bu xəndəklərin həndəvərində itlərin hürüşməsindən, çaqqalların ulaşmasından az qala qulaq tutulub. Hər yerdən insan cəsədlərinin kəsif iyi gəlib. Xocalı soyqırımı nəticəsində 623 nəfər şəhid olub, 1725 nəfər əsir götürülüb, 8 ailə tamamilə məhv edilib, 215 uşaq bir valideynini, 25 uşaq isə hər iki valideynini itirib. 1000 nəfər xocalı sakini əlil və şikəst olub, 150 nəfərin taleyi hələ də məlum deyil. Məlumat üçün bildirək ki, Xocalının işğalı planı bir həftə öncə, fevralın 20-də hazırlanıb. Belə ki, hadisədən bir müddət əvvəl Paris yaxınlığında gizli təlim düşərgəsi yaratmış "Asala" erməni terrorçu təşkilatının 26 nəfərlik dəstəsi mayor Aşin Simonyanın başçılığı ilə Xankəndinə gəlib. Onlar və yerli ermənilər özünümüdafiə adı altında vuruşan, əslində isə "Asala" terror təşkilatının Xankəndində İllarion Allahverdiyanın başçılığı ilə yaradılan dəstənin üzvləri 366-cı alayın içərisində öz dayaqlarını yaradaraq polkovnik Y.Zarviqarova 36 min dollar rüşvət veriblər. Bu xəbər 23-cü diviziyanın komandiri Boris Budeykinə çatdıqda o, Zarviqarovun hərəkətinə görə - zabit şərəfinə xəyanəti üstündə qovulmasını tələb etib. 366-cı alayın hərbi əməliyyatlar zamanı ermənilərin tərəfinə keçib azərbaycanlıları qətlə yetirməsi, hərbi texnika və sursatı ermənilərə verməsi, əslində siyasi bir məsələdir. Xocalı hadisəsiylə bağlı ermənilərin ruslarla əlaqələrinə aid sənədlərin bir qismi 1992-ci il martın 1-də Zaqafqaziya Hərbi Dairəsinin aviasiya komandiri, general-mayor S.Lukaşovun əmri ilə yandırılıb. Yuxarıda qeyd etdiyim fikirlərə yenidən qayıtmaq istəyirəm. Biz bir millət olaraq Xocalı və digər faciələrimizi dünyaya yaxşı çatdıra bilməməyimizin nəticəsidir ki, bu gün ermənilər Azərbaycanla şərtlər irəli sürməklə danışırlar. Ancaq vaxtında Xocalı soyqırımının dünya dövlətlərinin parlamentlərində müzakirəsinə nail olsaydıq təbii ki, hadisələr başqa istiqamətdə cərəyan edəcəkdi. Xatırladaq ki, qardaş Türkiyənin millət vəkilləri Xocalı faciəsinin ildönümü ərəfəsində TBMM-də dinləmələr keçirəcəklər.
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
47 iranlı İsrailə köçdü
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
ABŞ-da iranlı siyasi fəala sui-qəsd edilib
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
"Traktor" İsfahan komandasını məğlub etdi
Həmədanda tibb işçiləri etiraz aksiyası keçirib
BƏƏ İranla ticarət və maliyyə əməliyyatlarını dayandırdı
Çin tankerləri Hörmüz və Bab-Əl-Məndəb boğazlarından yan keçir
Tehran Prokurorluğu jurnalistin fəaliyyətinə qadağa qoydu
İranda kağız çatışmazlığı məktəb dərsliklərində dəyişiklikləri məhdudlaşdırıb
Kanada keçmiş İran rəsmisini ölkədən deportasiya edir
Təxminən 500 nəfər məhkəmə yolu ilə “Əlihan” adlı doğum haqqında şəhadətnamə alıb, lakin bu ad hələ də qadağandır
Abbas Lisani son otuz ildə zorakılıqsız mübarizə və vətəndaş itaətsizliyinin öncüllərindən biridir
İran rəsmisi milli birliyi media üçün “qırmızı xətt” adlandırıb
İran Hörmüz boğazına nəzarət edir – Bəsic komandiri
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
ABŞ-la razılaşma üçün ən yaxşı vaxt indidir – İran Ekspertlər Məclisinin üzvü
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
Ermənistanda İranın “Majid” HHM sistemləri nümayiş etdirilib
Vens: İran ABŞ-a verdiyi öhdəliklərə əməl etməyib
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Urmiya gölünün sahəsi 2487 kvadrat kilometrə çatıb
Yəmənin mühüm limanının fəaliyyəti husilərin hücumları nəticəsində dayandı
Ərdəbildə üç məhbus edam edildi
Hizbullahın yüksək rütbəli komandiri öldürüldü
Hizbullah atəşkəsi pozdu: İsrail cavab verdi
SEPAH rəhbəri: İran müharibəsi qlobal İslam hakimiyyətinə doğru bir addım idi
Üç iranlı pilot Qətərdə əsir saxlanılır
İranda qaz tarazsızlığı böyük böhrana doğru gedir