SON XƏBƏRLƏR

FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”

2026.10.21, 10:54
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”

“Financial Times” qəzetinin çərşənbə günü İsrail ordusunun planlaşdırılması ilə tanış olan mənbəyə istinadən yaydığı məlumata görə, qarşıdakı həftələrdə ABŞ və İsrailin İrana yenidən zərbələr endirməsi “real ehtimallardan biridir”.

Gunaz.tv

Qəzetin planlarla tanış olan üç mənbəyə istinadən yazdığına görə, İsrailin baş naziri Benyamin Netanyahu bu ayın əvvəlində hərbçilərə İrana qarşı yeni genişmiqyaslı əməliyyata, o cümlədən nüvə obyektlərinə zərbələr endirilməsinə hazırlaşmaq tapşırığı verib.

Mənbələrin FT-yə bildirdiyinə görə, bir neçə gün davam etməsi nəzərdə tutulan və oktyabrın 10-na təsadüf edən həftəsonu üçün planlaşdırılan əməliyyat ABŞ prezidenti Donald Trampın müdaxiləsindən sonra baş tutmayıb. Tramp noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən əvvəl münaqişənin yenidən alovlanmasına qarşı çıxıb.

Planlaşdırma prosesi ilə tanış olan mənbələrdən biri deyib: “Ya razılaşma əldə olunacaq, ya da hücum baş verəcək”.

Ağ Evin mətbuat katibinin müavini Anna Kelli FT-yə açıqlamasında bildirib ki, “ABŞ aralıq seçkilərdən əvvəl heç bir halda İrana hücum etməyəcək”.

O, həmçinin ABŞ-ın İran limanlarına qarşı tətbiq etdiyi blokada və Hörmüz boğazı vasitəsilə neft ixracını təmin etmək səylərinin uğurla nəticələndiyini bildirib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar