SON XƏBƏRLƏR

HSBC: Hörmüz boğazının strateji əhəmiyyəti 5 ilə azala bilər

2026.10.22, 21:30
HSBC: Hörmüz boğazının strateji əhəmiyyəti 5 ilə azala bilər

Gunaz.tv

Dünyanın ən böyük maliyyə qurumlarından biri olan HSBC bank qrupunun baş icraçı direktoru bildirib ki, alternativ nəqliyyat və enerji ötürmə marşrutlarına investisiyalar Ərəb körfəzi ölkələrinin Hörmüz boğazından asılılığını azalda bilər. Onun sözlərinə görə, bu strateji keçid yaxın beş il ərzində hazırkı əhəmiyyətinin mühüm hissəsini itirə bilər.

Hörmüz boğazında son dövrlərdə yaranan fasilələr region ölkələrinin bu həyati marşrutdan asılılığını bir daha gündəmə gətirib. Bu vəziyyət Ərəb körfəzi ölkələrini enerji daşıyıcılarının limanlara çatdırılması üçün boru kəmərlərinə investisiyaları artırmağa sövq edib.

Beynəlxalq Enerji Agentliyinin məlumatlarına görə, Hörmüz boğazından gündəlik təxminən 20 milyon barel xam neft və neft məhsulları daşınır. Bu həcm mövcud alternativ marşrutların ötürmə imkanlarını xeyli üstələyir.

Bununla belə, Hörmüz boğazından asılılığın azaldılması üçün alternativ infrastrukturun inkişafı və enerji ötürmə şəbəkələrinə genişmiqyaslı investisiyalar tələb olunur.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar