SON XƏBƏRLƏR

Pakistan-İran sərhəddində silahı qarşıdurma olub

2026.10.23, 14:19
Pakistan-İran sərhəddində silahı qarşıdurma olub

Ötən gün Pakistan və İran sərhədində yerləşən Rimdan (Qəbd-Rimdan) keçid məntəqəsində silahlı qarşıdurma baş verib.

Gunaz.tv

Bu haqda Bəlucistan İnsan Hüquqlarını Sənədləşdirmə Şəbəkəsi məlumat yayıb.

Məlumata görə, oktyabrın 22-i səhər saatlarında keçid məntəqəsi ticarət üçün müvəqqəti açıldıqdan dərhal sonra naməlum silahlı şəxslər tərəfindən hücuma məruz qalıb. Sərhəd yaxınlığındakı ticarət bazarı ətrafında, Pakistan tərəfində yaraqlılarla Pakistan sərhədçiləri arasında atışma olub

Hücum zamanı minaatanlardan da istifadə edildiyi, nəticədə hər iki tərəfdə gözləyən bir neçə kommersiya və yanacaq daşıyan yük avtomobilinin yandırıldığı, sürücülər daxil olmaqla bir neçə nəfərin güllə yarası aldığı bildirilib.

Hələlik rəsmi şəkildə heç bir qruplaşma silahlı hücumun məsuliyyətini öz üzərinə götürməsə də, bəzi qeyri-rəsmi məlumatlarda hücumçuların "Bəlucistan Azadlıq Cəbhəsi"nin üzvləri olduğu barədə iddialar səsləndirilib.

Qeyd edək ki, bu hadisədən bir neçə gün əvvəl (17 oktyabr) Pakistan təhlükəsizlik narahatlıqları və qaçaqmalçılığa qarşı mübarizə səbəbindən Rimdan və Taftan keçidlərini ticarət üçün bağlamışdı. Oktyabrın 22-də fəaliyyətin qısa müddətli bərpasından dərhal sonra baş verən bu qəfil silahlı hücum səbəbindən keçid məntəqəsi yenidən tamamilə qapadılıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar