SON XƏBƏRLƏR

Pezeşkian Moskvaya gedir

2026.10.24, 09:13
Pezeşkian Moskvaya gedir

İran Prezidenti Məsud Pezeşkian gələn həftə Rusiyaya səfər edəcək.

Gunaz.tv

Bu barədə İran xarici işlər naziri Abbas Araqçı məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Pezeşkianın Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşü və ikitərəfli danışıqları planlaşdırılır.

Bundan əlavə, onun Moskvada keçiriləcək Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) sammitində iştirakı gözlənilir.

Qeyd edək ki, daha öncə Rusiya XİN rəhbəri Sergey Lavrov da Məsud Pezeşkianı Moskvada gözlədiklərini bəyan etmişdi.

GünAzTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar