ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır
Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
"Azadlıq" radiosu Türkiyənin Ermənistanla münasibətlər qurmaqla bağlı Dağlıq Qarabağ şərtindən geri çəkildiyini iddia edir. Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Bakı-İrəvan, Ankara-İrəvan münasibətləriylə bağlı iki paralel prosesin getdiyini əsas gətirərək, bu kimi xəbərlərə şərh verməyi doğru saymadıqlarını dilə gətirib. Digər tərəfdən, keçən həftə Türkiyənin "Hürriyyət" qəzetində Dağlıq Qarabağ münaqişəsi, aparılan danışıqlarla bağlı diqqət çəkən yazı dərc olunub. Məqalə Türkiyənin xarici işlər naziri Əli Babacanın Bakıya qısamüddətli səfərinə həsr olunub. Əli Babacanın erməni həmkarı Edvard Nalbəndyanla Münhendə keçən görüşündən sonra Bakıda Elmar Məmmədyarovla və prezident İlham Əliyevlə də görüşməsindən bəhs edən məqalədə yazılır ki, Əli Babacan tərəflərə yeni Qarabağ planı təqdim edib. Ramiz Mikayıloğlu Prinsip anlaşmasına görə, Ermənistan mərhələ-mərhələ Azərbaycanın işğal altındakı 6 rayonunu azad edəcək, Azərbaycan da Ermənistanın şosse və dəmiryolunu açacaq. Qəzet tərəflərin yeni tənzimləmə planına Türkiyənin köməyi ilə yaxınlaşdıqlarını bildirir. Əli Babacanın Münhen-Bakı xəttilə baş tutan diplomatik səfərindən sonra ortaya çıxan iddialara görə, Ermənistan Dağlıq Qarabağda azərbaycanlılarin yaşadıqları 6 rayonu mərhələ-mərhələ Azərbaycana qaytarmağa razıdır. "Hürriyət" yazır ki, öncə Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı və Zəngilan Azərbaycana qaytarılacaq. İkinci mərhələdə evlərini tərk etmək zorunda qalmış məcburi köçkünlər yurdlarına geri dönə biləcəklər. Üçüncü mərhələdə Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək üçün region bir müddətliyə müvəqqəti hökumətə veriləcək. Status müəyyən edildikdən sonra Kəlbəcər rayonu da Azərbaycana qaytarılacaq. Buna qarşılıq olaraq Azərbaycan Ermənistanın şosse və dəmiryolunu açacaq. Nəhayət, Ermənistan və Dağlıq Qarabağ arasındakı sərhəd bölgəsinə beynəlxalq sülhməramlılar yerləşdiriləcək. Bu qüvvələrin tərkibində tərəf və müdaxiləçi ölkələr (Türkiyə və Rusiya) yer almayacaq. Xatırladaq ki, bundan öncə fevralın 10-da "Sabah" qəzetində də köşə yazarı Ərdal Şafakın anoloji məzmunlu yazısı işıq üzü görmüşdü. Bəs Qarabağ danışıqlarıyla bağlı ziddiyyətli məlumatlar haradan qaynaqlanır? Ankaranın Qarabağ şərtindən geri çəkilməsi barədə "Azadlıq"ın iddiası nə dərəcədə gerçəkliyi əks etdirir? Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz politoloq Rauf Mirqədirov deyir ki, türk mətbuatında səsləndirilən Qarabağla bağlı razılaşma paketində heç bir ciddi yenilik yoxdur. Qeyd olunun məsələlər bu və ya digər şəkildə Madrid prinsiplərində əksini tapıb. Yəni Dağlıq Qarabağ ətrafındakı ərazilərin azad edilməsi, Qarabağdakı hakimiyyətə hər hansı aralıq statusunun verilməsi Madrid prinsiplərində nəzərdə tutulub. Yeni məsələ müzakirələrdə yalnız Türkiyənin vasitəçi, köməkçi qismində iştirakıdır. Sözsüz ki, Türkiyə-Ermənistan danışıqlarında bu və ya digər dərəcədə Qarabağ məsələsi müzakirə olunur. Çünki Azərbaycan müstəqillik qazandıqdan sonra Türkiyə həmişə bəyanlayıb ki, Ankaranın İrəvanla münasibətlərini qaydaya salmasının ilkin şərtlərindən biri Dağlıq Qarabağ münaqişəsinin həlli, işğal altındakı ərazilərin boşaldılmasıdır. Dağlıq Qarabağ münaqişəsi həll edilməmiş Türkiyə-Ermənistan münasibətləri normallaşarsa, bu, əlbəttə ki, Bakı-Ankara münasibətlərinə mənfi təsir göstərəcək. Ona görə də Türkiyə bu və ya digər dərəcədə Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı irəliləyişin baş verməsində maraqlıdır ki, Ankara-İrəvan münasibətlərinin yaxşılaşması Bakı-Ankara əlaqələrinə mənfi təsir göstərməsin. Rauf Mirqədirov hesab edir ki, Türkiyənin özünün Ermənistanla münasibətlərdə həllini tapmamış ciddi problemləri var. Bu sıraya "soyqırım" və Türkiyəyə qarşı ermənilərin ərazi iddiaları daxildir. Rauf Mirqədirova görə, Ankara öz maraqları çərçivəsində həmin problemləri həll edə bilsəydi, pozitiv bir məqam ola və Qarabağ probleminin də həllinə pozitiv təsir göstərə bilərdi: "On ildən çox müddətdə düşünürdük ki, Türkiyə Azərbaycana görə Ermənistanla münasibətlər qurmur. Belə gözləntilər fonunda Türkiyə ilə Ermənistanın münasibətləri normallaşarsa, bu, Azərbaycan cəmiyyətində mənfi emosiyalar yaradacaq". Politoloq bir məsələni də nəzərə almağı zəruri sayır. Bu gün Türkiyənin Ermənistanla münasibətləri normallaşdırması yönündəki addımlarla müqayisədə Azərbaycan üçün daha təhlükəlisi Ankara və Moskva arasındakı yaxınlaşmadır. Bu, gələcəkdə Azərbaycan üçün çox ciddi problemlər yarada bilər. Məsələn, Rusiyaya səfərə gedən Türkiyə prezidenti Abdulla Gül "Vesti" xəbərlər proqramına müssahibəsində Moskvaya Qafqazdakı problemlərin həlli yönündə "çox böyük səyləri"nə görə minnətdarlığını bildirib. Amma bir müddət əvvəl Rusiya faktiki Qafqaz dövlətlərindən birinin - Gürcüstanın ərazisini işğal edib. Bundan başqa, ruslar Ermənistana 800 milyon dollar dəyərində əvəzsiz silah və sursat verib. Üstəlik, Abdulla Gül Moskvada olan zaman Kollektiv Təhlükəsizlik Müqaviləci Təşkilatının birgə operativ hərbi qüvvələrinin yaradılması haqqında sənəd Dövlət Dumasında təsdiqlənib. Politoloq vurğuladı ki, Abdulla Gülün bütün bunları görmədən Rusiyanın Qafqazdakı pozitiv rolu haqqında danışması təəccüblüdür. Rauf Mirqədirova görə, Türkiyənin indiki hakimiyyəti öncəki xarici siyasət vektorunda ciddi dəyişikliklər edir. Birincisi, sanki Ankara Qərbdən uzaqlaşır. Bunun obyektiv səbəbləri də var. Çünki Türkiyənin Avropa Birliyinə qəbulu prosesi uzadılır, üzvlük perspektivi real sayılmır. Amma ortadakı gerçəklik odur ki, bu gün Türkiyədə Rusiyaya daha çox yaxınlaşmaq meyli var və bu, ciddi məsələdir. İkincisi, Qərbdən uzaqlaşan Türkiyə həm də islam, xüsusən ərəb dünyasına yaxınlaşır. İslam dünyasının liderinə çevrilmək cəhdləri var: "Hər iki vektorda dəyişmələr Azərbaycan üçün ciddi problemlər və suallar ortaya çıxarır. Keçən əsrin əvvəllərində Türkiyə müstəqilliyini qoruyub- saxlamaq problemilə üz-üzə qalmışdı və həmin dlövrdə Rusiyanın Cənubi Qafqaza qayıtmasına mane ola bilmədi. Bu gün isə Türkiyə Cümhuriyyətinin müstəqilliyinə ciddi bir təhlükə yoxdur. Amma AKP hökumətinin xarici siyasətdəki dəyişiklikləri Rusiyanın Cənubi Qafqaza qayıtmasında yardımçı ola bilər".
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio