ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır
Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Könül ŞAMİLQIZI [email protected]/* */ Barak Obama dünən Türkiyə prezidenti Abdulla Gülü və baş nazir Rəcəb Teyyub Ərdoğanı arayıb və “CNN Türk”ün xəbərinə görə, düz 30 dəqiqə onlarla danışıb. Açıqlamalardan çıxış etsək, ABŞ prezidentinin Ərdoğanla danışığı daha uzun çəkib və daha açıq xarakter daşıyıb. Türkiyə prezidentinin mətbuat xidmətindən verilən iki cümləlik məlumatda deyilir ki, telefon söhbətində prezident Obama Anraka-Vaşinqton münasibətlərinə önəm verdiyini, Türkiyənin regional məsələlərdə göstərdiyi liderliyi təqdir etdiklərini söyləyib. Söhbətdə həmçinin bərabər işbirliyi niyyəti vurğulanıb, regional və beynəlxalq mövzulara nəzər salınıb. Ərdoğanla söhbətdə isə Obama liderlik mövzusundakı düşüncələrini şəxsiləşdirib. Türkiyə Nazirlər Kabinetinin rəsmi açıqlamasına görə, ABŞ prezidenti baş nazirə “Orta Şərqdəki sülh prosesində sizin liderliyinizin həyati önəm daşıdığını ifadə etmək istəyirəm” deyib. Obama Ankarayla strateji müttəfiqliyə və Türkiyənin öz bölgəsində sülh prosesində oynadığı rola böyük əhəmiyyət verdiklərini və Ankaranın həssasiyyətlərini anlayışla qarşıladıqlarını söyləyib. ABŞ prezidenti Orta Şərqdə sülhün təmin olunması, PKK terroruna son qoyulması işində, Ermənistanla əlaqələr başda olmaqla bir çox sahədə Türkiyə ilə birlikdə çalışmaq istədiklərini vurğulayıb. Ərdoğan isə Qafqazdan Balkana və Orta Şərqə qədər bir çox məsələdə Türkiyə və ABŞ-ın birgə əməkdaşlıq etdiyini deyib. O, xüsusilə Ermənistan və Orta Şərq siyasətində Türkiyənin həssasiyyətini dilə gətirib və iki ölkə münasibətlərinin zərər görməməsi üçün ABŞ-ın ədalətli və tərəfsiz davranışının böyük önəm daşıyacağını qeyd edib. Obamanın zəngi və Ankaradan yayılan rəsmi açıqlamaları şərh edən türkiyəli analitiklər bir neçə məqama diqqət çəkirlər. Azərbaycan üçün xüsusilə önəm daşıyan məqam Obama ilə Ərdoğanın söhbətində Ermənistan mövzusunun keçməsi və Türkiyə baş nazirinin ABŞ prezidentinə öz ölkəsinin həssasiyyətlərini xatırlatmasıdır. Ərdoğanın Obamaya “ədalətli olun və tərəfsiz davranın” deməsi birmənalı şəkildə Ankaranın ABŞ prezidentinin və onun administrasiyasının “soyqırım” məsələsində tutduğu mövqedən narahatlığı kimi izah olunur. Türkiyə “soyqırım” qətnaməsinin ABŞ Konqresindən, “soyqırım” sözününsə Obamanın dilindən çıxması təhlükəsinin real olduğunu anlayır və bundan ciddi şəkildə narahatdır. Keçən həftə Vaşinqtona göndərilən türkiyəli deputatların açıqlamalarına baxsaq, “soyqırım” qatarının artıq getməkdə olduğunu görərik. Ədalət və İnkişaf Partiyasından olan deputat Suat Kınıklıoğıu da, Milliyyətçi Hərəkat Partiyasını təmsil edən Mithat Melen də bu narahatlıqları açıq şəkildə dilə gətiriblər. Kınıklıoğlu narahatlıq doğuran məqamlarla bağlı hökumətə hesabat təqdim edib. Melen isə Amerikadakı təəssüratlarını bu cümləylə ifadə edib: “Konqresdən qətnamə keçməsə də, Obama “soyqırım” deyərək erməni lobbisinə olan borcunu ödəyəcək – orda ən çox üzərində durulan ehtimal budur”. Melenə görə, Ərdoğanın Davosdakı davranışından sonra yəhudi lobbisi “biz qətnamənin keçməsinə dəstək verməyəcəyik, amma qarşısını da almayacağıq” mövqeyindən çıxış edir və bu da Türkiyənin işini daha da çətinləşdirir. Amma MHP-li deputat bildirir ki, əsas narahatlıq doğuran məsələ bu deyil: “Əsas məsələ Obamanın erməni lobbisinə olan borcudur”. Obamanın Türkiyə ilə əməkdaşlıq prioritetləri sırasında Orta Şərq, PKK terroruna qarşı mübarizəylə yanaşı, Ermənistanla münasibətləri də qoyması və Ərdoğanın məhz buna cavab olaraq Türkiyənin həssasiyyətlərini xatırladaraq “tərəfsiz və ədalətli olun” deməsi bu narahatlıqların əsassız olmadığını göstərir. Vaşinqton hər zaman ən yüksək səviyyədə, ən açıq şəkildə Türkiyənin Ermənistanla münasibətlər qurmasını dilə gətirib və bunun üçün illərdir “soyqırım” kartını oynayır, amma ilk dəfə bu məsələ Anraka ilə əməkdaşlığın prioritet məsələlərindən biri halına gətirilir.ABŞ Türkiyədən heç bir zaman dəstəyini əsirgəməmiş yəhudi lobbisinin qəzəbindən də yararlanaraq, “soyqırım” kozırını oynamaqla Ankaranı konkret addımlar atmağa vadar etməyə çalışır. Bu həm də Obama üçün “nə şiş yanasın, nə kabab” formuludur – beləcə, ABŞ prezidenti həm “soyqırım” deməməklə Türkiyənin, həm də Ankaranı İrəvanla diplomatik münasibətlərə sövq etməklə erməni lobbisinin könlünü almış olacaq. ABŞ-Türkiyə, ABŞ-İsrail münasibətlərini yaxşı bilən və diplomatik mənbələrə çıxış imkanları olan bəzi türkiyəli yazarların məqalələrinə diqqət etsək, bu məqamları açıq şəkildə görmək mümkündür. Xüsusilə Orta Şərq və Qafqaz məsələsini yaxşı bildiyi deyilən “Milliyet” qəzetinin köşə yazarı Semih İdizə görə, erməni lobbisinə böyük vədlər verən, administrasiyasında erməni iddialarını dəstəkləyən xeyli məmur toplayan Obama erməni qaşını düzəltdiyi yerdə türk gözünü çıxarmayacaq bir formul axtarır. Nədən ibarətdi bu formul? Semih İdiz belə açıqlayır: “Məsələ ilə yaxından maraqlanan ABŞ mənbələrinə görə, Türkiyənin 24 apreldən öncə Ermənistanla münasibətlərdə beynəlxalq səviyyədə diqqət çəkəcək bir addım atması ABŞ iqtidarı və Konqresinin mövqeyinə də önəmli təsir edəcək. Onlar bunu söyləməyə çalışırlar: “Türkiyə bu müddət ərzində Ermənistanla diplomatik münasibətlər qurmalı və sərhədi açmalıdır. Əlbəttə, Azərbaycan bundan məmnun olmayacaq. Amma nəticədə hər ölkənin özünün milli mənafeyi önəmlidir. Bakı da zatən bu səbəbdən indiyə qədər Quzey Kıbrıs Türk Cümhuriyyətini tanımağı rədd edib”. Türkiyə-Amerika-İsrail münasibətlərinə yaxından bələd olan “Radikal” qəzetinin köşə yazarı Çengiz Çandar isə yazır ki, Türkiyə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması məsələlərini “paket həll” çərçivəsinə daxil etməklə yanlışlığa yol verir. Yəni Türkiyə bu iki məsələni paket anlaşma çərçivəsindən çıxarıb, erməni lobbisinin əlindəki “kozır”ı almalıdır: “Əks halda, bir tərəfdən ABŞ Konqresindən qətnamənin keçməsi asanlaşır, digər tərəfdənsə Ermənistanın əlinə diasporla eyni siyasət yürütmək imkanı verilir”. Çandara görə, “Amerika-Rusiya böyük bazarlığı” konkretləşməmiş Qafqazdakı problemlər düzələn deyil və bu bazarlıq sona çatmadığı müddətdə Türkiyə-Ermənistan münasibətlərinə Azərbaycan-Ermənistan, Ermənistan-lobbi münasibətləri, ABŞ Konqresinin 24 aprel terminləri ilə bir arada baxılmamalıdır. Yəni Türkiyə öz mənafeləri baxımından Ermənistanla münasibətlərini qurmalıdır. Elə bu məqamda qeyd edək ki, türkiyəli şərhçilər Obamanın Ərdoğan və Gülü aramasının vaxtına da xüsusi önəm verirlər. Qeyd edək ki bu, Obamanın prezident seçildikdən sonra Abdulla Güllə ikinci, Ərdoğanla birinci telefon danışığıdır. Üstəlik, Ərdoğanın Obama ilə telefon danışığını düz 3 ay gözlədiyi bildirilir. Diplomatik mənbələr ABŞ prezidentinin telefon zənginin “Davos qalmaqalı” və Obamanın proqramının sıxlığı səbəbindən gecikdiyini, fevralın 16-da gerçəkləşən danışığın Abdulla Gülün Rusiya səfərindən cəmi bir gün sonraya düşməsininsə təsadüf olmadığını bildirirlər. Vaşinqton Türkiyə-Rusiya münasibətlərinin strateji bəyannamə səviyyəsinə çıxmasından narahatdır. Medvedyev Güllə həmin bəyannaməni imzalayandan sonra keçirdiyi mətbuat konfransında məhz ABŞ-ı nəzərdə tutaraq “bizim öz regionumuzda problemləri həll etmək üçün üçüncüölkələrə ehtiyacımız yoxdur” demişdi. Obamanın Türkiyə liderləri ilə telefon danışıqlarına dair Ağ evin bu gün yaydığı açıqlama da həmin naratlığın ifadəsi sayıla bilər. Açıqlama Türkiyə tərəfinin məlumatlarından xeyli fərqlənir. Ağ ev telefon söhbətlərində Obamanın daha çox Türkiyə ilə NATO çərçivəsində əməkdaşlığı vurğuladığını bildirib. Açıqlamaya görə, əhatəli və isti keçən hər iki söhbətdə Obama Türkiyə-ABŞ münasibətlərini ortaq mənafelər istiqamətində və NATO çərçivəsində daha təsirli şəkildə inkişaf etdirmək istədiyini deyib: “Hər iki söhbətdə liderlər Türkiyə-İraq münasibətlərinin inkişafı, Orta Şərqdə nizamlama prosesi, ABŞ-ın Əfqanıstan və Pakistana yönəlik siyasətinin yenilənməsi mövzuları da daxil olmaqla bir çox istiqamətdə müzakirələr aparıblar”. “CNN Türk” xəbər verir ki, Vaşinqton kuluarlarında Obamanın daha çox Türkiyənin NATO üzvlüyünü vurğuladığı və Əfqanıstan-Pakistan siyasətindən söz açlığı deyilir. Televiziyanın Vaşinqtondakı diplomatik mənbələrə istinadən yaydığı şərhə görə, Obama faktiki olaraq Türkiyəyə NATO qaydalarını və alyans üzvü kimi məsuliyyətini xatırladıb. Yəni dolayısıyla Türkiyənin regionda lider olmaq üçün harda durmalı olduğunu yada salıb...
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio