Trampın bəyanatından sonra İranda dollar yenidən bahalaşdı
Yəməndə öldürülən üç xarici döyüşçüdən ikisi SEPAH üzvüdür — Al Arabiya
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
İranlı qadın müğənniyə həbs cəzası verildi
Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişafını sürətləndiirmək niyyətindədir
47 iranlı İsrailə köçdü
İranın ən nüfuzlu universiteti oyuncaq siçana görə tələbəni universitetdən qovub
Təbriz Kəşfiyyat İdarəsinin əməkdaşları azərbaycanlı türk fəalın evində axtarış aparıb
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Britaniya İrana qarşı yeddi yeni sanksiya tətbiq etdi
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran növbəti müharibə zamanı daha dağıdıcı silahlardan istifadə edəcəyi barədə xəbərdarlıq edib
Pakistan iki dənizçisinin ölümü ilə nəticələnən husilərin gəmi hücumunu pisləyib
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Tramp: Hörmüz boğazı gələcəkdə əvvəlki qədər əhəmiyyətli olmayacaq
Axios: ABŞ Hörmüz boğazında gizli neft daşınması üçün dəhliz yaradıb
Neft ixrac edə bilmirik- Hemməti
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
İranda daha bir etirazçı edama məhkum edildi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
Yaxın Şərqdə müharibə Əbu-Dabidə iki böyük konsertin ləğvinə səbəb oldu
Əməkdaşlıqdan qarşıdurmaya; İsrail və Türkiyə niyə qarşı-qarşıya gəlib? | Təhlil
Fransa iranlı diplomatını ölkədən çıxardı
Moskva və London arasında gərginlik artdı
Suriyada keçmiş işgəncəçi zabit həbs edildi
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
Tramp: İranla danışıqlar mümkündür
Hörmüz boğazında Çinlə əlaqəli üç tanker geri dönüb — Bloomberg
ABŞ 17 iranlını kiber oğurluqda günahlandırdı
İrana baölı qüvvələr İraqın baş naziri təhdid edib
Azərbaycan-Özbəkistan ikitərəfli gündəliyi müzakirə edilib
İranda Trampın başına qoyulan mükafata bu qədər pul yığıldı
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
NATO istənilən İran təhdidinə qarşı tədbir görməyə hazırdır
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
Əhalinin Qeydiyyatı İdarəsinin türk adlarına qarşı təzyiqi davam edir
ABŞ-da iranlı siyasi fəala sui-qəsd edilib
Təbrizli milli fəal həbs edildi
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
Azərbaycan İran müharibəsi zamanı İsrail qüvvələrinin ölkədə yerləşdirilməsi barədə xəbərə görə CNN-i məhkəməyə verib
FT: İran ABŞ-ın Avropadakı hərbi hədəflərinə hücum etməyi düşünür
Rubio BƏƏ rəsmisi ilə İran və Hörmüz boğazında gəmiçiliyi müzakirə edib
Ötən həftə kosmosda misli görünməmiş hadisə baş verdi. Sibir çölləri üzərində, Yerdən 800 kilometr yüksəklikdə Rusiyaya aid istifadəsiz hərbi peyk Amerikaya aid kommersiya peyki ilə toqquşdu və parçalandı. Xəbər verildiyi kimi, toqquşanlar Rusiyanın 1993-cü ildə buraxdığı, hazırda istifadəsiz hesab edilən hərbi təyinatlı “Kosmos-2551" peyki ilə Amerikanın ”Motorola" şirkəti tərəfindən istifadə olunan “İridium” rabitə peykidir. Toqquşma haqda xəbəri Amerika Milli Aerokosmik Agentliyi NASA açıqlayıb. Açıqlamada deyilirdi ki, kosmik tədqiqatların tarixində ilk dəfə yaşanan bu hadisənin səbəbləri araşdırılır. Rusiyanın “Roskosmos” agentliyi isə, ümumiyyətlə, olaydan xəbərsiz olduqlarını və araşdırma apardıqlarını açıqlayıb. “Roskosmos”dan onu da deyiblər ki, Amerika peyki ilə toqquşan hərbi peyk haqda da onlarda məlumat yoxdur. Bu quruma aid bütün kosmik aparatlar işləyir və nəzarət altındadır. Beləliklə, hər iki tərəf toqquşma faktının əhəmiyyətini azaltmağa çalışıb. Lakin Qərb mətbuatı bu hadisənin arxasında böyük sirrin dayana biləcəyini yazır. “The Times” qəzetinin yazdığına görə, toqquşma nəticəsində meydana gələn 600-dan çox hissə hazırda Yerin ətrafında xaotik dövr edir. NASA və Birləşmiş Ştatların Vayominq ştatındakı xüsusi mərkəzdən kosmik zibillərin hərəkətini izləyən hərbi agentliyi açıqlayıb ki, Beynəlxalq Kosmik Stansiya və oraakı kosmonavtların həyatı üçün risk minimaldır. Eyni zamanda toqquşma “Discovery” şatl gəmisinin orbitə buraxılmasına təhlükə yaratmır. Ancaq beynəlxalq “Hubble” teleskopu üçün risk var. Çünki teleskopun orbiti toqquşmanın baş verdiyi orbitə yaxındır. Hazırda toqquşmadan yaranan hissələr teleskopun hərkət etdiyi orbitin bir neçə kilometr hündürülüyündə fırlanır. İçərisində müntəzəm olaraq Rusiya və Amerikadan olan astronavtların növbə çəkdiyi Beynəlxalq Kosmik Stansiya üçün toqquşma hələlik risk yaratmasa da, gələcəkdə peyklərin hissələri qravitasiya qaydalarına uyğun olaraq tədricən aşağı orbitlərə enəcək, bununla da təhlükə artacaq. Qəzet yazır ki, əgər belə hadisə “soyuq müharibə” dövründə baş versəydi Rusiya ilə Amerika arasında nüvə müharibəsinə səbəb olardı. İtaliyanın “La Republika” qəzeti isə yazır ki, toqquşma faktı haqda ancaq 48 saat sonra xəbər tutulub. NASA ekspertləri hadisənin təsadüfən baş verdiyini deyirlər, ancaq şübhələr var ki, peyklər bilərəkdən toqquşdurulub. Qəzet iddia edir ki, Rusiya hərbi peyki istifadəsiz hesab olunurdu, ancaq ötən ilin yayında NASA gözlənilmədən aşkar edib ki, Rusiyaya aid belə peyklərdən biri işləyir və məlumatlar toplayıb ötürür. *** Rusiya ekspertləri də toqquşmanın təsadüfən baş verdiyinə şübhə edirlər. Onlar qeyd edirlər ki, bu cür təsadüfi toqquşma ehtimalı Moskvanın iki ayrı səmtindən yola çıxan iki tarakanın şəhərin mərkəzində toqquşması ehtimalı qədər kiçikdir. Bundan əlavə, Amerika kosmik peyki Rusiya peykindən kifayət qədər yüksək orbitdə uçub və o heç cür özbaşına və NASA-nın xəbəri olmadan Rusiya peykinin orbitinə enə bilməzdi. Məlumdur ki, Rusiya və Amerika Yerətrafı orbitdəki ölçüləri 10 santimetrdən böyük olan bütün kosmik aparatlarını izlyirlər. Bəs necə ola bilər ki, bu ölkələrin kosmik agentlikləri çəkisi yüzlərlə kiloqram olan iki iri peykin toqquşmasını görməyiblər? Almaniyanın “Frankfurter Rundschau” qəzeti isə yazıb ki, hadisənin necə baş verdiyini üzə çıxarmaq üçün müəyyən vaxt tələb olunur. Qəzet xatırladır ki, kosmosda hazırda ölçüləri 10 santimetrdən çox olan 18 mindən çox predmet var. Onlardan 800-ü fəaliyyətdə olan peyklərdir. Almaniya ekspertləri də hesab edir ki, 10 santimetrlik predmetləri belə izləyən NASA bu cür irimiqyaslı toqquşmanı görməyə bilməzdi. Ona görə də hadisə kifayət qədər müəmmalıdır. *** Dünyada böyük rezonans doğuran hadisə ilə bağlı BMT də bəyanat yayıb. Təşkilat hesab edir ki, kosmik tədqiqatlarla məşğul olan bütün ölkələr kosmosun zibillənməsinin qarşısını almaq üçün tədbirlər görməyə borcludur. BMT-nin kosmik fəza məsələləri üzrə Vyanada yerləşən idarəsindən açıqlanan kommunikedə deyilir ki, süni peyklərin toqquşması nəticəsində 700-ə yaxın hissə ayrılıb və onlar orbitdə uzun müddət qalaraq və kosmik aparatlar üçün ciddi təhlükə yaradacaq. Fevralın 13-də yayılan sənəddə deyildiyinə görə, bütün beynəlxalq təşilatlar və kosmik tədqiqatlarla məşğul olan aparıcı ölkələr kosmosun zibildən təmizlənməsi üçün könüllü tədbirlər görməlidir. “Bu fəzanı gələcək nəsillər üçün xilas etmək lazımdır”, - deyə sənəddə bildirilir. Narahatlığı artıran səbələrdən biri də odur ki, Rusiya bir qayda olaraq hərbi təyinatlı peyklərinin sirrini açıqlamır. “The Wal Street Cournal” qəzeti isə mütəxəssislərə istinadən yazıb ki, peykin göyərtəsində nüvə reaktoru ola bilər. *** Narahatlığın və şübhələrin artması ilə bağlı Pentaqon bir gün əvvəl bəyan edib ki, kosmosdakı toqquşma haqqında ətraflı məlumatlar veriləcək. Pentaqon nümayəndəsi Ceff Morellin bildirdiyinə görə, hazırda bu qurum toqquşma nəticəsində yaranmış hissələrin hərəkətini izləyir. Morrel bu hissələrin hərəkəti ilə bağlı məlumatların internetdə yerləşdiriləcəyini açıqlayıb. O deyib ki, həmin məlumatlara əsasən, kosmosda peykləri olan şirkət və təşkilatlar özləri öz aparatları üçün riski müəyyən edə bilərlər. Bununla belə Morell toqquşmanın necə baş verdiyi haqda ətraflı izahat verməyib. Həmçinin nə NASA və Pentaqon, nə də digər qurumlar toqquşmanın Yer sakinləri üçün hansı təhlükə təşkil etdiyini də açıqlamırlar. Bəzi ekspertlər hesab edir ki, toqquşma Rusiyaya aid hərbi peykin, yaxud gələcəkdə ballistik raketlərin sıradan çıxarılmasına hesablanmış sıınaqlara yönələ bilərdi. *** Bu hadisə diqqəti həm də Yer ətrafında dövr edən saysız-hesabsız irili-xırdalı predmetlərə yönəldir. Hesablamalara görə hazırda Yer ətrafında 37 kilometr hündürlükdən başlayaraq ölçüləri 10 santimetrdən çox olan 18 mindən çox “kosmik zibil” hərəkət edir. Ölçüləri bundan kiçik olan predmetlərin sayı isə 10 milyondan çoxdur. Söhbət hazırda işləməyən bütün süni obyektlər, raket daşıyıcılarının pillələri və onların fraqmentlərindən gedir, onların heç bir faydası olmasa da, fəaliyyətdə olan kosmik apratlar, xüsusən içərisində kosmonavtlar olan aparatlar üçün təhlükə yaradır. Bəzi hallarda isə içərisində təhlükəli, nüvə, kimyəvi və digər materiallar olan predmetlər birbaşa Yer üçün də təhlükə təşkil edir. Belə ki, həmin obyektlər atmosferin aşağı qatlarına keçərək tam yanmadan yaşayış məntəqələrinə, sənaye obyektlərinə, nəqliyyat kommunikasiyalarının üzərinə düşə bilər. Problem üzərində mütəxəssislər neçə vaxtdır işləyirlər, ancaq zibilin necə yığılmasının yolları tapılmayıb. Variantlardan birinə görə, zibili toplamaq üçün kosmosa xüsusi süni peyk buraxıla bilər. Digər mütəxəssislər isə “kosmik zibillər”ə əlavə təsir yaratmaqla onların atmosferin aşağı qatlarına endirilməsinin yollarını tapmağı təklif edirlər. NASA isə xəbərdarlıq edir ki, kosmik uçuşlar yaxın zamanlarda belə predmetlərlə toqquşma riskinin get-gedə artması nəticəsində kifayət qədər təhlükəli ola bilər. *** Artıq belə təhlükə yaranıb. Bir il əvvəl Beynəlxalq Komsik Stansiya onun orbitinə daxil olan boltla toqquşmadan son anda qurtarılıb. Stansiyanın orbitində bir neçə santimetrlik boltun hərəkətini aşkar edən Rusiya və Amerika kosmik agentlikləri içərisində bir neçə kosmonavtın olduğu nəhəng aparatı manevr etdirməklə toqquşmanın qarşısını ala biliblər. Kosmosda hərəkətin sürəti kifayət qədər yüksək olduğundan, kiçik bolt nəhəng kosmik stansiya ilə toqquşsa, onun sıradan çıxmasına və nəticədə kosmonavtların həlak olmasına gətirib çıxara bilərdi. Həmçinin hazırda “Hubble” kosmik teleskopunu təmir etmək üçün kosmik gəmi göndərmək istəyən NASA ehtiyat edir ki, həmin gəmi “kosmik zibillər”lə toqquşa bilər. Çünki teleskopun hərəkət etdiyi hündürlükdə belə “zibillər”in sayı daha çoxdur. Hesablamalara görə, ölçüləri 10 santimetdən çox olan “kosmik zibillər”in üçdə biri Rusiya və digər MDB ölkələrinə, təqribən 8 mini ABŞ-a, qalanı isə digər ölkələrə məxsusdur. Bu “zibillər”in yaranmasının səbəbləri də müxtəlifdir. Kosmik peykləri orbitə çıxaran raket daşıyıcıları, kosmik peyklərdən atılan müxtəlif predmetlər də bura daxildir. *** Problem həm də ondadır ki, bu predmetlər bir-biri və meteroitlərlə toqquşma nəticəsində çoxalır. Ona görə də ekspertlər artıq 2020-ci ildə kosmosa süni peyklərin buraxılmasının mümkün olmayacağını proqnozlaşdırırlar. Bu isə insanlıq üçün ciddi fəlakətə səbəb ola bilər. Çünki kosmosdakı peyklərin toqquşma nəticəsində sıradan çıxması, yenilərinin isə buraxılmaması qlobal kommunikasiya, naviqasiya, rabitə sisteminin fəaliyyətinin pozulması, sənaye, məişət və insan sağlamlığı üçün ciddi fəsadların meydana çıxması ilə nəticələnərdi. Bu zibillər ona görə get-gedə Yer yaxınlaşır ki, onların öz mühərrikləri yoxdur. Yəni heç bir “kosmik zibil”, məsələn, Yerdən uzaqlaşıb Günəşə doğru hərəkət etmir. Bunun üçün onların saniyədə 1 kilometr sürətlə hərəkəti təmin edən mühərriki olmalıydı. Mütəxəssislərə görə, kosmik zibillər Yerdən bəzən yüzlərlə kilometr yüksəklikdə hərəkət etsə də, onlar kifayət qədər təhlükəlidir. Çünki saniyədə 7-8 kilometr sürətlə hərəkət edirlər. Bu sürətlə adi bolt böyük kosmik aparatı deşib sıradan çıxara bilər. Digər tərəfdən, “zibillər”in hərəkət etdiyi hündürlükdə hazırda əksər rabitə, meterologiya və digər peyklər uçur. Yalnız iki ölkə - Rusiya və Amerika Yerdən 19-22 min kilometr hündürlükdə qlobal rabitə peyklərinə malikdir. *** Kosmik aparatların Yerə düşməsi ilə bağlı ən çox bilinən faktlar Amerika kosmik peykinin Avstraliya ərazisinə düşməsi, Rusiyanın “Salyut-7" kompleksinin isə Çili və Argentinaya düşməsidir. Lakin nəzəri olaraq dünyanın istənilən hissəsinə kosmik predmetin düşməsi mümkündür. Ona görə də indi aparıcı ölkələrin mütəxəssisləri kosmosu ”zibil"dən təmizləməyin yollarını axtarırlar. Lakin indidən məlumdur ki, bu kifayət qədər bahalı məşğuliyyətdir, ona investisiya qoymaq istəyənlər isə azdır. Odur ki, istənilən adam kosmosdan onun başına qəfildən hansısa predmetin düşməsi təhlükəsi ilə üzləşə bilər. Təhlükə gələcəkdə daha arta bilər. Çünki hazırda ABŞ ballistik raketlərdən müdafiə sisteminin yaradılması üzərində işləyir. Həmin sistemin iş prinsipi ondan ibarətdir düşmənin nüvə başlığı daşıyan qitələrarası ballisik raketi Amerikanın buraxdığı raketlə kosmosda vurulur, nəticədə həmin raketin və nüvə başlığının hədəfə çatması əngəllənir. Ancaq şübhə yox ki, kosmosda, özü də ballistik raketlərin hərəkət etdiyi aşağı orbitdə baş verə biləcək belə toqquşma “kosmik zibillər”i, özü də nüvə materialları şəklində zibilləri artıracaq. F.MƏMMƏDOV
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
47 iranlı İsrailə köçdü
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
ABŞ-da iranlı siyasi fəala sui-qəsd edilib
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
"Traktor" İsfahan komandasını məğlub etdi
Həmədanda tibb işçiləri etiraz aksiyası keçirib
BƏƏ İranla ticarət və maliyyə əməliyyatlarını dayandırdı
Çin tankerləri Hörmüz və Bab-Əl-Məndəb boğazlarından yan keçir
Tehran Prokurorluğu jurnalistin fəaliyyətinə qadağa qoydu
İranda kağız çatışmazlığı məktəb dərsliklərində dəyişiklikləri məhdudlaşdırıb
Kanada keçmiş İran rəsmisini ölkədən deportasiya edir
Təxminən 500 nəfər məhkəmə yolu ilə “Əlihan” adlı doğum haqqında şəhadətnamə alıb, lakin bu ad hələ də qadağandır
Abbas Lisani son otuz ildə zorakılıqsız mübarizə və vətəndaş itaətsizliyinin öncüllərindən biridir
İran rəsmisi milli birliyi media üçün “qırmızı xətt” adlandırıb
İran Hörmüz boğazına nəzarət edir – Bəsic komandiri
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
ABŞ-la razılaşma üçün ən yaxşı vaxt indidir – İran Ekspertlər Məclisinin üzvü
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
Ermənistanda İranın “Majid” HHM sistemləri nümayiş etdirilib
Vens: İran ABŞ-a verdiyi öhdəliklərə əməl etməyib
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Urmiya gölünün sahəsi 2487 kvadrat kilometrə çatıb
Yəmənin mühüm limanının fəaliyyəti husilərin hücumları nəticəsində dayandı
Ərdəbildə üç məhbus edam edildi
Hizbullahın yüksək rütbəli komandiri öldürüldü
Hizbullah atəşkəsi pozdu: İsrail cavab verdi
SEPAH rəhbəri: İran müharibəsi qlobal İslam hakimiyyətinə doğru bir addım idi
Üç iranlı pilot Qətərdə əsir saxlanılır
İranda qaz tarazsızlığı böyük böhrana doğru gedir