SON XƏBƏRLƏR

Möhsün Rezainin Türkiyə ilə bağlı iddiası etirazlara səbəb olub (Video) 

2026.11.12, 19:17
Möhsün Rezainin Türkiyə ilə bağlı iddiası etirazlara səbəb olub (Video) 

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi: “İran olmasaydı, İsrail Türkiyəni işğal edərdi!”

Gunaz.tv

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai Əl-Məyadin telekanalına müsahibəsində iddia edib ki, İran və onun dəstəklədiyi silahlı qruplar Türkiyə, Səudiyyə Ərəbistanı, İordaniya və İraqın İsrail tərəfindən işğal edilməsinin qarşısını alıblar. O, bu iddiasını təsdiqləyən heç bir sübut təqdim etməyib.

Rezainin açıqlaması Türkiyədə tənqidi reaksiyalara səbəb olub. Türk şərhçi və siyasi analitik Hakan Bayrakçı bu iddianı rədd edərək bildirib ki, Türkiyənin özünü müdafiə etmək üçün İranın himayəsinə ehtiyacı yoxdur.

Bayrakçı Türkiyənin qədim tarixi və güclü ordusu olan müstəqil dövlət olduğunu vurğulayaraq, “İsrail hansı mövqedədir ki, Türkiyəni işğal etsin?” sualını ünvanlayıb.

Hakan Bayrakçının Möhsün Rezainin iddiasına verdiyi cavabı videoda izləyə bilərsiniz.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar