SON XƏBƏRLƏR

ABŞ-dan deportasiya olunan iranlıları daşıyan təyyarə geri qayıdıb

2026.11.13, 10:26
ABŞ-dan deportasiya olunan iranlıları daşıyan təyyarə geri qayıdıb

Noyabrın 10-da Pakistanın imtina etməsindən sonra iranlı qaçqınların olduğu təyyarə yenidən Arizonaya qayıdıb.

Gunaz.tv

Bu barədə beynəlxalq media məlumat yayıb.

Məlumata görə, ABŞ İmmiqrasiya və Gömrük Xidmətinə məxsus çarter təyyarəsi səhər saat 5 radələrində Mesadan havaya qalxıb, ancaq 30 dəqiqədən sonra istiqamətini dəyişərək əvvəlki təyinat yerinə geri dönüb.

Təyyarədə olan 11 iranlı qaçqının həbsxanaya köçürüldüyü bildirilib.

Pakistan hökuməti hələlik təyyarəni qəbul etməkdən imtina etməsinin səbəbini açıqlamayıb. Daha əvvəl Pakistan Xarici İşlər Nazirliyi ABŞ-ın öz ərazisindən istifadə edərək miqrantları İran və Əfqanıstana deportasiya etmək planının nəzərdən keçirildiyini açıqlamışdi.

ABŞ Daxili Təhlükəsizlik Departamenti bildirib ki, təyyarədəki sərnişinlərin deportasiyası ilə bağlı qəti qərar qəbul olunub. ABŞ rəsmilərinin iddiasına görə, təyyarədəki bəzi şəxslərin narkotik qaçaqmalçılığı, məişət zorakılığı və qanunsuz silah saxlama da daxil olmaqla cinayət əməlləri olub.

Amerika İranlıları Hüquq Müdafiə Fondu qaçqınların deportasiyasını tənqid edib və bununla onların İranda həyatlarının təhlükəyə atıldığı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, 2025-ci ilin sentyabrından 2026-cı ilin yanvarına qədər yüzdən çox İran vətəndaşı üç reyslə ABŞ-dan İrana qaytarılıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar