SON XƏBƏRLƏR

“Ynet”: İran ABŞ-nin hərbi qərarlarını təxirə salmaq üçün oyun oynayır

2026.11.13, 14:14
“Ynet”: İran ABŞ-nin hərbi qərarlarını təxirə salmaq üçün oyun oynayır

“İran ABŞ ilə danışıqları ancaq razılaşmaya gəlmək vasitəsi kimi yox, həm də vaxt qazanmaq, Vaşinqtonun hərbi qərarlarını təxirə salmaq və Amerika daxilində siyasi təzyiqləri artırmaq üçün vasitə kimi nəzərdən keçirə bilər”.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bunu İsrail ordusunun Baş Qərargahının keçmiş rəsmi nümayəndəsi Doron Hadar “Ynet”də dərc olunan analitik məqaləsində yazıb.

Analitik ABŞ-də aralıq seçkilərindən sonra diplomatik səylərin yenidən başlamasına və Qətərin vasitəçilik roluna toxunaraq qeyd edib ki, tərəflər arasında əsas fikir ayrılıqları hələ də qalmaqdadır.

Hadarın sözlərinə görə, Vaşinqton nüvə məsələsində irəliləyiş əldə edilməsini və Hörmüz boğazının yenidən açılmasını tələb edir: “Tehran isə danışıqların davam etdirilməsini sanksiyaların ləğvi, dondurulmuş aktivlərin azad edilməsi və digər tələblərinin yerinə yetirilməsi ilə şərtləndirir”.

O hesab edir ki, fikir ayrılıqları razılaşma yolunda maneə olmaqla yanaşı, danışıqların uzadılması üçün də vasitəyə çevrilə bilər.

İsrail ordusunun keçmiş rəsmisi məqsədi razılaşma əldə etmək olan danışıqlarla, prosesin özünün tərəflərdən biri üçün fayda verdiyi danışıqlar arasında fərq qoyub: “İran eyni zamanda həm razılaşma əldə etmək, həm də danışıqların uzanmasından faydalanmaq istəyə bilər”.

Doron Hadarın fikrincə, əsas sual Tehran və Vaşinqtonun danışıqlara ümumiyyətlə eyni məqsədlə başlayıb-başlamadığı, yoxsa tərəflərin uğur anlayışına fərqli meyarlarla yanaşdığıdır.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar