Trampın bəyanatından sonra İranda dollar yenidən bahalaşdı
Yəməndə öldürülən üç xarici döyüşçüdən ikisi SEPAH üzvüdür — Al Arabiya
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
İranlı qadın müğənniyə həbs cəzası verildi
Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişafını sürətləndiirmək niyyətindədir
47 iranlı İsrailə köçdü
İranın ən nüfuzlu universiteti oyuncaq siçana görə tələbəni universitetdən qovub
Təbriz Kəşfiyyat İdarəsinin əməkdaşları azərbaycanlı türk fəalın evində axtarış aparıb
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Britaniya İrana qarşı yeddi yeni sanksiya tətbiq etdi
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran növbəti müharibə zamanı daha dağıdıcı silahlardan istifadə edəcəyi barədə xəbərdarlıq edib
Pakistan iki dənizçisinin ölümü ilə nəticələnən husilərin gəmi hücumunu pisləyib
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Tramp: Hörmüz boğazı gələcəkdə əvvəlki qədər əhəmiyyətli olmayacaq
Axios: ABŞ Hörmüz boğazında gizli neft daşınması üçün dəhliz yaradıb
Neft ixrac edə bilmirik- Hemməti
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
İranda daha bir etirazçı edama məhkum edildi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
Yaxın Şərqdə müharibə Əbu-Dabidə iki böyük konsertin ləğvinə səbəb oldu
Əməkdaşlıqdan qarşıdurmaya; İsrail və Türkiyə niyə qarşı-qarşıya gəlib? | Təhlil
Fransa iranlı diplomatını ölkədən çıxardı
Moskva və London arasında gərginlik artdı
Suriyada keçmiş işgəncəçi zabit həbs edildi
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
Tramp: İranla danışıqlar mümkündür
Hörmüz boğazında Çinlə əlaqəli üç tanker geri dönüb — Bloomberg
ABŞ 17 iranlını kiber oğurluqda günahlandırdı
İrana baölı qüvvələr İraqın baş naziri təhdid edib
Azərbaycan-Özbəkistan ikitərəfli gündəliyi müzakirə edilib
İranda Trampın başına qoyulan mükafata bu qədər pul yığıldı
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
NATO istənilən İran təhdidinə qarşı tədbir görməyə hazırdır
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
Əhalinin Qeydiyyatı İdarəsinin türk adlarına qarşı təzyiqi davam edir
ABŞ-da iranlı siyasi fəala sui-qəsd edilib
Təbrizli milli fəal həbs edildi
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
Azərbaycan İran müharibəsi zamanı İsrail qüvvələrinin ölkədə yerləşdirilməsi barədə xəbərə görə CNN-i məhkəməyə verib
FT: İran ABŞ-ın Avropadakı hərbi hədəflərinə hücum etməyi düşünür
Rubio BƏƏ rəsmisi ilə İran və Hörmüz boğazında gəmiçiliyi müzakirə edib
Hökumət ölkənin xərclərinin 103 milyard, gəlirlərinin isə cəmi 59 milyard dollar olacağını proqnozlaşdırıb Beynəlxalq agentliklər İran parlamentinin analitik mərkəzinin hazırladığı hesabata əsaslanaraq mart ayındapn başlayacaq təqvim ilində bu ölkənin büdcə kəsirlərinin 44 milyard dollara çatacağını açıqlayıblar. Mərkəzin hesabatına görə, hökumət ölkənin xərclərini 103 milyard dollar həcmində proqnozlaşdırıb. Belədə isə gəlirlər cəmi 59 milyard dollar olacaq. Buna görə də ehtimal olunur ki, büdcə defisiti dövlət kampaniyalarının gəlirlərindən əlavə vergilər hesabına doldurulacaq. Bundan başqa 11 milyard dollar yerli stabilləşdirmə fondundan götürüləcək. Analitiklər hesab edirlər ki, bu qədər kəsiri olan büdcə parlamentdə ciddi müqavimətlə üzləşəcək. İran iqtisadçıları Mahmud Əhmədinejadın iqtisadi siyasətini tənqid edirlər, çünki bu siyasət inflyasiya proseslərinin sürətlənməsinə, stabilləşmə fondunun pullarının xərclənməsinə gətirib çıxarır. Ötən ilin sentyabrında qiymətlərin artması 29 faizə çatıb, hazırda isə inflyasiya 24 faizdir. İranda büdcənin profisiti hesabına əldə olunan vəsaitlər stabilləşmə fonduna yönəldilir. Bu fond dünya bazarlarında neftin qiymətinin qalxıb-düşməsini tənzimləmək üçün fəaliyyət göstərir. İran hökuməti 2009-cu ilin büdcə layihəsində neftin bir barelinin qiymətini 37,5 dollardan götürüb. Dünənki məlumatlara görə isə London birjasında neftin qiyməti 35 dollara düşüb. Qlobal böhran nəticəsində təkcə İran deyil, Səudiyyə Ərəbistanı (17 milyard dollar), Oman (2 milfard dollar), BƏƏ (1,1 milyard dollar) büdcə kəsiri ilə üzləşib. Göründüyü kimi, ən kəskin büdcə kəsiri İrandadır. Ötən il neftin bir barelinin qiyməti 147 dollara çatdığı zaman rəsmi Tehran daha ürəkli danışırdı. Xatırladaq ki, 2006-cı ilin payızında İsrailin Livanda "Hizbullah"la döyüşləri zamanı İran terror təşkilatına faktiki dəstək verə bilirdi. Amma ötən ilin sonundan başlayaraq İsrailin Qəzza bölgəsində "Həmas"a qarşı əməliyyatlara İran müdaxilə edə bilmədi. İsrailin "Həmas"ın axırına çıxmaq cəhdlərinə rəsmi Tehran ölkədaxili şoularla cavab verdi. Əslində Qəzzaya hücum İranda hakimiyyət uğrunda mübarizə aparan dairələr üçün mitinqlər, aksiyalar keçirməsinə bəhanə yaratdı. Həmin aksiyalarda ABŞ-ı, İsraili söydülər, qarğış tökdülər, amma uzun illər dəstək verdikləri terror qruplaşmasına heç bir yardım göstərmədilər. Bu bir tərəfdən, hakimiyyətdaxili mübarizə ilə bağlı idisə, digər tərəfdən İranın üzləşdiyi iqtisadi böhranla əlaqədardır. Bəlkə də məhz İrandan ciddi dəstək ala bilmədiyinə görə, "Həmas" İsraillə 1,5 illiyə atəşkəs haqqında saziş imzalamağa razılıq verib. İranda isə get-gedə miqyası artan iqtisadi böhran fonunda siyasi ziddiyyətlər kəskinləşir. Siyasi dairələr ABŞ-da demokrat prezidentin seçilməsinin İranda da öz əksini tapacağını proqnozlaşdırırlar. Xatırladaq ki, demokrat Bill Klintonun dövründə Xübreqan, ali dini rəhbər "islahatçı" Məhəmməd Xatəmini ortaya çıxarmışdı. Elə indi də Məhəmməd Xatəmi prezidentliyə namizəd olacağını bəyanlayıb. Bir-iki gün əvvəl inqilabın 30 illiyi ilə əlaqədar keçirilən mərasimdə Xatəmiyə hücum cəhdini isə İranda kəskinləşən siyasi ziddiyyətlərin göstəricisi saymaq mümkündür. "Xatəmiyə ölüm" şüarı səsləndirən dəyənəklərlə silahlanmış qrupu ortaya salan dairələr sanki əsəblərini saxlaya bilmirlər, hakimiyyətin əldən çıxacağından bərk təlaşa düşüblər. Bu ərəfədə ali dini rəhbər Ruhullah Xomeyninin canişini olmuş ayətullah Hüseynəli Müntəziri Qətərin "Əl-Cəzirə" telekanalına müsahibəsində bildirib: "İnqilabın 30 yaşında ölkədə mənzərə belədir: hakimiyyət dairələrində nüfuz sahibi olan azlıqdan, bir qrup insandan başqa İran vətəndaşları bahalıq və infilyasiya problemilə üz-üzə qalıb, əzab-əziyyətlə dolanır. Ümid edirəm ki, ölkə rəsmiləri vaxt itirmədən vətəndaşlarla hakimiyyət arasında uçuruma, yoxsul əhalinin necə məhrumiyyət və əzabda yaşamasına fikir verəcək. Onlar bir çarə qılmalı, bataqlığa yuvarlanmaqda olan ölkəni süqutdan qurtarmalıdır". Ayətullah prezident Mahmud Əhmədinejad hökumətinin xarici siyasətinin uğursuz olduğunu, ölkənin imicinə xələl gətirdiyini vurğulayıb: "Biz demək olar bütün ölkələri özümüzə düşmən etmişik. Yanlış xarici siyasət nəticəsində bu gün bizə təhlükəli düşmən gözü ilə baxır, İranla iqtisadi əməkdaşlıqdan imtina edirlər". Bu sözlərə geniş şərh vermək lazım deyil. Yəqin ki, ayətullah Müntəziri bir çox faktlarla yanaşı, İran büdcəsində 44 milyard dollarlıq kəsir yarandığını da bilir... Təbriz Quzeyli
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
47 iranlı İsrailə köçdü
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
ABŞ-da iranlı siyasi fəala sui-qəsd edilib
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
"Traktor" İsfahan komandasını məğlub etdi
Həmədanda tibb işçiləri etiraz aksiyası keçirib
BƏƏ İranla ticarət və maliyyə əməliyyatlarını dayandırdı
Çin tankerləri Hörmüz və Bab-Əl-Məndəb boğazlarından yan keçir
Tehran Prokurorluğu jurnalistin fəaliyyətinə qadağa qoydu
İranda kağız çatışmazlığı məktəb dərsliklərində dəyişiklikləri məhdudlaşdırıb
Kanada keçmiş İran rəsmisini ölkədən deportasiya edir
Təxminən 500 nəfər məhkəmə yolu ilə “Əlihan” adlı doğum haqqında şəhadətnamə alıb, lakin bu ad hələ də qadağandır
Abbas Lisani son otuz ildə zorakılıqsız mübarizə və vətəndaş itaətsizliyinin öncüllərindən biridir
İran rəsmisi milli birliyi media üçün “qırmızı xətt” adlandırıb
İran Hörmüz boğazına nəzarət edir – Bəsic komandiri
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
ABŞ-la razılaşma üçün ən yaxşı vaxt indidir – İran Ekspertlər Məclisinin üzvü
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
Ermənistanda İranın “Majid” HHM sistemləri nümayiş etdirilib
Vens: İran ABŞ-a verdiyi öhdəliklərə əməl etməyib
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Urmiya gölünün sahəsi 2487 kvadrat kilometrə çatıb
Yəmənin mühüm limanının fəaliyyəti husilərin hücumları nəticəsində dayandı
Ərdəbildə üç məhbus edam edildi
Hizbullahın yüksək rütbəli komandiri öldürüldü
Hizbullah atəşkəsi pozdu: İsrail cavab verdi
SEPAH rəhbəri: İran müharibəsi qlobal İslam hakimiyyətinə doğru bir addım idi
Üç iranlı pilot Qətərdə əsir saxlanılır
İranda qaz tarazsızlığı böyük böhrana doğru gedir