ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır
Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Türkiyənin Ermənistanla münasibətlər qurulması üçün Dağlıq Qarabağ münaqişəsinin həllinin şərt kimi qoymadığı haqda xəbərlərə dünən Ankaradan münasibət bildirilib. Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya daxil olan məlumata görə, Xarici İşlər Nazirliyinin mətbuat katibi Burak Özügərgin ölkəsinin Ermənistan və Azərbaycanla əlaqələri mövzusunda mətbuat orqanlarında dərc edilən xəbərlər haqqında mövqe bildirməyi doğru saymadıqlarını deyib. O, Qafqazda sülh və sabitlik yaranmasını istədiklərini bildirib: “Hazırda Türkiyə ilə Ermənistan arasında məqsədi iki ölkə əlaqələrinin normallaşdırılması olan bir proses yaşanmaqdadır. Digər tərəfdən, Azərbaycan və Ermənistan arasında da dialoq prosesi var. Hər iki proses paralel aparılır. Bir tərəfdəki müsbət inkişafın digər tərəfə də müsbət təsir edəcəyi gözlənilir. Mətbuat orqanlarında zaman-zaman çıxan və müəyyən duyumlar üzərində qurulan xəbərlər haqqında fikir bildirməyi doğru saymırıq”. Xatırladaq ki, “Azadlıq” radiosunun (“Radio Liberty”) Ermənistan xidməti Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq üçün Dağlıq Qarabağla bağlı şərtindən vaz keçdiyi barədə məlumat yayıb. Radio Ermənistan-Türkiyə danışıqlarında iştirak edən şəxslərdən birinin sözlərinə əsaslanaraq bildirib ki, Ankara İrəvanla rəsmi münasibətlər qurmaq və sərhədləri açmaq üçün əvvəl irəli sürdüyü şərtlərdən biri olan işğal altındakı Azərbaycan torpaqlarının azad edilməsi tələbindən imtina edib. Radionun iddiasına görə, hazırda Türkiyə hökumətinin yeganə şərti 1915-ci il hadisələrinin araşdırılması üçün tarixçilərdən ibarət birgə komissiyanın yaradılmasıdır. Qeyd edək ki, bu cür xəbərlər Türkiyə ilə Ermənistan arasında əvvəlki danışıqlar zamanı da yayılıb. Lakin hər dəfə rəsmi Ankara bu xəbərləri təkzib edərək Ermənistanla münasibətlər qurulması üçün Qarabağ münaqişəsinin şərt olduğunu vurğulayırdı. Bu dəfə isə Türkiyə XİN məsələni şərh etməməyi üstün tutur və bu da şübhələri artırır. Eyni zamanda, Türkiyə mənbələri belə xəbərlər də yayıblar ki, Ankara ilə münasibətləri qurmaq və sərhədlərin açılmasına nail olmaq üçün İrəvan Dağlıq Qarabağ məsələsində güzəştlərə meyllidir. Ermənistan prezidenti Serj Sərkisyan isə son çıxışlarından birində bu haqda deyilənləri “nağıl” adlandıraraq Qarabağ məsələsində heç vaxt alverə getməyəcəklərini bildirib. Lakin maraqlıdır ki, Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan ölkəsinin Türkiyə ilə münasibətlər qurmaq üçün “soyqırım”ın tanınması siyasətindən də əl çəkməyəcəyini bildirmişdi. Belə çıxır ki, güzəştə getməyə hazır olan və ya artıq gedən tərəf ancaq Türkiyədir, sərhədlərin açılmasına ehtiyacı olan və təcrid vəziyyətindən qurtulmaq istəyən Ermənistan heç bir güzəştə meylli deyil. Elə isə Türkiyənin xarici işlər naziri Əli Babacan Ermənistanla hər təmasdan sonra irəliləyiş əldə edildiyi haqda niyə bəhs edir? Mətbuatda yayılan xəbərlərin nə dərəcədə doğru olduğunu müəyyənləşdirmək üçün dünən Türkiyədəki bəzi mənbələrlə əlaqə saxladıq. Türkiyədə Azərbaycana və onun hakimiyyətinə yaxın olan çevrələrdən bildirildi ki, bu məlumatlar həqiqətdir və AKP iqtidarı Ermənistanla münasibətlərin qurulması, sərhədlərin açılması üçün artıq Qarabağın işğaldan azad edilməsi şərtini qoymur. Həmin mənbələr xarici işlər naziri Əli Babacanın başçılığı ilə Ermənistanla aparılan danışıqların detalları haqda kifayət qədər məlumatlıdır və məlumatın doğru olduğunu təəssüf hissi ilə təsdiqlədilər. Bildirilir ki, Türkiyə iqtidarı bu mövqe dəyişikliyini Avropa Birliyinin istəyi ilə həyata keçirib. AB neçə vaxtdır ki, Türkiyədən Ermənistanla sərhədlərini açmağı və İrəvanla diplomatik münasibətlər qurmağı Ankaranın qarşısına qoyurdu. Lakin AKP iqtidarının ermənilərə bu cür güzəştə getməsi və Azərbaycanın maraqlarına xəyanət etməsi təkcə Avropanın istəyi ilə izah edilə bilməz. Ortada Türkiyə iqtidarının özəl maraqları da var və belə görünür ki, Rusiya ilə yaxınlaşmanın da təsiri yox deyil. Türkiyənin Qarabağ məsələsində mövqeyinin bu cür dəyişdiyi haqda xəbərlərin yayıldığı bir vaxtda prezident Abdullah Gül Rusiyada rəsmi səfərdədir və məlumatlara görə bu məsələ də onun Moskvada apardığı danışıqlarda qaldırılıb. Rusiya mənbələrinin məlumatlarına görə dünən Kremldə Abdullah Gül və Dmitri Medvedev arasında danışıqlar olub. Tərəflər ikitərəfli əməkdaşlığın inkişafı ilə yanaşı, Qafqazdakı münaqişələri və onların aradan qaldırılması üçün regional əməkdaşlığı da müzakirə ediblər. Bir gün əvvəl Gül Moskvadakı çıxışında bildirmişdi ki, Rusiya Qarabağ münaqişəsinin nizamlanmasında aparıcı rola malikdir. Əvvəldən də belə rəylər var idi ki, Türkiyə Qarabağ məsələsi və Ermənistanla münasibətlərin qurulması yönündə səylərini Rusiya ilə əlaqələndirir. Bu baxımdan Abdullah Gülün Moskvaya səfəri maraq doğurur. Ancaq Türkiyə prezidentinin Moskva danışıqlarında, belə görünür ki, Qarabağ məsələsinə ümumi toxunulub. Əsas diqqət mərkəzində isə Türkiyə ərazisindən keçən “Mavi axın” qaz kəmərinin işi, Türkiyədə Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı tender və digər məsələlər olub. Rusiya prezidenti deyib ki, onun ölkəsi Türkiyə ilə energetika, o cümlədən nüvə enerjisi, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə əməkdaşlıq etməkdə maraqlıdır. Gülün daha sonra baş nazir Vladimir Putinlə danışıqları davam etdirəcəyi gözlənilirdi. Türkiyə artıq neçə vaxtdır ki, ABŞ-dan üz döndərmək və Rusiya, İran, Səudiyyə Ərəbistanı kimi region ölkələri ilə yaxınlaşmaq siyasətini götürüb. Rusiya ilə Qafqazda ortaqlıq etmək üçün onun regionda aparıcı rola malik olmasını Türkiyə qəbul etməyə hazırdır. Eyni zamanda Rusiya da istərdi ki, Türkiyə onun Cənubi Qafqazdakı hərbi müttəfiqi ilə sərhədləri açsın və onunla münasibətlər qursun. Şübhə yoxdur ki, Türkiyənin Ermənistanla münasibətlərə dair mövqeyində baş verən bu dəyişiklik yeni deyil və ondan rəsmi Bakı da xəbərdardır. Belə görünür ki, Ankara ilə Bakı arasında son vaxtlar intensivləşən diplomatik təmaslarda da əsas məqsəd Azərbaycanın ermənilərə edilən güzəştə reaksiyasını yumşaltmaqdır. Azərbaycan iqtidarına yaxın olan bir mənbə xəbəri qəzetimiz üçün şərh edərkən bircə cümlə söylədi: “Yayılan məlumatlar doğrudur və bütün bunlar Azərbaycan iqtidarını qəzəbləndirib”. Türkiyə iqtidarının Qarabağla bağlı bu mövqeyi dost ölkə müxalifətinin də ciddi narazılığına səbəb olub. F.MƏMMƏDOV musavat
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio