ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır
Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Bu müsahibəni «Media forum» saytına Bəxtiyar Vahabzadə 2007-ci ilin oktyabrında, Mərkəzi Klinik Xəstəxanada öd kisəsindən əməliyyat olunub çıxandan sonra vermişdi. Şairin evində keçirilən o görüş indi yaddaşlarda, yazıda və şəkillərdə qalır. Ancaq Bəxtiyar Vahabzadənin yeri təkcə yaddaş, yazı və şəkillərdə deyil, həm də minlərlə insanın qəlbindədir. Bu müsahibəni qəlblərimizi ağrıdan xəbərə - Bəxtiyar Vahabzadənin ölümünə inanmamaq üçün veririk. - Bəxtiyar müəllim indiki zəmanəni necə dəyərləndirir? - Bu, çox böyük sualdır. Əlbəttə, hər kəsin özünün şəxsi münasibəti var. Amma elə şeylər var ki, bizim iradəmizdən kənardadır. Bizdən asılı olanları imkan daxilində həll edirik. Hər zamanın öz gözəllikləri və qüsurları, üstün cəhətləri var. - İndi nəsə yazırsınız? - Xırda şeirlər yazıram. - Mövzu dəyişməyib ki? - Məndə üç mövzudur: insan və zaman, «əlvan çiçəklər» silsiləsindən olan müxtəlif mövzulu şerlər, məhəbbət şeirləri, həsrət nəğmələri yazıram. Yaradıcılığımda dramaturgiya da əsas yer tuturdu. Son vaxtlar belə əsərlər yazmıram. Çünki dram əsəri yazmaq çox çətindir. İndi səhhətim də böyük əsərlər yazmağa imkan vermir. - Yarımçıq qalan əsəriniz var? - Yox, böyük həcmli əsərlərimin hamısını tamamlamışam. - Cəmiyyətlə təmasda olan yaradıcı insanın mövzu seçmək imkanı da artır. Son vaxtlar səhhətinizdə yaranan problemlərlə bağlı evdən az-az çıxırsınız. Bu, sizə mövzu qıtlığı yaradırmı? - Əlbəttə. Yazdıqca adam açılır, bir mövzu başqasının yaranmasına səbəb olur. Həyatla təmasda olmaqdan da çox şey asılıdır. - Bəs cəmiyyətin sizə münasibəti necədir? Umduğunuz adamların sizə diqqətindən razısınızmı? - Razıyam, bu cəhətdən şikayətim yoxdur. Hamı zəng edir, hal-əhval tutur, bəziləri isə evdə baş çəkirlər. - «Gülüstan» poemanız sizi yaradıcılığınızın şah əsəri hesab olunur. İndi buna bənzər əsər yazmaq mümkündürmü? - Belə əsər yazmaq hər zaman olar. Amma bu, müəllifin cəmiyyətə, cəmiyyətin də müəllifə münasibətindən asılıdır. - Azərbaycanın müstəqilliyi yenidən elan olunandan ötən dövrdə ürəyinizdən keçən, lakin yazmaqdan vaz keçdiyiniz mövzu olubmu? - Elə bir şey yoxdur ki, mən onu yaza bilməyim. Ona görə ki, indi senzura qorxusu yoxdur. Əlbəttə, mən sizin nə dediyinizi də başa düşürəm. Mənim öz yolum var, üstün cəhətim də budur. İndi müstəqil dövlət olduğumuzdan yazarlarımızın sərbəstliyi də artıb. Ancaq mənim ən böyük arzum odur ki, Azərbaycan bütöv olsun. Bu arzum «Gülüstan» poeması yazılandan bəri ürəyimdədir. Mənim əsas mözularımdan biri də Cənubi Azərbaycandır. - Yeri gəlmişkən, bütöv olmayan Azərbaycanın bir hissəsi Qarabağa bir müddət əvvəl ziyalılarımız getmişdilər. Bu səfərlərin davam etdirlməsi gözlənilir. Səhhətiniz imkan verərsə, Qarabağa, Şuşaya gedərdinizmi? - İşğal altında olan torpaqlarımıza getmək arzum yoxdur. Mən oraları görüb dözə bilmərəm. Vətənimi yağı tapdağında görmək istəmirəm. İrana gedəndə bir neçə gün Təbrizdə qaldım. Ürəyim çox ağrıdı. Dükanlara baxırdım, eynən Şəkidəki kimi idi. Amma mənim soydaşlarım orada boynubükük, əl-qolu bağlıdır. Bu mənim üçün çox ağır dərddir. Allah bizə Təbrizli, Qarabağlı Azərbaycanı bir yerdə, bütöv görməyi qismət etsin! O gün olsun siz mənimlə Şuşada üz-üzə oturub söhbət edəsiniz. - İndi texniki imkanlar elədir ki, əksəriyyət kompüterdə yazır. Oxucular üçün maraqlıdır: Bəxtiyar müəllim şeirlərini, digər əsərlərini necə yazır? - İstər kiçik, istərsə də böyük əsərlərimin hamısını özüm qələmlə yazıram. Şeiri gərək əllə yazasan, kompüter yaramır. Yataq otağında çarpayımın yanında həmişə kağız və qələm olmalıdır. Bəzən gecə saat 3-4-də ayılıram, beynimə bir fikir gəlirsə, mütləq onu kağıza qeyd edirəm. İndi də mən bu adətimi tərgitməmişəm. Gecə etdiyim qeydləri səhər yuxudan durandan sonra tamamlayıram. Rayondan olanlar bilirlər: qatıq çalmaq üçün südün içərisinə bir qaşıq maya atırlar. Mənim şeirlərimin mayası da gecələr etdiyim qeydlərdir. Çünki kiçik bir qeyddən bəzən böyük bir əsər də yaranır. - Xəstə olduğunuz günlərdə, hərəkət etmək imkanlarınız olmayanda da bu cür qeydlər edirsiniz? - Bəli. Bilirsiniz, yaddaşım o qədər də güclü deyil. Ona görə qeydlərim sonradan şerə çevrilir. Yuxumun ən şirin vaxtında belə beynimə bir fikir gəlirsə, mütləq durur, qeydlərimi edirəm. - Bəxtiyar müəllim, 7 jurnalist həbsdədir. Onların arasında sizin tanıdığınız Rafiq Tağı, Mirzə Sakit və Eynulla Fətullayev də var. Bu gün məhkəmədə dövlət ittihamçısı Eynulla Fətullayevə 10 il hökm çıxarılmasını istəyib. Siz jurnalistlərin həbsdə saxlanılmasını necə qarşılayırsınız? - Rafiq Tağını çox yaxşı tanıyıram, çox orijinal yazardır. Fikir azad olmalıdır. Hansısa jurnalistin səhv etməsi də mümkündür. Lakin onların həbs olunmasını düzgün addım hesab eləmirəm. - Maraqlıdır, evdən çıxmağa o qədər də imkanı olmayan Bəxtiyar müəllim gününü necə keçirir? - Kitab oxumaqla. - Hansı mövzuda əsər oxuyursunuz? - Mən indi yalnız dini kitablar oxuyuram. Qurani-Kərimin şərhi, islam dininin mahiyyəti məni çox maraqlandırır. Mənim üçün islam dininin nəyə görə bu qədər populyar olması maraqlıdır. Hiss edirəm ki, artıq Avropa da islam dininin populyarlaşmasından çəkinir. Son zamanlar xristian ziyalıların nə qədəri islam dinini qəbul edib? Oxuduqlarımdan nəsə öyrənmək istəyirəm. - Nəticədə islam dini ilə bağlı əsər yazmağınız mümkündürmü? - Əlbəttə, əgər əcəldən macal olsa, belə bir əsər yazmaq istərdim. Artıq hiss edirəm ki, bu əsər beynimə damla-damla yığılır. - İslam dini ilə bağlı bu qədər əsər oxuyursunuzsa, deməli, Azərbaycandakı indiki dini durumdan da xəbərdarsınız. Bu sahədəki vəziyyəti necə dəyərləndirirsiniz? - Qənaətbəxş hesab etmirəm. Bizim dindarlarımız - axundlar, əfəndilər, mollalar Quranın mahiyyətini kifayət qədər bilmir. Onların müasir elmlərdən xəbəri yoxdur. Elə bil ki, 18-ci əsrdən gəliblər. Xristian teoloqlarına qulaq asanda məəttəl qalıram, onlar nə qədər ağıllı danışırlar! Biz atom əsrində yaşayırıq, elmi tərəqqi hansı səviyyədədir? Ona görə istərdim ki, bizim ilahiyyat fakültələrimizdə mükəmməl adamlar yetişsin. Onlar həm islamın, həm də xristianlığın fəlsəfəsini öyrənsinlər. Mənim tanıdığım cavanlar arasında din fəlsəfəsini bilənlər var. Gerçək din adamı belə olmalıdır. - Telekanallarımızı izləyirsinizmi? - Çox nadir hallarda. - Sizi qane etməyən nədir? - Rusiya televiziyalarının verilişləri mənə daha çox qida verir. Bizimkilərin səviyyəsi isə çox aşağıdır. Məsələn, din xadimi danışır, amma hiss edirsən ki, dinin mahiyyətini bilmir. Mən ziyalılarımızın da dini mükəmməl bilməsini arzulayıram. İnsan bəzən «biz niyə müvəqqətiyik, niyə dünya qurtarır?» deyib bədbinləşir. Amma dinin mahiyyətini anlayanda bütün suallarımıza cavab tapılır. Məni indi din sakitləşdirir. Moskvadan dinlə bağlı verilən verilişlərə baxandan sonra belə qənaətə gəlirəm ki, «mən əbədiyəm, ölməyəcəyəm». Deməli, o biri dünya da var. - Yaşınız 80-i keçib. Yaşadığınız ömrünüzdə nəyinsə peşimanlığını etdiyiniz anlar olurmu? Ötən ömrünüzdə vaxtında etmədiyiniz nəsə varmı? - Mən çox təəssüf edirəm ki, mütaliəyə gec başlamışam. İndi həmin boşluğu doldurmağa çalışıram. Bu yaşımda elə bir gün yoxdur ki, kitab oxumayım. Kitablardan, bir də musiqidən aldığım ləzzətin yerini heç nə vermir. - Hansı musiqini dinləyirsiniz? - Mən simfonik musiqinin dəlisiyəm. Bethovenin 5-ci, 9-cu simfoniyasına bəzən saatlarla qulaq asıram. - Bəs müasir Azərbaycan musiqisindən nələri dinləyirsiniz? - Qulaq asmalı bir şey var ki? Melodiya yoxdur. Hanı Üzeyir bəyin, Qara Qarayevin yaratdığı əsərlər? Qara Qarayevin «Leyli və Məcnun» suitası çox gözəl əsərdir. Xalq mahnılarımızı da dinləməyi unutmuram. Çünki onların da kökü muğama bağlıdır. Bildiyiniz kimi, mən muğamın fəlsəfəsini açmağa çalışmışam. Artıq ailəm də mənimlə bərabər bu cür musiqilərə qulaq asır. Ailədə bu mühiti formalaşdırmaq lazımdır. - Əvvəllər yanınıza çoxlu şikayətçi gələr, məktub yazardılar. İndi necə, sizdən kömək uman çoxdurmu? - Məktubların arası kəsilməyib. Camaatın bir qismi iş axtarır, bir qismi rəhbərindən narazıdır. Bir sözlə, məişət problemlərindən gileylənirlər. Arzu edərdim ki, bir oxucu mənə yaxınlaşıb, məsələn, Şekspirin hansısa əsərindəki bir mətləbi başa düşmədiyini, bunu izah etməyimi istəsin. - Siz həmişə sözü eşidilən, sayılan adam olmusunuz. İndi də kiminsə problemini həll etmək üçün müraciət etdiyiniz adamlar sizi eşidir? - Bəli, Allaha çox şükür...
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio