Brent nefti avqust ayının ən yüksək qiymətinə çatdı
"USS George Washington" təyyarədaşıyan gəmisi Ərəb dənizinə çatdı
Trampın bəyanatından sonra İranda dollar yenidən bahalaşdı
Yəməndə öldürülən üç xarici döyüşçüdən ikisi SEPAH üzvüdür — Al Arabiya
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
İranlı qadın müğənniyə həbs cəzası verildi
Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişafını sürətləndiirmək niyyətindədir
47 iranlı İsrailə köçdü
İranın ən nüfuzlu universiteti oyuncaq siçana görə tələbəni universitetdən qovub
Təbriz Kəşfiyyat İdarəsinin əməkdaşları azərbaycanlı türk fəalın evində axtarış aparıb
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Britaniya İrana qarşı yeddi yeni sanksiya tətbiq etdi
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran növbəti müharibə zamanı daha dağıdıcı silahlardan istifadə edəcəyi barədə xəbərdarlıq edib
Pakistan iki dənizçisinin ölümü ilə nəticələnən husilərin gəmi hücumunu pisləyib
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Tramp: Hörmüz boğazı gələcəkdə əvvəlki qədər əhəmiyyətli olmayacaq
Axios: ABŞ Hörmüz boğazında gizli neft daşınması üçün dəhliz yaradıb
Neft ixrac edə bilmirik- Hemməti
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
İranda daha bir etirazçı edama məhkum edildi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
Yaxın Şərqdə müharibə Əbu-Dabidə iki böyük konsertin ləğvinə səbəb oldu
Əməkdaşlıqdan qarşıdurmaya; İsrail və Türkiyə niyə qarşı-qarşıya gəlib? | Təhlil
Fransa iranlı diplomatını ölkədən çıxardı
Moskva və London arasında gərginlik artdı
Suriyada keçmiş işgəncəçi zabit həbs edildi
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
Tramp: İranla danışıqlar mümkündür
Hörmüz boğazında Çinlə əlaqəli üç tanker geri dönüb — Bloomberg
ABŞ 17 iranlını kiber oğurluqda günahlandırdı
İrana baölı qüvvələr İraqın baş naziri təhdid edib
Azərbaycan-Özbəkistan ikitərəfli gündəliyi müzakirə edilib
İranda Trampın başına qoyulan mükafata bu qədər pul yığıldı
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
NATO istənilən İran təhdidinə qarşı tədbir görməyə hazırdır
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
Əhalinin Qeydiyyatı İdarəsinin türk adlarına qarşı təzyiqi davam edir
ABŞ-da iranlı siyasi fəala sui-qəsd edilib
Təbrizli milli fəal həbs edildi
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
Azərbaycan İran müharibəsi zamanı İsrail qüvvələrinin ölkədə yerləşdirilməsi barədə xəbərə görə CNN-i məhkəməyə verib
Məlum olduğu kimi, Azərbaycan “Eurovision 2009" mahnı müsabiqəsində əslən Cənubi Azərbaycandan olan populyar dünya ulduzu kimi tanınmış Araş Labafın ”Always" (“Hər zaman”) adlı bəstəsi ilə təmsil olunacaq. Təbrizli Məmməd Rza redaksiyaya məktub yazaraq Araş Labafa qarşı etirazını bildirib. Məmməd Rza məktubdakı sətirlərin tək onun deyil, cənublu soydaşlarımızın əksəriyyətinin mövqeyi olduğunu yazır. Müəllifin məktubunu olduğu kimi dərc edirik. “Sanki Azərbaycanda bəstəkar qıtlığıymış. Araş kökdən güney azərbaycanlı olsa da, hər zaman Azərbaycanı rəsmiyyətə tanımayan, Ermənistanı silahlandıran, bu günə qədər dəstəkləyən və Azərbaycanı öz torpaqlarının bir parçası hesab edən İranı təmsil edib. Sənətçinin ”İran-İran" adlı mahnısını dinlədikdən sonra sanıram daha yaxşı qərar vermək olar. O, bir azərbaycanlı olaraq Güney Azərbaycanda zülmə məruz qalmış millətinə dəstək olmaq yerinə oxuduğu “İran-İran” mahnısı ilə tökülən qanları görməməzlikdən gəlmir. Mahnının sözləri "biz İran uşaqları iranlıyıq, iranlı qalacayıq, 2500 illik tarixlə öyünür, İran üçün canım qurban..." deyir. Ola bilər Aysel Teymurzadə “Eurovision-2009"-da ən zirvədə dayana, amma dəyərmi 35 milyon Azərbaycan türkünün düşmənini təmsil edən bir bəstəkarın mahnısı Aysel Teymurzadə ifası ilə dünyaya çatdırılsın? Araş azərbaycanlı olaraq bir neçə yabançı dildə mahnı oxuyub, ancaq öz ana dili Azərbaycan türkcəsində heç bir mahnısı yoxdur, bir adam ki, dünənə qədər özünü iranlı olaraq təqdim edib və İran üçün ölüb, nə oldu ki, bir anda kökdən güney azərbaycanlı təqdim edildi? Ancaq unutmayaq ki, “Eurovision” kimi yarışmalarda fars mahnısı ilə çıxış etmək Azərbaycan üçün ən acı olay olacaqdır. Buna baxmayaraq, bizim millət belə manqurtlara, habelə bu manqurtları dəsətəkləyənlərə cavab verir, verəcək. Kim nə əkərsə, onu biçəcəkdir. İllərdir İran fars şovinizminin basqısından çıxmağa can atıb Quzey Azərbaycanla birləşmək istəyində olan milyonların qəlibini qırıb ayrılığa səbəb olacaq. Bu gün mən bir güney azərbaycanlı olaraq bu konuda quzeyli soydaşlarımıza səslənib belə bir işin qarşısını almağa rica edirəm. Atalar demişkən, min dəfə ölç, bir dəfə biç. Diqqətli olmasaq, param-parça olmuş millətimizə böyük zərbə dəyər. Başqa bir ata sözünə söykənərək “yaranı isti-isti bağlarlar”, həmən bu qərarın qırşısını almaq gərəkdir. Aysel Teymurzadə “Eurovision” yarışmasında öz milli elementlərimizə söykənən bir mahnı ilə yarışmaya qatılıb öz milli kimliyimizi dünya ictimaiyyətinə sərgiləyəydi". Qeyd edək ki, builki beynəlxalq yarışmayla bağlı sənətkarlar arasında da narazılıqlar var. Hətta ötən il müsabiqədə “Day after day” bəstəsi ilə təmsil olunan bəstəkar Gövhər Həsənzadə “Azərbaycan xalqının hökumət tərəfindən qiymətləndirilən bəstəkarları o qədər qiymətsiz oldu ki, Avropa səhnəsinə mahnı yaza bilmədi?”-deyə bu il seçilən mahnıya etirazını bildirdi. Gənc bəstəkar Emil Şahin isə “Eurovision”a hazırladığı mahnıya bir il peşəkar komandanın əziyyət çəkdiyini, lakin Araşın bir günə yazdığı mahnının seçilməsindən dəhşətə gəldiyini dedi. Belarusiyada yaşayan həmyerlimiz, gənc müğənni Günəş Abbasova da Araşın musiqilərinin Avropada artıq dəbdən düşdüyünü vurğuladı. Qeyd edək ki, builki seçimə Bəstəkarlar İttifaqının da narazılığı var. Eldar Mansurov: “”Eurovision”a budəfəki seçimdə Bəstəkarlar İttifaqından heç kim dəvət olunmayıb” Bəstəkarlar İttifaqının mətbuat xidmətindən bildirildiyinə görə, münsiflər heyətində qurumun İdarə Heyətinə daxil olan heç bir bəstəkar daxil deyil: “Builki yarışma ilə bağlı mübahisəli fikirlər çoxdur. Lakin bu il Bəstəkarlar İttifaqından münsiflər heyəti kimi yarışmaya heç kim dəvət olunmayıb. Odur ki, ittifaqa daxil olan bəstəkarlar bu barədə fikir bildirmək istəmir. Ötən il İttifaqın İdarə Heyətinin üzvü Eldar Mansurov bu yarışmada təmsil olunurdu, lakin bu il heç kəs dəvət olunmadı. Yarışmaya seçilən musiqi də hələ ictimaiyyətə təqdim olunmayıb, bəstəkarlar, yaradıcı adamlar hələ bu mahnını eşitməyiblərsə, nə fikir səsləndirə bilərlər?” Xatırladaq ki, yarışmaya musiqi seçimi 7 münsif üzvü - İctimai Televiziya və Radio Verilişləri Şirkətinin rəhbəri İsmayıl Ömərov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun icraçı direktoru İbrahim Quliyev, Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Musiqi Komitəsinin prezidenti Lalə Kazımova, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mənzər Nurəliyeva və Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərhad Hacıyev tərəfindən aparılıb. Jüri 30 mahnı arasından “Always” mahnısına üstünlük verib. Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü Eldar Mansurov da builki seçimə dəvət olunmamasından təəccübləndiyini bildirdi: “Bu yarışmaya Bəstəkarlar İttifaqından kiminsə dəvət olunmaması mənə də təəccüblü gəldi. Mən olmasam da, Firəngiz xanım, Aqşin Əlizadə, Zöhrab müəllim münsiflər heyətinin tərkibinə daxil ola bilərdi. Dəvət olunmamağımızın, hər halda, onlardan soruşun. Musiqi və iştirakçı seçiminə gəlincə, mən bu barədə bir söz deyə bilmərəm. İştirakçının da, musiqinin də seçilməsi barədə yalnız mətbuatdan məlumatlıyam. Bəlkə də seçilən musiqi yaxşıdır, amma mən eşitməmişəm, ümumiyyətlə, bu barədə maraqlanmıram”. Ayselin dünya turnesi niyə təşkil olunmur? Onu da əlavə edək ki, artıq Türkiyənin ictimai televiziyası TRT “Eurovision-2009"-da ölkəsini təbliğ edəcək Hadisə Açıgözün geniş təbliğat kampaniyasına başlayıb. Lakin Azərbaycanın da öz təmsilçisini bir sıra Avropa ölkələrinə promo-tura çıxaracağı bildirilsə də nədənsə ölkə ictimai televiziyası bu barədə heç bir məlumat vermir. Qeyd edək ki, İTV-nin ”Eurovision" mahnı yarışması üzrə nümayəndəsi Leyla Əliyeva az öncə efirdən bildirmişdi ki, ölkəmizin təmsilçisi Aysel Teymurzadənin promo-turları təşkil olunsa da, bəzi ölkələrə onun yarışmada oxuyacağı mahnının yalnız klipləri göndəriləcək. Builki beynəlxalq yarışma ilə bağlı səslənən mübahisəli fikirlərlə əlaqədar dünən İctimai Televiziya ilə əlaqə saxladıq. Oradan bizə bildirildi ki, sualımızı İTV-nin “Eurovision” mahnı yarışması üzrə nümayəndəsi L.Əliyevadan başqa heç kim cavablandıra bilməz: “Leyla xanım isə hazırda xəstədir, işə gəlmir”. Leyla Əliyeva ilə mobil telefon vasitəsilə əlaqə saxlamaq cəhdimiz də baş tutmadı. Araş “Eurovision”da Aysellə birgə oxuyacaq Sonda qeyd edək ki, Araş BBC-yə verdiyi müsahibəsində bildirib ki, “Eurovision”da Aysellə birgə çıxış etmək niyyətindədir. Araş atası Zahir Huvayın da Əfqanıstanda tanınmış müğənni olduğunu vurğulayıb. “İlk üçlüyə çıxmasam, məyus olacam”-deyən musiqiçi bu müsabiqədə Azərbaycanın qələbə qazanacağına ümid etdiyini deyib: “Mən Aysellə görüşmüşəm. Onunla bir həftə vaxt keçirdim. Onun ifasına qulaq asdım. Xoşuma gəldi. Mən bununla yalnız fəxr edə bilərəm. Həm yaxşı ifaçı ilə işləyirəm, həm də əlimdə yaxşı mahnı var. İşlədiyimiz dəstə də əladır. Qələbə qazanacağımıza ümid edirəm". Mövzunu davam etdirəcəyik. NİGAR musvat
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
47 iranlı İsrailə köçdü
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
ABŞ-da iranlı siyasi fəala sui-qəsd edilib
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
"Traktor" İsfahan komandasını məğlub etdi
Həmədanda tibb işçiləri etiraz aksiyası keçirib
BƏƏ İranla ticarət və maliyyə əməliyyatlarını dayandırdı
Çin tankerləri Hörmüz və Bab-Əl-Məndəb boğazlarından yan keçir
Tehran Prokurorluğu jurnalistin fəaliyyətinə qadağa qoydu
İranda kağız çatışmazlığı məktəb dərsliklərində dəyişiklikləri məhdudlaşdırıb
Kanada keçmiş İran rəsmisini ölkədən deportasiya edir
Təxminən 500 nəfər məhkəmə yolu ilə “Əlihan” adlı doğum haqqında şəhadətnamə alıb, lakin bu ad hələ də qadağandır
Abbas Lisani son otuz ildə zorakılıqsız mübarizə və vətəndaş itaətsizliyinin öncüllərindən biridir
İran rəsmisi milli birliyi media üçün “qırmızı xətt” adlandırıb
İran Hörmüz boğazına nəzarət edir – Bəsic komandiri
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
ABŞ-la razılaşma üçün ən yaxşı vaxt indidir – İran Ekspertlər Məclisinin üzvü
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
Ermənistanda İranın “Majid” HHM sistemləri nümayiş etdirilib
Vens: İran ABŞ-a verdiyi öhdəliklərə əməl etməyib
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Urmiya gölünün sahəsi 2487 kvadrat kilometrə çatıb
Yəmənin mühüm limanının fəaliyyəti husilərin hücumları nəticəsində dayandı
Ərdəbildə üç məhbus edam edildi
Hizbullahın yüksək rütbəli komandiri öldürüldü
Hizbullah atəşkəsi pozdu: İsrail cavab verdi
SEPAH rəhbəri: İran müharibəsi qlobal İslam hakimiyyətinə doğru bir addım idi
Üç iranlı pilot Qətərdə əsir saxlanılır
İranda qaz tarazsızlığı böyük böhrana doğru gedir