ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır
Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Moskva, indiyə qədər izlədiyi qonşuluq siyasətinə dəyişiklik etməkdə qərarlı olarsa, Ankara-Yerevan danışıqlarının normallaşmasına müsbət təsir göstərə bilər. “Rusiya regional güclərlə rəqabət aparan və Qafqaz bölgəsinə hərbi bazalar vasitəsi ilə nəzarət etməyi düşünən xarici siyasət xətti seçərsə, Türkiyə-Ermənistan yaxınlaşmasını istəməsi inandırıcı deyil, lakin, Rusiya regionda əməkdaşlığa əsaslanan xarici siyasət seçərsə o zaman Ankara-Yerevan əlaqələrinin yaxşılaşmasını istəməsi normaldır”, - türkiyəli ekspert Kamer Kasım bildirib. Türkiyə prezidenti Abdullah Gül Fevralın 12-15-də Risiyaya rəsmi səfər edəck. Bu barədə Türkiyənin «Cihan» informasiya agentliyi məlumat verib. Səfər zamanı tərəflərin Qafqaz regionu ilə bağlı müzakirələr aparacaqları da gözlənilir. 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında baş verən münaqişə zamanı Türkiyə Qafqaz regionunda sabitliyin və əməkdaşlığın təmin olunması məqsədilə Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının yaradılmasını təklif edib. Platformada Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya və Türkiyənin təmsil olunmasını təklif edən Ankara bu ölkələr arasındakı problemlərin həlli məqsədilə tərəflər arasında dialoqun intensivləşdirilməsinə çalışır. Eyni zamanda, Ankara özü də Yerevan ilə münasibətləri normallaşdırmağa səy göstərir. Ermənistanla Türkiyə arasındakı əlaqələr 1993-cü ildən etibarən kəsilib. Buna səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 % ərazisini işğal etməsi olub. Bu ilin sentyabr ayının 6-da Avropa fudbol çempionatı qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən Yerevana dəvət edilən Türkiyə prezidenti Abdulla Gül dəvəti qəbul edərək Yerevana gedib. Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir. Türkiyəli ekspert Kamer Kasım hesab edir ki, Rusiyanın təzyiqi olmadan Yerevanın Türkiyənin irəli sürdüyü dünyada soyqırım propaqandasını dayandırmaq, Türkiyənin ərazi bütövlüyünü tanımaq və Dağlıq Qarabağ probleminin həlli istiqamətində addımlar atmaq şərtlərlərini qəbul etməsi mümkün deyil. Ekspertin fikrincə, Rusiyanın Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına olan münasibətini Moskvanın seçdiyi xarici siyasət istiqaməti müəyyənləşdirəcək. “Gürcüstanla münaqişədən sonra regionda Türkiyə ilə əməkdaşlığa əsaslanan xarici siyasət xətti Rusiyanın mənafeyinə uyğundur və bu mənada Qafqaz Platforması ideyası da Moskvanın maraqlarına cavab verir”, - Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı professor Kamer Kasım çərşənbə günü Ankaradan telefonla Trend News-a bildirib Ekspertin fikrincə, enerji məsələsində Ankara ilə əməkdaşlıq Moskva üçün böyük əhəmiyyət kəsb edir. O bildirib ki, Rusiya Avropa qaz bazarında monopoliyanı əlində saxlamaq üçün NABUKKO-nun reallaşmasını istəmir və buna görə də Ankara ilə razılaşaraq Ukraynadan yan keçən ikinci qaz xəttinin çəkilməsi üçün Türkiyəni razı salmağa çalışır. “Mavi Axın” proyektinin həyata keçirilməsində Ankaranı razı salmaq üçün Rusiyanın Qafqaz ilə bağlı məsələlərdə Türkiyəni dəstəkləməsi mümkündür”, - Kasım əlavə edib. O, hesab edir ki, əgər “soyqırım” və Dağlıq Qarabağ məsələsində Ermənistan konkret addımlar atmağa başlayarsa, bu, Moskvanın Yerevana Türkiyə ilə əlaqələri normallaşdırması üçün təzyiq gostərdiyi mənasına gələcək. “Moskvanın bu məsələdəki mövqeyi Abdullah Gülün Rusiya səfərindən sonra aydınlaşacaq”, - deyə Kasım bildirib. Rusiyalı ekspert Kiril Tanayev də Gülün Mosva səfərində əsas müzkirə mövzularından birinin enerji məsələsi olacağını bildirib. Ekspert Moskvanın Ankara ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini və bu çərçivədə Qafqaz Platformasını dəstəklədiyini də vurğulayıb. Tanayev Ankara-Yerevan münasibətlərinin yaxşılaşmasının da Moskvanın maraqlarına uyğun olduğunu bildirib. “Moskva, Ankara-Yerevan əlaqələrinin normallaşması üçün əlindən gələni edir”, - deyə Səmərəli Siyasət Fondunun baş direktoru Tanayev çərşənbə günü elektron poçtla Moskvadan Trend News-a bildirib. Avropalı ekspert Maykl Emersonun (Michael Emerson) fikrincə, Moskvanın Türkiyə ilə Ermənistanın yaxınlaşmasına münasibətini bu ölkənin maraqlarının necə təyin edilməsi müəyyənləşdirir. “Məhdud düşüncəli milliyətçilik və vaxtı keçmiş xarici siyasət xətti izlənərsə Moskvanın Türkiyə-Ermənistan yaxınlaşmasına münasibəti müsbət ola bilməz. Lakin, yaxşı qonşuluq münasibətlərini əsas götürən siyasi xətt Ankara-Yerevan danışıqlarına şübhəsiz ki dəstək verəcək”, - Avropa Siyasət Araşdırmaları Mərkəzinin (Centre for European Policy Studies) aparıcı eksperti Emerson çərşənbə günü telefonla Brüsseldən Trend News-a bildirib. Onun fikrincə, Moskvada müəyyən qüvvələr var ki, onlar Rusiyanın Ermənistana havadarlığını davam etdirməklə regiondakı təsir vasitələrini əllərində tutmağa çalışırlar. “Bu qüvvələr Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasını istəmirlər”, - deyə Tanayev əlavə edib. Ankara və Yerevan arasında bir neçə dəfə xarici işlər nazirləri səviyyəsində görüşlər keçirilib. Sonuncu dəfə, Türkiyə xarici işlər naziri Əli Babacan Ermənistan xarici işlər naziri Edvard Nalbandyan və prezident Serj Sarkisyanla Almaniyanın Münhen şəhərində görüşüb. Görüşdən sonra Babacan və Sarkisyan danışıqların gedişatı ilə bağlı nikbin bəyanatlar veriblər.trend
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio