ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır
Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
“Azərbaycanın heç bir yerində bir yəhudi ilə bağlı olsa da hansısa xoşagəlməz hadisə baş verməyib” “Sumqayıtda yəhudilərə qarşı zorakılıq hallarının baş verməsi barədə məlumatlar yalandır”. Bunu APA-ya açıqlamasında Azərbaycandakı Dağ Yəhudiləri İcmasının sədrinin müavini Semyon Şaleyev deyib. O bildirib ki, dünən internetdə yayılmış məlumatdan dərhal sonra Sumqayıtda yaşayan yəhudilərlə əlaqə saxlanıb, ümumiyyətlə bu və ya buna bənzər hadisənin baş vermədiyi bildirilib. Sumqayıtda yəhudilərin sayının o qədər də çox olmadığını deyən S. Şaleyev bildirib ki, orada kiçik də olsa Yəhudi İcması fəaliyyət göstərir, icma üzvlərinin hamısı bir-birini tanıyır və hamı ilə əlaqə saxlanılıb. S. Şaleyev həmçinin bildirib ki, yayılmış məlumat İsraildə həyəcanla qarşılandığı üçün o, Bakıda da fəaliyyət göstərən bütün sinaqoqlarla əlaqə saxlayıb: “Nəinki Sumqayıtda, ümumiyyətlə Azərbaycanın heç bir yerində bir yəhudi ilə bağlı olsa da hansısa xoşagəlməz hadisə baş verməyib”. Dağ Yəhudiləri İcmasının rəhbəri Semyon İxiilovun hazırda İsraildə səfərdə olduğunu deyən Şaleyev bildirib ki, Dini İcmalarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov İxiilovla telefonla əlaqə saxlayıb, və İxiilov dövlət rəsmisinə bildirib ki, icma hansısa zorakılıq halları barədə məlumat almayıb. Ermınilərin uydurduqları xəbərdə adı hallandırılan DEVAMM-ın sədri Hacı İlqar İbrahimoğlu da bəyanat yayıb. Onun APA-ya daxil olan bəyanatında bildirilib ki, erməni mətbuatı Azərbaycana qarşı ənənəvi təxribat xarakterli addımlar silsiləsindən növbəti təxribata yol verib: “Baş verən erməni təxribatının geniş şərhə ehtiyacı yoxdur. Belə ki, erməni-daşnak güruhunun qəsbkar mahiyyətinin həddi olmadığı kimi, təxəyyüllərinin və uydurmalarının da məhdudiyyəti yoxdur. Belələri Göbbelssayağı texnologiya ilə: “yalan nə qədər həyasız olarsa, ona inanan bir o qədər çox olar” prinsipi əsasında hərəkət etməyə üstünlük verirlər. Bu səbəbdən, bu kimi uydurma və təxribatlara reaksiya verməmək də olardı. Lakin, burada iyrənc daşnak mahiyyətindən irəli gələn, Azərbaycan və yəhudi xalqları arasına təfriqə salmaq niyyəti ilə səciyyələnən və bədnam “erməni məzlumluğu” mövzusunu bir daha gündəmə gətirmək cəhdləri sezildiyi səbəbindən və eləcə də Azərbaycan insanının Qəzzada baş verən qətliam zamanı ədalətli mövqe sərgiləməsinə kölgə salmaq hədəfi göründüyündən, təxribatı cavabsız qoymamaq qərarına gəldik. Bu xüsusda bir neçə sadə həqiqəti xatırlatmağı inanc və vətəndaş cəmiyyəti fəalı olaraq özümə borc bilirəm. Azərbaycan xalqı əsrlərdən gələn tolerantlıq mədəniyyətinə malik olan bir xalqdır. Və bunun özülündə məhz İslam dünyagörüşü durur. Yəhudi xalqı da Vətənimizdə yaşayan digər xalqlar kimi, bizim üçün hörmətli və əzizdir. Bu, əsrlərlə belə olub və bundan sonra da belə olacaq. Qəzzada baş verən olaylara gəldikdə isə, bunlar – insanlığa qarşı bir cinayətdir və bu cinayətlərinin yəhudi xalqına heç bir aidiyyəti yoxdur. Buna bariz sübut olaraq, dünyanın hər yerində yaşayan yəhudilərin Qəzzada baş verən cinayətlərə qarşı sərgilədikləri qətiyyətli etirazları göstərmək olar. Və bu gün Qəzza məzlumları ilə həmrəylik göstərmək – dünyanın bütün vicdanlı insanlarının etdiyi bir işdir və yəhudi millətinin nümayəndələri bu etirazların ön sırasındadırlar”. İ. İbrahimoğlu Azərbaycan KİV-nə də müraciət edərək, bu barədə xəbərləri şərhsiz verməməyə, vahid mövqe nümayiş etdirməyə çağırıb. Qeyd edək ki, Ermənistanın “Panarmenian” agentliyi Ermənistan xüsusi xidmət orqanlarının yaratdığı azertopnews saytına istinadən Sumqayıtda guya yəhudi ailələrinə basqınlar təşkil edildiyi barədə internetdə dezinformasiya yayıb. Daha sonra isə digər erməni mənbələri də “Panarmenian”a istinadən bu “xəbəri” yayıblar. “Panarmenian” saytının Azərbaycana qarşı davamlı olaraq həyata keçirdiyi bu dezinformasiyanın məqsədlərindən biri də 1988-ci ilin fevralında ermənilərin özləri tərəfindən təşkil olunmuş hadisələrin ildönümü ərəfəsində bu mövzunu gündəmə gətirməkdir. Təbii ki, erməni xüsusi xidmət orqanları Azərbaycanı qeyri-tolerant ölkə kimi qələmə vermək və Sumqayıtı milli-dini ekstremizmin mənbəyi kimi göstərmək planlarını da unutmayıblar. Azərbaycan-İsrail münasibətlərinin yüksək səviyyədə olması və yəhudi diasporu ilə Azərbaycan diasporu arasındakı normal əməkdaşlıq münasibətlərinə xələl gətirmək də heç şübhəsiz ki, ermənilərin niyyətləri sırasındadır. Ermənilərin ardı-arası kəsilməyən cəhdləri göstərir ki, onlar 1988-ci ildə olduğu kimi dezinformasiya siyasətindən maksimum yararlanmağa cəhd göstərirlər. Qeyd edək ki, Ermənistan xüsusi xidmət orqanlarının yaratdığı azertopnews saytı Azərbaycanın “xəbər saytı” görüntüsü yaradır. Sayt APA da daxil olmaqla bir neçə Azərbaycan KİV-ni bəzi separatçılığı dəstəkləyən internet portalları ilə birgə rəsmi informasiya dəstəyi kimi göstərib. APA rəsmən bu iddianı rədd edir və belə bir saytla əməkdaşlıq etmədiyini, sadəcə internetdə qarşısının alınması mümkünsüz olan plagiatlıqla üzləşdiyini bildirir.
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio