ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır
Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
“Xanım” adı ilə bu sayta daxil olub, hərbçilərdən istənilən sirri almaq mümkündür Ötən ilin sentyabr ayında Lent.az odnoklassniki.ru internet saytında hərbi sirlərin yayılması barədə məsələ qaldırmışdı. Həmin dövrdə bu məsələyə bir sıra dövlət qurumları münasibət bildirsələr də, sonda hər hansı bir nəticə gözə dəymədi. Bir neçə gün əvvəl Ermənistan xüsusi xidmət orqanlarının odnoklassniki.ru saytından Azərbaycan vətəndaşının hərbi formada şəklini götürüb, bundan təxribat məqsədi ilə istifadə etmələri adıçəkilən internet saytın Azərbaycan üçün nə dərəcədə təhlükəli olduğunu bir daha ortaya qoydu. Xatırladaq ki, ermənilərə məxsus versiya.am saytı Vüsal Həsənov adlı Sumqayıt şəhər sakinin şəklini və guya onun tərəfindən Ermənistan rəhbərliyinə ünvanlanmış bir məktubu yayımladı. Məktubda göstərilirdi ki, guya V.Həsənov “hazırda Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. Hərbi xidmətdə təzyiqlərə məruz qaldığı üçün Ermənistana qaçmaq istəyir”. Azərbaycan tərəfinin araşdırmaları zamanı məlum oldu ki, hazırda Sumqayıt şəhərindən Silahlı Qüvvələrdə Vüsal Həsənov adlı şəxs xidmət etmir. Bu adda şəxs ordudan düz 8 ay əvvəl tərxis olunub. Ermənilər Vüsalın şəklini odnoklassniki.ru-dan götürərək, özlərinə məxsus ustalıqla bir “məktub” da yaradıblar ki, Azərbaycan ordusunu gözdən salsınlar. Lent.az-ın apardığı araşdırmalara görə, V.Həsənov hərbi formada fotoşəkillərini odnoklassniki.ru saytında yerləşdirən yeganə Azərbaycan vətəndaşı deyil. Bu saytda hərbi hissələrin nömrələri, təyinatları, dislokasiya məntəqələri, rayonlaşdırılması üzrə yüzlərlə qrup yaradılıb. Bu qruplarda həmin hərbi hissələrdə müxtəlif vaxtlarda xidmət etmiş şəxslər bir-birini tapıb söhbətləşirlər. Bu qruplarda nəinki hərbi formada, hətta hərbi hissənin texnika parkında (texnikaların sayı və nömrəsi aydın görünür), inventardakı silahla və s. çəkilmiş şəkillərlə də rastlaşmaq mümkündür. Belə nəticəyə gəlmək olur ki, əgər ermənilərin V.Həsənova qarşı həyata keçirdiyi “internet əməliyyatı” baş tutsaydı, bu əməliyyat ikinci mərhələdə odnoklassniki.ru-da hərbi geyimdə şəkillərini yerləşdirilmiş bütün Azərbaycan vətəndaşlarını əhatə edəcəkdi. Aparılan araşdırmalar zamanı o da məlum olub ki, adıçəkilən saytda keçmiş əsgərlərlə yanaşı, hazırda xidmətdə olan əsgər və çavuşlara, hətta zabitlərə belə rast gəlmək mümkündür. Bunlardan bəziləri açıq adla, bəziləri isə başqa adlarla sayta daxil olurlar. İnternetə kompüter vasitəsi ilə çıxış imkanları olmayan əsgərlər isə odnoklassniki.ru-nun wap versiyasından yararlanırlar. Özlərində mobil telefon saxlayan əsgərlər xüsusən də gecə saatlarında wap.odnoklassniki.ru-da tanış olduqları “qızlarla” və dostları ilə söhbətləşirlər. Hərbi qruplarda Müdafiə Nazirliyinin mərkəzi aparatı, Təlim Tədris Mərkəzi və OCC bölüyündə xidmət edən zabitlərə də rastlaşmaq mümkündür. Əgər “xanım” adı ilə bu sayta daxil olub həmin hərbçilərlə tanış olsan, onların necə və harada xidmət etdiklərini, xidmətin necə keçdiyini və s. öyrənmək mümkündür. Daxili Qoşunların keçmiş əsgərinin qarşılaşdığı bu problem artıq Hərbi Prokurorluğu və müvafiq hərbi strukturların rəhbərliyini hərəkətə keçməyə vadar edib. Hərbi mənbələrdən Lent.az-a daxil olan məlumata görə, artıq Müdafiə Nazirliyi və digər bir neçə qurumda bununla bağlı müvafiq tədbirlərə başlanılıb. Böyük ehtimalla, hərbçilərin internetə çıxış imkanlarının məhdudlaşdırılması, həmçinin bu cür hallara yol verilməməsi üçün qabaqlayıcı tədbirlərin görüləcəyi gözlənilir. Məlumat üçün bildirək ki, bu cür hallara nəinki odnoklassniki.ru saytında, həmçinin odnoqrupniki.ru, Facebook, MSN və s. ünvanlarda rast gəlmək mümkündür. Yeri gəlmişkən, bu günlərdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı hərbçilərə hərbi geyimdə, hərbçi olduğunu bildirən nişanlarla şəkillərini Facebook-da yerləşdirilməsini qadağan edib. Belə qadağalar İsraildə, ABŞ-da, Almaniyada və digər ölkələrdə də mövcuddur. Odnoklassniki.ru saytında apardığımız araşdırmalar zamanı analoji vəziyyət ermənilərdə də müşahidə olunub. Saytdan topladığımız məlumatlara əsasən, Dağlıq Qarabağ və Azərbaycanın işğal altındakı rayonlarındakı qüvvələr aşağıdakı hərbi hissələrdə (ermənilərin hərbi hissələrinin böyük əksəriyyətinin şəxsi heyəti 1 tabordan azdır) cəmləşdirilib. Cəbhə xəttinin cənub qanadı - Füzuli rayonu istiqamətində (eyni zamanda, Haramı düzündə Füzulinin Xocavəndlə sərhədi) cəmləşdirilmiş erməni qüvvələrinə daxildir: 2-ci kəşfiyyat-diversiya taboru, Karmrakar (7-ci tabor) taboru, 5070 saylı hərbi hissə, zenit divizionu, sərhəd taboru, 24437, 25918, 43013, 54054, 54122 saylı artilleriya alayı (bu alayın bir batareyası, 4-cü kəşfiyyat-diversiya taboru və tank əleyhinə batareyası (Faqot) ), 54809, 59703 (qərargahı Qubadlıda yerləşən bu alayın müdafiə sahəsinə həm də Xocavəndin bir hissəsi), 61437, 75764, 84029 saylı alaylar. Həmçinin Cəbrayıl istiqamətində 22682 saylı alay. Dağlıq Qarabağın keçmiş Hadrut rayonunda – ikinci eşelona cəmləşmiş qüvvələrə 2087 (qərargahı Tuğ kəndində. Sərhəd qoşunları hesab olunur), 25149, 42009, 2077, 42009, 50869, 61437 alaylar daxildir. Cəbhənin mərkəzində Xocavənd və Ağdam istiqamətindəki hərbi hissələrin say çoxluğu nəzərə çarpır. Mənbə ermənilərin göstərilən istiqaməti daha təhlükəli hesab edərək əsas qüvvələrini də məhz bu əraziyə cəmləşdirdiklərini qeyd edir. Bu istiqaməti ermənilərin 18920, 32236, 36534, 47095, 53159, 32236 (artilleriya alayı), 5436, Xocalı təlim alayı, korpus qərargahı, sapyor taboru, 19916, 23524, 32964, 33466, 33968, 34153 (Askeranı Kayazor), 37221, 37673, 38401, 38636, 38862, 39138, 39590 (təmir taboru), 40318, 46492, 46677 tank alayı (Xocalıda yerləşir), 46994, 47681, 82296 (texniki təmir taboru) müdafiə edir. Bu istiqamətdə ermənilərin tankodromu da var. Xankəndini və ətraf əraziləri. o cümlədən Şuşanı və Laçını müdafiəsini təşkil edəcək hərbi hissə və birliklər bunlardır: 38677 saylı hərbi birləşmə (Baş Qərargah), S-125 zenit-raket komplekslərinin cəmləşdiyi zenit alayı, 366-cı alay, rabitə taboru, diversiya-hücum dəstəsi, “Tiqran” xüsusi təyinatlı bölüyü, texniki təmir taboru, təlim alayı, Artilleriya təlim mərkəzi, 18920, 19916, 27546, 35356, 35383, 35708, 36534, 39654, 39828, 42009 diviziya, 47220, 54122, 59703, 75937, 82286, 82289, 37447, 1499, 3214, 5471, 10139, 74296 (rabitə) saylı alaylar. Əsas qüvvələrini cəbhə xəttinə cəmləşdirən ermənilər ehtimal olunan təhlükələri nəzərə alaraq işğal olunmuş ərazilərin dərinliklərini də boş qoymayıblar. Qubadlı və Laçın istiqamətində ermənilərin 12798, 16396 alayları və əsas texnikası Qubadlının Xanlıq kəndi yaxınlığına cəmləşmiş 73128 saylı tank alayı dayanır. Ermənilərin cəbhə xəttində ən çox təhlükə gözlədikləri bir ərazi də Ağdərə və Goranboy istiqamətləridir. Bu istiqamətdə 007, 35366, 36651, 33651 (Madagisdə yerləşir), 38043 (“Daşnakner” adlanır), 32964 diviziya (Ağdərə), 47455 (artilleriya alayı), 74361, 47455 (Nerin Orataq kəndində yerləşir) və 49971 saylı alaylar durur. Qeyd olunan hərbi hissələr Murovdağın ətəyindən Ağdam rayonunadək bir əraziyə cavabdehlik daşıyırlar. Kəlbəcərdə isə ermənilərin 14705 saylı alayının yerləşdiyi bildirilir ki, bu hərbi hissənin əsas funksiyası şimaldan Qarabağın giriş qapısı olan Ömər aşırımını mühafizə etməkdir. Rəşad Süleymanov LENT.AZ
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio