CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
İraq parlamenti sədrinin Qalibafa mənalı cavabı: Körfəz “Ərəb körfəzi”dir
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
Brent nefti avqust ayının ən yüksək qiymətinə çatdı
"USS George Washington" təyyarədaşıyan gəmisi Ərəb dənizinə çatdı
Trampın bəyanatından sonra İranda dollar yenidən bahalaşdı
Yəməndə öldürülən üç xarici döyüşçüdən ikisi SEPAH üzvüdür — Al Arabiya
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
İranlı qadın müğənniyə həbs cəzası verildi
Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişafını sürətləndiirmək niyyətindədir
47 iranlı İsrailə köçdü
İranın ən nüfuzlu universiteti oyuncaq siçana görə tələbəni universitetdən qovub
Təbriz Kəşfiyyat İdarəsinin əməkdaşları azərbaycanlı türk fəalın evində axtarış aparıb
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Britaniya İrana qarşı yeddi yeni sanksiya tətbiq etdi
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran növbəti müharibə zamanı daha dağıdıcı silahlardan istifadə edəcəyi barədə xəbərdarlıq edib
Pakistan iki dənizçisinin ölümü ilə nəticələnən husilərin gəmi hücumunu pisləyib
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Tramp: Hörmüz boğazı gələcəkdə əvvəlki qədər əhəmiyyətli olmayacaq
Axios: ABŞ Hörmüz boğazında gizli neft daşınması üçün dəhliz yaradıb
Neft ixrac edə bilmirik- Hemməti
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
İranda daha bir etirazçı edama məhkum edildi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
Yaxın Şərqdə müharibə Əbu-Dabidə iki böyük konsertin ləğvinə səbəb oldu
Əməkdaşlıqdan qarşıdurmaya; İsrail və Türkiyə niyə qarşı-qarşıya gəlib? | Təhlil
Fransa iranlı diplomatını ölkədən çıxardı
Moskva və London arasında gərginlik artdı
Suriyada keçmiş işgəncəçi zabit həbs edildi
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
Tramp: İranla danışıqlar mümkündür
Hörmüz boğazında Çinlə əlaqəli üç tanker geri dönüb — Bloomberg
ABŞ 17 iranlını kiber oğurluqda günahlandırdı
İrana baölı qüvvələr İraqın baş naziri təhdid edib
Azərbaycan-Özbəkistan ikitərəfli gündəliyi müzakirə edilib
İranda Trampın başına qoyulan mükafata bu qədər pul yığıldı
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
NATO istənilən İran təhdidinə qarşı tədbir görməyə hazırdır
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
Əhalinin Qeydiyyatı İdarəsinin türk adlarına qarşı təzyiqi davam edir
ABŞ-da iranlı siyasi fəala sui-qəsd edilib
VƏLİ KİÇİK PAŞANIN SENSASİON MÜSAHİBƏSİ Məhbəsdəki türk generalı qəzetimizə danışdı “Həbsdən buraxılan kimi ilk öncə Azərbaycana, can qardaşlarımın yanına gedəcəm” “İddiada göstərilir ki, Azərbaycandan 10 min ədəd zirehli geyim sifariş etmişəm...” Son 100 ildə Türkiyə tarixinin ən qalmaqallı məhkəmə prosesi olan “Ergenekon” işi ilə bağlı İstanbula yola düşəndə bu məsələdə adı keçən bir çoxları ilə görüşə biləcəyimi təxmin etsəm də “Ergenekon” işinin ən məşhur məhbusu, əslən azərbaycanlı olan Vəli Kiçik Paşa ilə görüşəcəyimi və çox ciddi şəkildə qorunan Silivri həbsxanasında ondan müsahibə ala biləcəyimi, açığı, təsəvvürümə gətirə bilmirdim. Elə səfərdən öncə redaksiyada həm baş redaktor, həm də həmkarlarımla söhbətimizdə belə düşünürdük ki, ən yaxşı halda mən Vəli Kiçik Paşanın ailə üzvləri ilə görüşə bilərəm. Amma İstanbul səfəri zamanı bir daha əmin oldum ki, mümkün olmayan nəsə ya yoxdur, ya da çox azdır. Vəli Kiçik Paşanın ailə üzvləri - xanımı Nejla Kiçik və qızı Zeynəb Kiçiklə görüşmək üçün xeyli çalışmalı oldum və sağ olsun Türkiyədəki dostlar; bu işdə əllərindən gələni etdilər. Qeyd edim ki, Zeynəb xanım həm də Vəli Kiçikin vəkilidir. Bu məqamda onu qeyd edim ki, İstanbul ərazisi sayılsa da şəhərdən Silivriyə gedib çıxmaq o qədər də asan deyil. İstanbulun mərkəzi hissələrindən hesab olunan Taksim meydanından Silivri həbsxanasına təxminən 160 kilometr yol var. Amma “Ergenekon” işində tutulan bir neçə məşhur şəxsin vəkilinin köməyi sayəsində bu məsafəni çox asanlıqla qət etdik və mən Silivri həbsxanasına daxil ola bildim (Bu həbsxanaya necə girə bilməyim və ordakı vəziyyət, keçirilən məhkəmə prosesi barədə növbəti yazıda oxuya biləcəksiniz). Həbsxananın həyətində Vəli Kiçiyin xanımı və qızı ilə tanış olduq. Hər ikisi Azərbaycandan olduğumu biləndə çox sevindi. Həm Nejla xanım, həm də atasına vəkillik edən Zeynəb xanım Vəli Kiçiyin Azərbaycanı çox sevdiyini, bu ziyarətimizdən də çox sevinəcəyini dedilər. Zeynəb xanımdan ilk xahişim atasını bir neçə yazılı sualımıza cavab verməyə razı salmaq oldu. Buna cəhd göstərəcəyini, amma müsbət nəticəyə inanmadığını bəri başdan dedi. Beləliklə, 6 fevral 2009-cu il. Türkiyənin məşhur Silivri həbsxanası. Aralarında generallar, çox məşhur simalar da olmaqla 41 nəfər tutuqlu məhkəmə salonuna gətirilir və proses başlayır... İki saatdan sonra fasilə elan olundu, prokurorlar, məhkəmə heyəti salonu tərk etdilər, zalda məhbuslarla onların yaxınları, jurnalistlər arasında canlı sədd çəkən əsgərlər qaldı. Artıq Zeynəb xanım mənim zalda olmağımı Vəli Kiçiyə çatdırmışdı və fasilə başlayan kimi Paşa ayağa qalxıb başı ilə mənimlə salamlaşdı. Ancaq bununla kifayətlənmək olmazdı və məhbusların yaxınlarının tutulanlarla görüşmək istəməsi səbəbindən zalda əsgərlərlə onlar arasında yaranan gərginlikdən istifadə edib Vəli Kiçiyə yaxınlaşdım. Azərbaycandan olan jurnalistin bu məhkəmədə iştirakından məmnun olduğunu söylədi və Azərbaycana salamlarını çatdırmağımızı xahiş etdi. Yazılı bir neçə sualımıza cavab verməyini xahiş etdikdə həbs olunandan bu yana heç bir jurnalistə müsahibə vermədiyini dedi; israrlı xahişimizdən və qızı Zeynəb xanımın da köməkliyindən sonra razılaşdı. Amma məhkəmə fasilədən qayıtdığından daha danışa bilmədik və yazılı suallarımı Zeynəb xanım vasitəsilə Vəli Kiçiyə göndərdim. Beləliklə, həbsindən sonra Vəlı Kiçik Paşa ilk müsahibəsini “Yeni Müsavat” qəzetinə verdi. - Həm siz, həm də vəkillər “Ergenekon” iddianaməsinin qondarma olduğunu deyirsiniz. Əgər bu doğrudursa, niyə belə bir iddia çıxıb ortaya? Bunun arxasında kimlər durur və məqsəd nədir? - Əvvəla, Azərbaycanda yaşayan və dünyadakı bütün soydaşlarımıza “Yeni Müsavat” vasitəsilə sayğılarımı, salamlarımı çatdırıram. “Ergenekon” adında bir terror təşkilatının olduğunu bildirmək və belə bir məsələni gündəmə gətirmək, iddia ortaya qoymaq ən böyük xətadır. “Ergenekon” adı bu işə məqsədli şəkildə verilib. “Ergenekon” türkün Kəbəsidir. Bu adda hansısa terror təşkilatının olduğunu iddia etmək təkcə məni yox, türklük hissini duyan hər kəsi narahat edir. Bu işlə bağlı iddianamə qüsurlu hazırlanıb və iddianamədən çox iftiranamədir. 2455 səhifəlik iddianamə tamamən telefon danışıqları əsasında hazırlanıb. Hər telefon danışığı təkrar-təkrar 15-20 dəfə ayrı-ayrı yerə yazılıb və iddianamə bununla da məqsədli şəkildə oxunmayacaq hala gətirilib. Bütün hüquqşünasların dediyi kimi, bu iddianamə boş ittihamlarla doludur. Məsələn, iddiada göstərilir ki, mən Azərbaycandan 10 min ədəd zirehli geyim sifariş etmişəm. Guya ki, onları 10 min nəfərə geydirib çevriliş edəcəkmişəm. Axı mən nədən Azərbaycandan 10 min zirehli geyim sifariş etməliydim? Zirehli geyimlə çevriliş etməkmi olur? Bu dava türk millətçilərini sındırmaq üçün Avropa və Amerikanın istəyi ilə hazırlanıb. Yavaş-yavaş bunun bütün qaranlıq tərəfləri üzə çıxmaqdadır. - Silahlı Qüvvələrin “Ergenekon” məsələsinə münasibəti normaldırmı? - Mən Türkiyə Silahlı Qüvvələrində çox sevilən bir generalam. Bu iddianamə türk ordusunu toplumun gözündən salmaq, ordunu rəncidə etmək məqsədilə hazırlanıb. Türk ordusu durduqca, xalqın gözündə etibarı yüksəldikcə Türkiyəni istədikləri hala sala bilmirlər. Türk ordusu qüdrətli olduqca Avropa dövlətləri və Amerika Qafqazlarda, Orta Doğuda və Türkiyədə istədikləri kimi at oynada bilmir. Bunu edə bilmədikləri və mən də orduda sevilən bir şəxs olduğum üçün bu prosesi məndən başlatdılar. Silahlı Qüvvələrin baş verənlərə münasibətinə gəlincə, ordu bu oyunları çox yaxşı bildiyi üçün baş verənlərə çox qarışmır və ən doğrusu da budur. Xarici güclər isə ordunu əzmək və xalqın gözündəki etibarını yox etmək üçün Silahlı Qüvvələrin bu məsələyə müdaxilə etməsinə çalışır. - Bu işlərin sonu necə olacaq? - Bu işin sonu fiaskodur. Çünki ortadakı iddialar tamamən yalan və qondarmadır. İddianamədəki heç bir məqamın dəlili yoxdur. Vətənsevərləri, milliyyətçiləri, AKP və Amerikaya qarşı olanları fəaliyyətsiz vəziyyətə gətirmək istəyirlər. Ancaq inanıram ki, Türkiyə ədaləti həqiqəti ortaya çıxaracaq. - “Ergenekon” iddianaməsində sizin Azərbaycanda hakimiyyət dəyişikliyi etmək istəyiniz də yer alıb. Bununla bağlı nə deyərdiniz? - İddianamədə mənim Azərbaycan ordusuna silah göndərməyim, Azərbaycan ordusu üçün pul topladığım və orada çevriliş etmək istəməyimlə bağlı iddialar var. Özünüz düşünün, mənim Azərbaycan ordusuna silah göndərməyim mümkünmü? Azərbaycan güclü bir ölkədir, mənim nə səlahiyyətim var ki, ora silah göndərim? Azərbaycan ordusu üçün pul toplamağım barədə deyilənlər də yalandır və bu iddia Azərbaycana həqarətdir. Azərbaycanda çevriliş etmək istəməyimlə bağlı yazılanlar isə iddia yox, dəlilikdir. Mən çevrilişi kimə qarşı edəcəkdim və hakimiyyətə kimi gətirəcəkdim? Mən Azərbaycanın bir nəfəriyəm. Azərbaycan üçün gərəkirsə savaşaram, canımdan keçərəm, Azərbaycanın bütün yetkililəri və insanları mənim üçün möhtərəm və sayğı duyduğum adamlardır. Mən hər yerdə demişəm ki, ermənilər işğal etdikləri AZƏRBAYCAN TORPAQLARINDAN ÖZLƏRİ ÇIXACAQLAR, ÇIXMASALAR - ÇIXARACAĞIQ. Bu şəkildə danışdığıma görə və Azərbaycandakı dostlarımla mənim münasibətlərimi korlamaq üçün belə qondarma məsələləri iddianaməyə salıblar. Belə bir niyyətim olsaydı, bunu indiyə kimi Azərbaycanda bilməzdilərmi? - Adınız mafiya babaları ilə bir yerdə çəkilir. Onlarla hər hansı əlaqələriniz olubmu? - “Ergenekon” iddianaməsinin qondarma olduğu qısa müddətdə məhkəmədə sübuta yetiriləcək. Adımın müxtəlif məsələlərdə hallandırılması mənim üzərimdən silahlı qüvvələri əzmək istəyi ilə bağlıdır. Haqqımda deyilənlər iftiradır. İndiyədək hansısa bir açıq işim tapılmayıb. Əgər hansısa bir açığım olsaydı, onu bütün dünyaya yayardılar. Şükürlər olsun ki, nə məsləkimə, nə də vətənimə heç bir yanlış yapmamışam. - “Qurdlar vadisi pusu”dakı İsgəndər Böyük obrazının sizə işarə olduğu söylənilir. Özünüz necə düşünürsünüz, doğrudanmı İsgəndər Böyük sizin prototipinizdir? - “Qurdlar vadisi pusu”dakı İsgəndər Böyüyün mənim olduğumu burada da deyirlər. Mən o seriala bir dəfə baxmışam, amma söhbətin nədən getdiyini bilmirəm. - Özünüzü necə müdafiə edirsiniz məhkəmədə? - Vəkilim qızım Zeynəbdir. Özüm isə bu işlə bağlı 100 səhifəlik müdafiə çıxışı yazmışam və nədən həbsxanada olduğumu göstərmişəm. Həbsdən çıxanda həmin çıxışı sizə də göndərə bilərəm. Müdafiə çıxışımda Amerikaya, Avropa Birliyinə qarşı olduğum, can Azərbaycanın 17000 kvadratkilometrlik torpağının erməni işğlı altında olduğunu, 1 milyon soydaşımızın qaçqın düşdüyünü, ermənilər torpaqlarımızdan çıxmasa, çıxarılacaq dediyimi, “mən türk millətçisiyəm, mənə Avropa Birliyi lazım deyil, 300 milyonluq Türk Birliyi lazımdır, onun da yolu Diyarbəkirdən yox, Tanrı dağından, Ergenekondan, Ankaradan keçəcək” dediyim üçün tutulduğumu yazmışam və bağırmışam. Bu yazdıqlarımı hər zaman söyləyəcəm. Kimsə məni həbslə qorxuda bilməz. Uca türk millətim üçün hər şey edərəm. Əgər həbsdən buraxılsam, ilk öncə Azərbaycana, can qardaşlarımın yanına gələcəm. Başda dövlət yetkililəri olmaqla bütün azərbaycanlılara bir daha sayğılarımı bildirirəm. Allaha əmanət olun. Türk türkü, Tanrı türkü qorusun. Zabil MÜQABİLOĞLU, İstanbul, Silivri həbsxanası http://chudaferin.azeriblog.com/2009/02/08/veli-kichik-pasha-azerbaycan-uchun-gerekirse-savasharam-canimdan-kecherem
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
47 iranlı İsrailə köçdü
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
ABŞ-da iranlı siyasi fəala sui-qəsd edilib
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
"Traktor" İsfahan komandasını məğlub etdi
Həmədanda tibb işçiləri etiraz aksiyası keçirib
BƏƏ İranla ticarət və maliyyə əməliyyatlarını dayandırdı
Çin tankerləri Hörmüz və Bab-Əl-Məndəb boğazlarından yan keçir
Tehran Prokurorluğu jurnalistin fəaliyyətinə qadağa qoydu
İranda kağız çatışmazlığı məktəb dərsliklərində dəyişiklikləri məhdudlaşdırıb
Kanada keçmiş İran rəsmisini ölkədən deportasiya edir
Təxminən 500 nəfər məhkəmə yolu ilə “Əlihan” adlı doğum haqqında şəhadətnamə alıb, lakin bu ad hələ də qadağandır
Abbas Lisani son otuz ildə zorakılıqsız mübarizə və vətəndaş itaətsizliyinin öncüllərindən biridir
İran rəsmisi milli birliyi media üçün “qırmızı xətt” adlandırıb
İran Hörmüz boğazına nəzarət edir – Bəsic komandiri
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
ABŞ-la razılaşma üçün ən yaxşı vaxt indidir – İran Ekspertlər Məclisinin üzvü
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
Ermənistanda İranın “Majid” HHM sistemləri nümayiş etdirilib
Vens: İran ABŞ-a verdiyi öhdəliklərə əməl etməyib
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Urmiya gölünün sahəsi 2487 kvadrat kilometrə çatıb
Yəmənin mühüm limanının fəaliyyəti husilərin hücumları nəticəsində dayandı
Ərdəbildə üç məhbus edam edildi
Hizbullahın yüksək rütbəli komandiri öldürüldü
Hizbullah atəşkəsi pozdu: İsrail cavab verdi
SEPAH rəhbəri: İran müharibəsi qlobal İslam hakimiyyətinə doğru bir addım idi
Üç iranlı pilot Qətərdə əsir saxlanılır
İranda qaz tarazsızlığı böyük böhrana doğru gedir