ABŞ İranla əlaqələrinə görə Hizbullaha qarşı yeni sanksiyalar tətbiq edəcək — Reuters
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
İraq parlamenti sədrinin Qalibafa mənalı cavabı: Körfəz “Ərəb körfəzi”dir
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
Brent nefti avqust ayının ən yüksək qiymətinə çatdı
"USS George Washington" təyyarədaşıyan gəmisi Ərəb dənizinə çatdı
Trampın bəyanatından sonra İranda dollar yenidən bahalaşdı
Yəməndə öldürülən üç xarici döyüşçüdən ikisi SEPAH üzvüdür — Al Arabiya
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
İranlı qadın müğənniyə həbs cəzası verildi
Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişafını sürətləndiirmək niyyətindədir
47 iranlı İsrailə köçdü
İranın ən nüfuzlu universiteti oyuncaq siçana görə tələbəni universitetdən qovub
Təbriz Kəşfiyyat İdarəsinin əməkdaşları azərbaycanlı türk fəalın evində axtarış aparıb
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Britaniya İrana qarşı yeddi yeni sanksiya tətbiq etdi
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran növbəti müharibə zamanı daha dağıdıcı silahlardan istifadə edəcəyi barədə xəbərdarlıq edib
Pakistan iki dənizçisinin ölümü ilə nəticələnən husilərin gəmi hücumunu pisləyib
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Tramp: Hörmüz boğazı gələcəkdə əvvəlki qədər əhəmiyyətli olmayacaq
Axios: ABŞ Hörmüz boğazında gizli neft daşınması üçün dəhliz yaradıb
Neft ixrac edə bilmirik- Hemməti
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
İranda daha bir etirazçı edama məhkum edildi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
Yaxın Şərqdə müharibə Əbu-Dabidə iki böyük konsertin ləğvinə səbəb oldu
Əməkdaşlıqdan qarşıdurmaya; İsrail və Türkiyə niyə qarşı-qarşıya gəlib? | Təhlil
Fransa iranlı diplomatını ölkədən çıxardı
Moskva və London arasında gərginlik artdı
Suriyada keçmiş işgəncəçi zabit həbs edildi
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
Tramp: İranla danışıqlar mümkündür
Hörmüz boğazında Çinlə əlaqəli üç tanker geri dönüb — Bloomberg
ABŞ 17 iranlını kiber oğurluqda günahlandırdı
İrana baölı qüvvələr İraqın baş naziri təhdid edib
Azərbaycan-Özbəkistan ikitərəfli gündəliyi müzakirə edilib
İranda Trampın başına qoyulan mükafata bu qədər pul yığıldı
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
NATO istənilən İran təhdidinə qarşı tədbir görməyə hazırdır
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
Əhalinin Qeydiyyatı İdarəsinin türk adlarına qarşı təzyiqi davam edir
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Moskvada srağagün keçirilən növbədənkənar sammitindən sonra Azərbaycanın yerləşdiyi regionda geosiyasi və hərbi situasiya daha da mürəkkəbləşib. Xəbər verildiyi kimi, sammitdə sözügedən təşkilata daxil olan yeddi keçmiş sovet respublikası öz ordularını birləşdirərək Kollektiv Çevik Qüvvələrin formalaşdırılması barədə razılığa gəliblər. Artıq şərhçilər bu razılaşmanı keçmiş sovet ordusunun yeni formada bərpası kimi dəyərləndirirlər. Azərbaycan üçün isə bu razılaşma ona görə narahatlıq doğurur ki, kollektiv silahlı qüvvələr formalaşdıran ölkələr arasında Ermənistan da var. İstənilən halda, Azərbaycanla Ermənistan arasında hərbi münaqişə davam etdiyinə görə bu razılaşma bizim üçün yaxşı heç nə vəd etmir. Onsuz da Ermənistan KTMT-nin üzvü kimi indiyədək Rusiya ilə eyni hərbi blokda təmsil olunurdu və öz ərazisində rus qoşunlarını yerləşdirmişdi. İndi isə bu blok həm də kollektiv silahlı qüvvələrə malik təşkilata çevrilir. Bu da KTMT-nin müəyyən formada hazırda dünyada mövcud olan yeganə hərbi blok olan NATO-ya qarşı qoyulması deməkdir. Qeyd edək ki, Kollektiv Çevik Qüvvələr formalaşdırmaq ideyası ötən ilin sentyabrında, yəni Rusiyanın Gürcüstana qarşı 5 günlük müharibəsi başa çatandan sonra məhz Kreml tərəfindən ortaya atılıb. Rusiya prezidenti Dmitri Medvedyev o zaman açıq şəkildə bəyan etmişdi ki, məqsəd hansısa bir ölkənin postsovet məkanında hərbi-siyasi dominatlığına yol verməmək, yeni hərbi münaqişələri önləmək və yarana biləcək münaqişəli situasiyaya çevik hərbi müdaxilə etməkdir. Münaqişələri önləmək deyəndə Kreml şübhəsiz ki, üzərinə barışdırıcı missiya götürüb fəaliyyət göstərməyi nəzərdə tutmur. Moskvanın məqsədi elə vəziyyət formalaşdırmaqdır ki, Rusiyanın təsir dairəsində heç kim, məsələn, Azərbaycan status-kvonu dəyişdirmək və öz ərazilərini azad etmək üçün Gürcüstan kimi hərbi əməliyyatlara başlamaq cəsarətinə malik olmasın. Buna görə də Moskva razılaşması Azərbaycan üçün yeni hərbi-siyasi situasiya yaradır. İndi Ermənistan Rusiya ilə hərbi alyansı möhkəmləndirmək və öz ərazisində rus qoşunlarının yeni hissələrini yerləşdirmək, habelə Moskvadan daha çox hərbi yardım almaq imkanları əldə edir. Rusiya isə öz növbəsində regionda hərbi iştirakını daha da gücləndirmək fürsəti qazanır. Nəzərə alınmalıdır ki, Rusiya faktiki olaraq işğal etdiyi Gürcüstan ərazilərinin bir hissəsində-separatçı Abxaziyada daimi əsasda özünün irimiqyaslı hərbi iştirakını təmin etməyə hazırlaşır. Xəbərlərə görə, Rusiya Abxaziyada hərbi dəniz, hərbi hava və iki yerüstü qüvvələr bazasını yerləşdirmək niyyətindədir. Birdən-birə dörd hərbi bazanın Qara dəniz sahillərində yerləşdirilməsi şübhəsiz ki, Kremlin iddia etdiyi kimi, təkcə Abxaziyanı Gürcüstanın mümkün hücumlarından qorumaq məqsədi daşımır. Bu planlarda məqsəd geniş Qara dəniz və Cənubi Qafqaz bölgəsini hərbi nəzarətə götürməkdir. Rusiya NATO-nun Qara dənizdə özünün hərbi dəniz qüvvələrini yerləşdirmək planlarını pozmaq, Cənubi Qafqazda isə tək hakim güc olaraq qalmaq istəyir. Rusiya ötən ilin avqustundan Gürcüstanın digər separatçı bölgəsi Cənubi Osetiyada özünün çoxminli hərbi qüvvələrini yerləşdirib. Əgər Abxaziyada həmin dörd hərbi baza da yerləşdirilsə, o zaman hətta Gürcüstan indiki vəziyyətdə NATO-ya üzv olsa belə, regionda hərbi balans ciddi ölçülərdə Rusiyanın xeyrinə olacaq. Çünki Rusiyanın Ermənistanda da iri hərbi bazası var, üstəlik, bu ölkədə yeni rus hərbi bazasının yerləşdiriləcəyi haqda xəbərlər var. Çıxılmaz vəziyyətlə üzləşdiyini nəzərə alan Gürcüstan yeganə yol kimi ABŞ-la hərbi alyansa daxil olmaq cəhdləri edir. Bu ilin yanvarında Gürcüstanla ABŞ arasında strateji müttəfiqlik müqaviləsi imzalanıb və bu müqaviləyə əsasən, Vaşinqton Tiflisin təhlükəsizliyinin təmin edilməsi üçün üzərinə müəyyən öhdəliklər götürüb. Son məlumatlara görə, Gürcüstan öz ərazisində Amerika bazalarının yerləşdirilməsinə dair danışıqlar da aparır. Bu variant o halda reallaşa bilər ki, Rusiya Abxaziyada bazalar yerləşdirmək planlarını reallaşdırsın. Belə vəziyyətdə Cənubi Qafqaz, oradan isə Mərkəzi Asiya regionlarında 15 ildən çoxdur aparılan siyasət hesabına qazanılan mövqeləri itirmək təhlükəsi qarşısında qalan Birləşmiş Ştatların da başqa variantı qalmaya bilər. Ona görə də Gürcüstan ərazisində Amerika bazalarının yerləşdirilməsi məsələsi indi kifayət qədər aktual hesab edilə bilər. Çünki Rusiya eyni vaxtda ABŞ-ı Mərkəzi Asiyadakı hərb iştirakına son qoymaq üçün də son həmlə edib. Xəbər verildiyi kimi, Qırğızıstan prezidenti Moskvada apardığı danışıqlardan sonra ölkə ərazisindəki Amerika aviabazasının bağlanacağını elan edib. Məlumatlara görə, prezident Kurmanbek Bakiyevin bu barədə fərmanı artıq hakim partiyanın nəzarətində olan parlamentə təqdim edilib. Rusiyanın Xəzərin o tayında və Qafqazda apardığı siyasət onu göstərir ki, Azərbaycan üçün artıq hərbi neytraliteti qorumaq və balanslı siyasi kursu saxlamaq çətin olacaq. De-fakto Azərbaycan indi hərbi baxımdan təklənib. Keçmiş sovet respublikaları gücünü birləşdirdiyi vaxtda əraziləri işğal altında olan Azərbaycanın heç bir hərbi müttəfiqi yoxdur. Türkiyə ilə sıx hərbi əməkdaşlıq var, ancaq qarşılıqlı öhdəliklərlə möhkəmləndirilən müttəfiqlik müqaviləsi yoxdur. ABŞ-la hərbi tərəfdaşlıq da mövcuddur, ancaq bu, Pentaqonun silahlı qüvvələrin möhkəmləndirilməsinə yönələn məhdud proqramlarından uzağa getmir. Əvvəllər ABŞ-ın İrana qarşı hərbi əməliyyatlar aparmaq variantı aktual olanda Pentaqonda Azərbaycan ərazisində mobil hərbi bazalar yerləşdirmək planları fəal müzakirə predmeti idi. Hətta Qərb mənbələrində Amerika qüvvələrinin harada yerləşdiriləcəyini göstərən hərbi xəritələr də yayılırdı. Ancaq belə göründü ki, rəsmi Bakı İran və Rusiya ilə qarşıdurmaya getməmək üçün həmin planları yaxına buraxmadı. Hazırda ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlaması elə də aktual deyil, ancaq bu variant indiki prezident Barak Obamanın masası üzərində qalır. Yəni nə zamansa ABŞ İranla hərbi münaqişəyə girsə, o zaman Azərbaycanda mobil bazaların yerləşdirilməsi variantı da aktuallaşa bilər. Lakin Rusiyanın siyasəti nəticəsində indi elə vəziyyət yaranır ki, İran məsələsi gündəmdə olmasa belə, ABŞ Azərbaycanda hərbi iştirakını təmin etmək seçimi qarşısında qalır. Belə görünür ki, neftin ucuzlaşması, Kremlin hesab etdiyi kimi, Qərbdən təşkil olunan qlobal iqtisadi böhran və strateji valyuta ehtiyatlarının günbəgün azalması Rusiyanı yaxın sərhədləri ilə bağlı aqressiv hərbi-siyasi planlarından əl çəkməyə məcbur edə bilməyib. İqtisadi vəziyyətin ağır olmasına baxmayaraq, Rusiya öz silahlı qüvvələrinin möhkəmləndirilməsinə 2 trilyon rubl xərcləməyə hazır olduğunu bildirir. Deməli, Azərbaycanın aid olduğu regionda hərbi-strateji qarşıdurma gələcəkdə nəinki zəifləməyəcək, əksinə, artacaq. Belə vəziyyətdə “ayaq altında qalmamaq” üçün Azərbaycanın böyük güclərdən birinin hərbi təminatı altına daxil olmaq ehtiyacı yaranır. Rəsmi Bakı haqlı olaraq bu cür strateji məsələlərdə seçim etməyi Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə bağlayır. Yəni işarə edilir ki, bu münaqişənin ədalətli həllinə kim kömək etsə, Azərbaycan onun yanında yer alamağa hazırdır. Ancaq Rusiya Ermənistana ötən il ərzində 800 milyon dollarlıq silah verməklə sübut etdi ki, Qarabağ münaqişəsinin ədalətli həlli onun maraqları daxilində deyil. Moskva Azərbaycanın neft gəlirləri hesabına öz silahlı qüvvələrini möhkəmləndirmək və Ermənistan üzərində hərbi üstünlük əldə etmək cəhdlərinə bu cür cavab verdi. O biri tərəfdən isə Ermənistan ordusu indi Rusiya ordusunun bir hissəsinə çevrilir. Deməli, Azərbaycan üçün təkbaşına Ermənistan üzərində hərbi üstünlük qazanmaq çətin olacaq. Çünki söhbət ayrılıqda götürülmüş zəif Ermənistandan deyil, onun güclü Rusiya ilə hərbi ittifaqından gedir. Ona görə də Azərbaycan üçün indi yeganə çıxış yolu kimi ABŞ-la ikitərəfli hərbi müttəfiqlik münasibətlərinə daxil olmaq variantı aktuallaşır. Əks halda, Rusiya onu öz hərbi nüfuz zonasına daxil edəcək. Artıq məlumatlar var ki, Rusiya hərbi çevrələrində rus qoşunlarının Azərbaycana qaytarılmasının mümkün ssenariləri hazırlanır. Fərhad MƏMMƏDOV musavat
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
47 iranlı İsrailə köçdü
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
ABŞ-da iranlı siyasi fəala sui-qəsd edilib
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
"Traktor" İsfahan komandasını məğlub etdi
Həmədanda tibb işçiləri etiraz aksiyası keçirib
BƏƏ İranla ticarət və maliyyə əməliyyatlarını dayandırdı
Çin tankerləri Hörmüz və Bab-Əl-Məndəb boğazlarından yan keçir
Tehran Prokurorluğu jurnalistin fəaliyyətinə qadağa qoydu
Təxminən 500 nəfər məhkəmə yolu ilə “Əlihan” adlı doğum haqqında şəhadətnamə alıb, lakin bu ad hələ də qadağandır
Abbas Lisani son otuz ildə zorakılıqsız mübarizə və vətəndaş itaətsizliyinin öncüllərindən biridir
İran rəsmisi milli birliyi media üçün “qırmızı xətt” adlandırıb
İran Hörmüz boğazına nəzarət edir – Bəsic komandiri
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
ABŞ-la razılaşma üçün ən yaxşı vaxt indidir – İran Ekspertlər Məclisinin üzvü
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
Ermənistanda İranın “Majid” HHM sistemləri nümayiş etdirilib
Vens: İran ABŞ-a verdiyi öhdəliklərə əməl etməyib
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Urmiya gölünün sahəsi 2487 kvadrat kilometrə çatıb
Yəmənin mühüm limanının fəaliyyəti husilərin hücumları nəticəsində dayandı
Ərdəbildə üç məhbus edam edildi
Hizbullahın yüksək rütbəli komandiri öldürüldü
Hizbullah atəşkəsi pozdu: İsrail cavab verdi
SEPAH rəhbəri: İran müharibəsi qlobal İslam hakimiyyətinə doğru bir addım idi
Üç iranlı pilot Qətərdə əsir saxlanılır
İranda qaz tarazsızlığı böyük böhrana doğru gedir