SON XƏBƏRLƏR

Buşəhr bu il fəaliyyətə başlaya bilər

2021.10.20, 07:36
Buşəhr bu il fəaliyyətə başlaya bilər

Gunaz.tv
Buşəhr bu il fəaliyyətə başlaya bilər 190_iran_nuclear-april-21_12.jpg Rusiya Atom Enerjisi Agentliyinin rəhbəri deyir ki, onun ölkəsi İrandakı Buşəhr nüvə reaktorunu bu il işə salmağa hazırlaşır. Serqey Kiriyenkonun Rusiya mətbuatına bildirdiyinə görə, gözlənilməz heç bir şey baş verməsə reaktorun 2009-cu ilin sonuna kimi fəaliyyətə başlaması planlaşdırılır. O, texniki cəhətdən iranlı həmkarı ilə həll edilməmiş məsələnin qalmadığını vurğulayıb. Kiriyenkonun bu ayın sonunda Buşəhrə gedəcəyi gözlənilir. Rusiya layihə üzərində 1995-ci ildə işləməyə başlayıb və İranın ilk atom enerji stansiyasının işə düşməsi üçün yanacaq təchizatını Tehrana verib. Zavodun açılışı bir neçə dəfə təxirə salınıb. İran rəsmiləri bu gecikməni ölkəyə tətbiq olunan iqtisadi sanksiyalarla izah edir. voa

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar