ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır
Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
“Əgər Ərdoğanın hərəkətində siyasi məqsəd olubsa, o da Türkiyədə milli lider mövqeyini gücləndirməkdən qaynaqlanıb”. Bu eksklüziv açıqlamanı APA-nın ABŞ bürosuna Beynəlxalq Böhran Qrupunun Türkiyə layihəsinin direktoru Hüq Pop verib. O, Türkiyə baş nazirinin Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda İsrail prezidenti Şimon Peresin ünvanına sərt ittihamlar səsləndirməsini bələdiyyə seçkilərində partiyasının mövqeyini gücləndirmək istəyi ilə izah edib: “Qarşıdan bələdiyyə seçkiləri gəlir və Ərdoğan öz mövqeyini möhkəmləndirməli idi. Baş nazirin Davos Forumunda söylədiyi sözləri yanvarın 19-da Brüsseldə etdiyi çıxışdan o qədər də fərqlənmirdi. Cənab Ərdoğan öz siyasi mövqeyini elan edib və bu, onun seçimidir. Hesab etmirəm ki, Davosdakı çıxış Ərdoğanın İslam dünyasında lider olmaq niyyəti ilə bağlıdır. Nəzərə alın ki, ərəb dünyasının liderləri Ərdoğanın çıxışını alqışlamırlar. Ona görə də belə çıxışlar ikibaşlı effekt verə bilər. Baş nazirin çıxışını təhlil edərkən ilk növbədə cənab Ərdoğanın bəyanatının Türkiyə üçün nəzərdə tutulduğu nəzərə alıb, daha sonra isə bütün digər faktorlar barədə fikirləşməyi məsləhət bilərdim. Türkiyənin baş naziri istəyir ki, onu sadəcə dar ərəb və ya islam dünyasının lideri kimi yox, ümumiyyətlə dünya lideri kimi görsünlər”. Hüq Pop Türkiyə-Ermənistan münasibətlərində yaxınlaşmanın Azərbaycanda doğura biləcəyi reaksiyanı belə şərh edib: “Azərbaycanla Türkiyə bir-birinə lazımdırlar. Amma azərbaycanlıların bir çoxu Türkiyənin ermənilərlə danışığa başlamaq faktından artıq məyus olublar. Əlbəttə ki, Azərbaycanda emosional reaksiya olacaq. Bu danışıqların necə sona çatacağını bilmirəm, lakin Türkiyə son nəticədə öz maraqlarına uyğun qərar qəbul edəcək. Bildiyimə görə, Ankarada çoxlu sayda insan Azərbaycanı yaxın dost hesab edir və Azərbaycanın marağını son məqama kimi hər şeydən üstün tutacaqlar. Lakin sonda sərhədləri açmaq Türkiyənin maraqlarına cavab versə, türklər bu addımı atacaqlar”. Hüq Pop bildirib ki, nəticə etibarı ilə Türkiyə ilə Ermənistanın yaxınlaşması Azərbaycana kömək edə bilər: “Yəni bu yaxınlaşma ümumi atmosferi sakitləşdirə bilər, əməkdaşlığın münaqişədən daha yaxşı olmasını göstərə bilər. Demirəm ki, 100 faiz belə olacaq. Amma gəlin, bu mövzu barədə çox dar çərçivədə fikirləşməyək”. Hüq Pop Ermənistan Dağlıq Qarabağ ətrafında yerləşən yeddi rayondan çıxacağı təqdirdə Türkiyənin sərhədləri aça biləcəyi ilə bağlı fikirlərə də aydınlıq gətirib: “Bu iki məsələ arasında bağlılıq olub-olmadığını heç kəs bilmir. Hətta bağlılıq olsa belə, bunun adi anlaşma olacağı, yaxud rəsmi sənədlərdə öz əksini tapacağı da bilinmir. Lakin münaqişəyə son qoymaq üçün Ermənistan Dağlıq Qarabağ ətrafında yerləşən rayonlardan çıxmalıdır. Bu, aydın məsələdir. Lakin bu prosesin nə vaxt və hansı formada aparılması müəyyən olunmalıdır. Ehtimal edirəm ki, diplomatlar məhz bu səbəbdən məxfi danışıq aparırlar. Hər bir adam anlayır ki, münaqişə həll olunmalıdır. Bu bir növ çox əziz bəstələdiyimiz körpə deyil ki, onu daim öz yanımızda saxlayaq. Münaqişə çürüyən yara kimi qalmamalıdır”. Qeyd edək ki, Hüq Pop 20 ildən artıqdır, Yaxın Şərq bölgəsi üzrə araşdırmalar aparır. Uzun illər “The Wall Street Journal”, “The Independent” nəşrlərinin “Reuters” agentliyinin Yaxın Şərq və Türkiyə üzrə müxbiri olub. 2005-ci ildə çap etdiyi “Qaliblərin oğulları: Türk Dünyasının Oyanışı” (“Sons of the Conquerors: the Rise of the Turkic World”) kitabında həmçinin Azərbaycan ərazisindən keçərək Ağdam və Fizuli rayonlarına etdiyi səfər barədə də yazıb. Türk, fars, ərəb və fransız dillərində danışır.
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio