ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır
Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Gültəkin Hacıbəyli: "Bəzi hallarda Avropa Şurası da Azərbaycana təzyiq edən qüvvələrin əlində oyuncağa çevrilir" Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin sədri Səməd Seyidovun parlamentdəki son çıxışı diqqət çəkib. Qurumun qış sessiyasının yekunlarından danışan Səməd Seyidov AŞ PA-da Azərbaycana qərəzli münasibətin olduğunu söyləyib. Məsələylə bağlı fikirlərini öyrəndiyimiz Azərbaycanın Avropa Şurası PA-dakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıbəyli deyir ki, Azərbaycan Avropa Şurası ilə əməkdaşlığı yüksək qiymətləndirir və bundan sonra da bu əməkdaşlığın dərinləşməsində maraqlıdır. Ancaq qarşı tərəfin də Azərbaycana münasibətdə eyni dərəcədə ədalətli və səmimi olmasını arzulayır. Rəvan Məmmədli Gültəkin Hacıbəyli bildirdi ki, əgər Avropa Şurası Azərbaycanda mövcud vəziyyətin yaxşılaşmasını istəyirsə, amma bu zaman onun problemlərinin bir qismini qabardıb, digər bir qismini görmürsə, təbii ki, bu yanaşma, ən azı təəssüf doğurur: "İnsan haqları və demokratiya təkcə terrorçuların hüquqlarından, konkret cinayət əməlləri törətmiş, korrupsiya cinayətləri etmiş, şəxsiyyət əleyhinə ağır cinayətlər həyata keçirmiş məhbusların hüquqlarından ibarət deyil. İnsan hüquqları və demokratiya həm də öz yurd-yuvasından didərgin düşmüş bir milyon insanın hüququdur. Avropa Şurası da insan hüquqlarının pozulması məsələsinə - "siyasi məhbus" kimi təqdim etdiyi məsələyə böyüdücü şüşəylə baxdığı halda, bir milyondan artıq qaçqının və məcburi köçkünün probleminə biganəlik nümayiş etdirirsə, artıq bu yanaşmada ikili standartların mövcudluğu göz önündədir". Gültəkin Hacıbəyli dedi ki, Azərbaycanı konkret olaraq bölgənin digər ölkələri müqayisə etsək, görərik ki, Avropa Şurasının ölkəmizə verdiyi qiymətlə Ermənistan və Gürcüstana verdiyi qiymət adekvat deyil. Məsələn, Gürcüstanda keçirilən son prezident seçkilərində Mixail Saakaşvilinin birinci turda qələbəsi Avropa Şurasının bir çox deputatları tərəfindən şübhə ilə qarşılanıb. Hətta Azərbaycan üzrə keçmiş həmməruzəçi Andreas Qross Mixail Saakaşvilini seçkilərin nəticələrini birinci turda oğurlamaqda ittiham edib. Seçkilərdə zorakılıq halları da müşahidə olunub, seçki günü müəyyən kriminal hadisələr də baş verib. Bununla belə, o zaman qonşu dövlətdəki seçkilər yüksək və Avropa standartlarına uyğun seçkilər kimi qiymətləndirilib. Ermənistana gəlincə, Avropa Şurasının yaxın 30-40 illik tarixində elə bir seçki yoxdur ki, burada seçkilərin nəticələrinə etirazını bildirən insanlara qarşı belə kütləvi zor tətbir edilsin, qəddarlıqla insanların etiraz aksiyaları yatırılsın, yüzdən artıq insan həbs olunsun. Yalnız seçkilərin nəticələrinin saxtalaşdırıldığına görə etiraz səsini ucaladan yüzdən artıq insan həbs olunur. Burada həbs olunan insanların siyasi məhbus olmasını sübuta yetirməyə belə ehtiyac yoxdur. Bunun müqabilində isə Avropa Şurası Ermənistana siyasi məhbus məsələsi üzrə məruzəçi təyin etmir. Ancaq Azərbaycanda 10 il bundan əvvəl tutaq ki, hər hansı bir cinayət törətmiş və Avropa Şurasının xahişilə əfv olunmuş, sonra yenidən cinayət törədərək həbsə atılan insanla bağlı siyasi məhbus məsələsi gündəmə gəlir. Konkret olaraq, korrupsiya cinayətləri törətmiş keçmiş nazirlərlə bağlı Avropa Şurası həmin tələbi irəli sürür: "Avropa Şurası bir tərəfdən Azərbaycanı korrupsiyaya qarşı mübarizə aparılmadığına görə ittiham edir və korrupsiyaya qarşı mübarizəni daha ciddi-cəhdlə həyata keçirmədiyinə görə tənqid atəşinə tutur. O zaman nə üçün digər tərəfdən korrupsiya cinayətləri törətmiş insanların cəzalandırılması Avropa Şurasının bəzi insanlarını belə qıcıqlandırır? Bundan başqa, Avropa Şurasında Yunan Kiprinin təmsilçisi olan və Azərbaycanda siyasi məhbus məsələsi üzrə məruzəçinin təyin edilməsi təşəbbüsü irəli sürən Xristos Pirqurides, görəsən, doğrudanmı, Azərbaycan insanının, türklərin belə "yaxın dostu"dur? Eyni zamanda, Azərbaycanın, türklərin "dostu" olan Pirqurides nədən Qarabağda və Ermənistanda saxlanılan beş minə yaxın itkin düşmüş şəxsin, girovun, əsrin taleyilə bağlı heç bir təşəbbüslə çıxış etmir? Nədən rəsmi statistikaya görə 10-dan artıq, qeyri-rəsmi statistikaya görə 30-a yaxın insanın ölümüylə nəticələnən dövlət səviyyəsində kütləvi zorakılığın tətbiqi halı Avropa Şurasında müvafiq qiymətini almır? Ancaq Azərbaycanda hansısa bir terrorçunun saxlanma şəraitinin Avropa standartlarına uyğun olub-olmaması Avropa Şurasını bu qədər ilgiləndirir və sözügedən qurum bu problemə böyüdücü şüşəylə baxır". Bütün bunların çox ciddi suallar doğurduğunu deyən Gültəkin Hacıbəyliyə görə, əgər Avropa Şurası Azərbaycanın işğal olunmuş ərazilərindən çəkilməsi istiqamətində Ermənistana ciddi təzyiqlər göstərsəydi, o zaman Avropa Şurasının digər sahələrdə göstərdiyi xüsusi böyük həssaslığı da anlamaq olardı. Ancaq fərqlər göz qabağındadır. Bütün bunlar Avropa Şurasında mövcud olan ən azı bəzi qüvvələrin çox ciddi ikili standartlardan çıxış etməsini təsdiqləyir. Millət vəkili bir məqamı da vurğulayır: "Avropa Şurasında Ermənistanın ən böyük lobbisi elə Ermənistan üzrə həmməruzəçilər - cənab Preskot və cənab Kolumbyerdir. Bu şəxslər Ermənistanı Avropa Şurasında ən çox müdafiə edən, bu ölkəyə qarşı hər hansı bir tənqidi fikirlərin qarşısını alan şəxslərdir. Belə demək mümkünsə, onları Avropa Şurasında Ermənistanın ən böyük dostları kimi tanıyırlar. Əfsus ki, bunu Azərbayan üzrə həmməruzəçilər haqqında söyləmək çətindir". AŞ PA-dakı nümayəndə heyətimizin üzvü vurğuladı ki, həmməruzəçilər Azərbaycanın yanında yox, əslində, Azərbaycanı tənqid edən, bir çox hallarda isə ölkəmizə qarşı böhtan atan qüvvələrin yanında olurlar və yaxud olmağa üstünlük verirlər. Millət vəkilinə görə, Avropa Şurası ona görə Ermənistana bu ölkənin arxasında daha ciddi havadarları durduğu üçün təzyiq etmir. Bir çox hallarda Rusiya ilə münasibətlərini korlamaq istəməyən Avropa Şurası Ermənistanla münasibətlərə də bir qədər səthi yanaşır. Ancaq Azərbaycanın arxasında hər hansı bir güc, hər hansı bir ölkə durmur. Görünür, Avropada olan bəzi qüvvələr Azərbaycana təzyiq göstərməklə müəyyən istəklərinə nail olmağa çalışırlar: "Çox təəssüf edirəm ki, bəzi hallarda Avropa Şurası da Azərbaycana təzyiq edən qüvvələrin əlində oyuncağa çevrilə bilir. Arzu edərəm ki, çox hörmət etdiyimiz bu mötəbər qurum öz simasını, imicini qorusun. Doğrudan da insan haqları, demokratiya təşkilatı kimi fəaliyyətini davam etdirsin, kimlərinsə siyasi maraqlarına və ambisiyalarına xidmət edən təşkilata çevrilməsin". Bəs Azərbaycanın Avropa Şurası ilə münasibətlərə yenidən baxması, o cümlədən bu qurumun özünün siyasi məhbus məsələsi üzrə Azərbaycana məruzəçi təyin etməsi ehtimal olunandır? Gültəkin Hacıbəyli deyir ki, əvvəla, Azərbaycana siyasi məhbus problemi üzrə məruzəçinin təyin edilməsi məsələsi sadəcə söz olaraq qalacaq. Çünki məruzəçi o zaman təyin oluna bilər ki, ortada real bir fakt olsun. Bu gün isə faktiki olaraq Azərbaycanda belə bir zəmin yoxdur: "Siyasi məhbus adlandırılan məsələ artıq çoxdan öz həllini tapıb. Əgər Avropa Şurası siyasi məhbus axtarırsa, bu axtarışın məkanı Azərbaycan yox, Ermənistan və MDB məkanının bəzi digər üzvləri olmalıdır. Hesab edirəm ki, bunlar sadəcə Azərbaycana növbəti təzyiq cəhdlərindən başqa bir şey deyil. Bu baxımdan, siyasi məhbus məsələsi üzrə məruzəçinin təyin olunacağını da ciddi qəbul etmirəm. Azərbaycan parlamentinin sərt mövqeyinə gəlincə, hər bir dövlətin, hər bir xalqın ən böyük sərvəti onun azadlığı, müstəqilliyidir. Azərbaycan ona görə öz müstəqilliyi uğrunda bu qədər şəhidlər, qurbanlar verməyib ki, indi hansısa kənar qüvvələr, hansısa digər ölkələr - Azərbaycanın müstəqilliyinə qısqanc yanaşan çevrələr müəyyən maliyyə təzyiqi və yaxud siyasi təzyiq yoluyla, eləcə də hansısa beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə qarşı təzyiq göstərsin. Bu davranışın səbəblərini kifayət qədər ciddi anladığımız üçün həm millət vəkilləri, həm parlamentin rəhbərliyi, həm də AŞ PA-dakı nümayəndə heyətimizin rəhbəri kifayət qədər sərt bəyanatlarla çıxış etdilər. Ancaq buna baxmayaraq, istənilən halda mən Avropa Şurasının gələcəyinə inanıram. İnanıram ki, Avropa Şurası insan haqları və demokratiya təşkilatı olaraq öz imicini qoruyub saxlamaq üçün müəyyən addımlar atacaq. Bu halda isə mən Azərbaycanla Avropa Şurası arasındakı əməkdaşlıq münasibətlərinin gələcək perspektivlərini işıqlı görürəm".
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio