ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır
Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
“Bu gün Azərbaycanla Türkiyə arasında birgə səylərin mövcudluğu regionda sabitliyin təmin olunmasına xidmət edir” Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın CNBC (Si-en-bi-si) televiziya kanalına müsahibə verib. Həmin müsahibənin mətnini təqdim edirik. - Forumun əsas müzakirə mövzusu beynəlxalq böhrandır. Hər kəs böhran haqqında danışır. Azərbaycana gəldikdə, beynəlxalq böhranın iqtisadiyyatınıza təsiri necə hiss olunur? -Beynəlxalq böhran iqtisadiyyatımıza elə də güclü təsir göstərməyibdir. Azərbaycan dünya iqtisadiyyatına getdikcə daha çox inteqrasiya olunduğundan, xüsusən ixrac potensialı ilə bağlı müəyyən narahatlıqlarımız var. Qeyri-neft sektorundakı ixrac potensialı son aylarda az da olsa azalmışdır. Lakin ümumilikdə, bizdə maliyyə məsələləri və iqtisadiyyatın inkişafı ilə bağlı vəziyyət yaxşıdır. - Azərbaycan dünyanın ən sürətlə artan iqtisadiyyata malik ölkələrindən biridir. Hətta artımda müəyyən qədər azalmalar olsa belə, yenə Azərbaycan ən yüksək pillədədir. -Bəli, düzdür. Son beş il ərzində iqtisadiyyatımız 2,6 dəfə artdığından, yüksək artım sürətini saxlamaq indi əvvəlkindən daha çətindir. Keçən il bu göstərici 11 faiz təşkil etmişdir. Daha öncəki il isə 25 faiz olmuşdur. Bu səviyyəni uzun müddət saxlamaq mümkün deyil. Lakin iqtisadi artım əhəmiyyətli dərəcədədir. Getdikcə iqtisadiyyatın daha çox şaxələndirilməsi, neftin qiymətlərindən və enerji amilindən daha az asılı olmaq vacibdir. Bu, iqtisadi islahatlar, şaxələndirmə, özəl sahibkarlığın dəstəklənməsi sahələrində həyata keçirilən siyasət nəticəsində mümkün olmuşdur. Biz enerji amilindən asılılığı əhəmiyyətli dərəcədə azaltmağa müvəffəq olmuşuq. -Mən enerji və şaxələndirmə haqqında danışmaq istərdim. Gəlin əvvəlcə enerjidən başlayaq. Hər halda, bu, indi Avropada ən çox müzakirə olunan mövzulardandır. Biz Rusiya və Ukrayna arasında bu yaxınlardakı danışıqlardan xəbərdarıq. Brüssel, Avropa Komissiyası, bütün Avropa İttifaqı, o cümlədən Almaniya enerji təhlükəsizliyinin təmin olunmasında, xüsusilə də qaz təchizatında çox maraqlıdırlar. Azərbaycana gəldikdə, enerji təhlükəsizliyi məsələsində Sizin ölkənizin töhfəsi nədən ibarət ola bilər? -Biz on ildən artıqdır ki, çox mühüm enerji layihələrini həyata keçiririk və hazırda Xəzər neftini dünya bazarına çıxaran boru kəməri xətti beynəlxalq enerji təhlükəsizliyində getdikcə daha əhəmiyyətli rol oynamaqdadır. Bizim nəhəng enerji ehtiyatlarımız var. Qaz ehtiyatlarımız bizə ən azı yüz il kifayət edəcək. Artıq müasir nəqliyyat infrastrukturumuz var, təchizat marşrutlarımızı şaxələndirmişik. Şaxələndirmə təkcə istehlakçılar üçün yox, eyni zamanda, təchizatçılar üçün də əhəmiyyətlidir. Düzdür, indiki böhran zamanı istehlakçıların problemi diqqət mərkəzində olmuşdur, lakin təchizatçı ölkə kimi Azərbaycana da etibarlı və təhlükəsiz nəql marşrutları gərəkdir. Müxtəlif istiqamətlərdə boru kəmərləri inşa etməklə biz bu məqsədə nail oluruq. Bu gün söhbət Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin etmək üçün lazım olan əlavə həcmlərdən gedir. Bunun üçün Azərbaycanın imkanları vardır. Biz Türkiyə-Yunanıstan-İtaliya, Nabukko, Transadriatik boru kəmərləri kimi layihələrin müzakirələrində iştirak edirik. Ölkəmizdə bu vaxta kimi görülmüş işlər göstərir ki, Azərbaycan etibarlı tərəfdaşdır. Həyata keçirdiyimiz layihələrin heç biri böhran zamanı sual altına alınmadı. -Gəlin, Nabukko haqqında danışaq. Avropa bankları, Avropa İttifaqı Nabukkonu maliyyələşdirməkdə maraqlıdır. Bu layihə böyük maliyyə vəsaiti tələb edir və çox əhəmiyyətlidir. Əgər layihə maliyyələşdirilsə, Azərbaycan bu layihədə iştirakına sadiqdirmi? -Əlbəttə, biz yeni layihələrdə iştirak etməkdə maraqlıyıq, belə ki, mövcud kəmərlərin nəqletmə qabiliyyəti enerji ehtiyatlarımızın ixrac potensialına tam cavab vermir. Biz bu gün hasil etdiyimiz qazdan, ola bilsin ki, iki dəfə artıq hasil edək. Builki qaz hasilatı 20 milyard kubmetrdən artıq olacaqdır. İxracımız hələlik regional bazarla məhdudlaşır. Beləliklə, Nabukko və ya bu kimi layihələr şaxələndirmə və uzunmüddətli etibarlı təchizat mexanizmlərinə malik olmaq üçün imkan yaradır. Lakin əlbəttə ki, Nabukko ilə bağlı böyük əhəmiyyət daşıyan məsələlər, ilk növbədə, sizin də dediyiniz kimi, maliyyələşmə məsələsi aydınlaşdırılmalıdır. İkinci mühüm məsələ isə ondan ibarətdir ki, Avropa bu və ya digər dərəcədə vahid enerji siyasətinə malik olmalıdır. Nabukko bütün Avropa İttifaqını deyil, Mərkəzi Avropanın bir neçə ölkəsini birləşdirir. Digər mühüm məsələ bütövlükdə Avropa İttifaqının Nabukkonun həyata keçirilməsində nə dərəcədə önəmli rol oynamasından ibarətdir. Düzdür, ümidverici məqamlar var, lakin bu işdə hər hansı irəliləyişin olması vacibdir. Üçüncüsü, bizim üçün Azərbaycan qazının tranziti ilə bağlı məsələlərin aydınlaşdırılması vacibdir. Avropa İttifaqı bazarına birbaşa çıxış əldə etmək üçün tranzit ölkələrlə tranzit müqaviləmiz olmalıdır. Beləliklə, bütün bu mühüm məsələlər bir-biri ilə əlaqəlidir və biz bunların həyata keçirilmə sürətinə uyğun şəkildə hasilatın planlaşdırılmasını aparacağıq. Biz bazar olmadan qaz hasil edə bilmərik. Bazar və müqavilələr olmalıdır ki, sonra hasilat olsun. Azərbaycanda təsdiq olunmuş qaz ehtiyatları minimum 2 trilyon kubmetr təşkil edir. -Avropa ölkələri arasında dostlarınızdan danışarkən deyim ki, Azərbaycan İtaliya ilə güclü əlaqələr qurur. İtaliya Nazirlər Şurasının sədri Silvio Berluskoni ilə bu yaxınlarda görüşmüsünüz. Sizin yaxşı ticarət əlaqələriniz var. Bu barədə nə deyə bilərsiniz? -İxrac məhsullarımızın əksər hissəsi Avropa İttifaqına çıxarılır və bu baxımdan İtaliya da bizim mühüm ticarət tərəfdaşımızdır. Bizim İtaliya və eləcə də digər Avropa ölkələri ilə yaxşı münasibətlərimiz var. Biz Avropa İttifaqının üzvü olan, demək olar ki, bütün dövlətlərlə yaxşı siyasi və iqtisadi əlaqələr qurmuşuq. Bu əlaqələr bir-birimizi daha yaxşı tanımağa imkan verir, qarşılıqlı inama əsaslanır və biz ümumi maraqlara söykənən birgə layihələrdə iştirak edirik. İndi enerji təhlükəsizliyi məsələsi təkcə enerji ilə bağlı deyil, bu, həm də qlobal təhlükəsizlik məsələsidir. -Türkiyə ilə gözəl münasibətləriniz var. -Əlbəttə, Türkiyə bizim dostumuz, müttəfiqimizdir. Bizim Türkiyə ilə ümumi tarixi, mədəni əlaqələrimiz var. Bu gün Azərbaycanla Türkiyə arasında birgə səylərin mövcudluğu regionda sabitliyin təmin olunmasına xidmət edir. -Nabukko ilə bağlı Rusiya tərəfindən Sizə hansısa təzyiqlər olurmu? -Xeyr, bizə Rusiya tərəfdən heç bir təzyiq olmayıbdır. Enerji məsələsində Rusiya ilə aramızda heç bir ziddiyyət yoxdur. -Vaşinqtonun keçmiş administrasiyası ilə münasibətləriniz yaxşı olub. Bəs Obama administrasiyası ilə əlaqələrinizin perspektivlərini necə görürsünüz? -Biz yaxşı tərəfdaşlıq münasibətlərimizin bundan sonra da inkişaf etdiriləcəyinə ümidvarıq. Azərbaycan-ABŞ əlaqələrinin qurulmasından uzun zaman keçir. Tərəfdaşlığımızda enerji siyasəti mühüm rol oynayır. Əlaqələrimiz hər iki ölkənin milli maraqlarına uyğundur. Ümid edirik ki, bu müsbət meyil yeni administrasiya ilə də davam edəcəkdir. -İqtisadiyyatınızın modernləşdirilməsi siyasətinə nəzər yetirdikdə, şaxələndirmə mühüm yer tutur. Şaxələndirmədə informasiya-kommunikasiya texnologiyaları sektoru ən əhəmiyyətli sektor kimi görünür. Xahiş edirəm, bununla bağlı strategiyanızdan danışasınız. -Strategiyamızın əsas məqamları bunlardır: şaxələndirmə və modernləşdirmə, iqtisadiyyatın enerji sahəsindən asılılığının azaldılması və ölkəmizin dayanıqlı inkişafının təmin olunması. Bununla bağlı müasir texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları, təhsil, əhalinin məşğulluğu, yoxsulluğun azaldılması, səhiyyə və digər sahələr prioritet təşkil edir. Bütün bunlar həyatımızın sosial sektorunu əhatə edir. Biz bütün bu sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları sahəsində əhəmiyyətli inkişafa nail olmuşuq. Qeyd etdiyim kimi, indi informasiya-kommunikasiya texnologiyaları iqtisadiyyatımızın ən prioritet sahələrindəndir. Biz hazırda güclü iqtisadiyyatı, maliyyə imkanları, güclü intellektual potensialı olan ölkə qurmağı qarşımıza məqsəd qoymuşuq. Neftdən əldə etdiyimiz gəlirlər insan kapitalına sərmayə yatırmağa imkan verir. Hazırda informasiya-kommunikasiya texnologiyaları dünyada iqtisadiyyatın ən perspektivli sahələrindən biridir. Bu, təkcə iqtisadiyyat deyil, həm də bilikdir, təhsildir, ümumi inkişaf və müasirləşmədir. Biz dünyanın aparıcı informasiya-kommunikasiya texnologiyaları şirkətləri ilə çox yaxşı əlaqələr qurmuşuq və bunun davam etdiriləcəyinə ümid edirəm. Biz indi peyk buraxmaq, Azərbaycanda kosmos sənayesi yaratmaq ərəfəsindəyik. Çox böyük planlarımız var və ümid edirəm ki, məqsədlərimizə nail olacağıq. -Bizim proqramımıza tamaşa edən insanlar bilirlər ki, yeni İpək yolu haqqında çox danışmışıq. Bu, XXI əsrin mühüm layihələrindəndir. Azərbaycan strateji baxımdan Çinlə Avropa arasında yerləşir. Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə regional mərkəzə çevrilməsi üçün inkişaf planlarınız nədən ibarətdir? -Biz bu sahəyə böyük diqqət ayırırıq, hazırda isə informasiya-kommunikasiya texnologiyaları sahəsində şirkətlərin Azərbaycanı bu sahə üzrə regional mərkəz seçməsi üçün şərait yaradılmasını planlaşdırırıq. Regional mərkəz olmaq üçün yalnız arzunun olması kifayət deyil, burada birgə səylər lazımdır. Birinci, dövlətin bu işə fəal cəlb olunması, dövlət tərəfindən təşəbbüslər və dövlət informasiya-kommunikasiya texnologiyaları proqramı. İkinci, iqtisadiyyatın liberallaşdırılması, əlverişli sərmayə mühitinin yaradılması. Daha sonra, əlbəttə ki, əlverişli coğrafi mövqeyimizdən səmərəli istifadə edərək, regional mərkəzə çevrilmək. Necə ki, biz bunu nəqliyyat və enerji sahələrində etdik. Bu gün biz boru kəmərləri, avtomobil yolları, İpək yolu, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərini inşa edirik. Bunlar həm əlverişli coğrafi mövqeyimiz, həm də konkret proqramlarımız əsasında həyata keçirilir. İnformasiya-kommunikasiya texnologiyaları sektorunda nəzərdə tutduğumuz işlər Azərbaycanı inkişafın yeni mərhələsinə gətirib çıxaracaqdır. Bildiyiniz kimi, gələcək neft və qaza deyil, texnoloji inkişafa məxsusdur. Neft və qaz ehtiyatları tez və ya gec tükənəcək, bilik və texnologiya isə hər zaman inkişafda dominantlıq edəcəkdir. İndi dünyanın aparıcı ölkələri informasiya-kommunikasiya texnologiyaları sektoruna sərmayə yatıran, ən qabaqcıl texnoloji imkanlara malik olan ölkələrdir. -Bu baxımdan Siz kosmos sənayesi və regional innovasiyaları nəzərdə tutursunuz? -Texnoparklar və regional innovasiyalar dövlətin İKT proqramında nəzərdə tutulubdur. Biz dövlət tərəfindən ilkin sərmayə qoyuluşuna hazırıq. Əlbəttə ki, biz xarici və yerli sərmayələrin qoyuluşundan da məmnun olardıq. Lakin bu işlərə təkan vermək, başlamaq üçün biz bütün hazırlıq işlərini həyata keçirməli, infrastruktur yaratmalı, investisiyanı təmin etməliyik. Enerji layihələri üçün cəlbedici olmağı bacardığımız kimi, informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı üçün də cəlbedici olmalıyıq. /ANS PRESS/
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio