ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır
Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
"Nabucco"ya görə Qərbin dəstəyini qazanan Azərbaycan Moskvanın və Tehranın təzyiqlərilə üzləşə bilər" ABŞ-ın "Heritage" Fondunda "ABŞ-ın Cənubi Qafqaz siyasəti: enerji və geosiyasət" mövzusunda konfrans keçirilib. Vaşinqtonda regionla bağlı araşdırma aparan bir çox təşkilatın iştirakıyla keçirilən tədbiri giriş sözüylə Con Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutunun rəhbəri Frederik Star açıb. O, Cənubi Qafqaz regionunda iki problemin dominantlıq etdiyini bildirib - təhlükəsizlik və ərazi bütövlüyü məsələsi. Frederik Starın fikrincə, digər regional qüvvələrdən fərqli olaraq, son 15 ildə ABŞ-da hakimiyyətdə olan demokratlar və respublikaçılar Qafqazın incəliklərini dərindən anlayıblar, keçid mərhələsində olan Azərbaycanla Gürcüstanın milli təhlükəsizliyinə təhdid təşkil edən problemlərə diqqətlə yanaşıblar. Rəsmi Vaşinqtonun fəaliyyətinin bariz nümunəsi isə adı çəkilən ölkələrlə birlikdə reallaşdırılan Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum layihələri olub. Frederik Star deyib ki, regionun iri dövlətləri olan Rusiya, Türkiyə və İranın bölgəyə təsirlərini proqnozlaşdırmaq mümkün olmadığından Cənubi Qafqazda gərginliyin qalması labüddür, enerji istehsalında mühüm rol oynayan Azərbaycan, Türkmənistan və Qazaxıstanda isə stabil hökumətlər iş başında olacaq. Frederik Star Azadlığı Müdafiə Aktına 907-ci düzəlişi də tənqid edərək, Əfqanıstana gedən strateji yolun üzərində yerləşən Azərbaycana qarşı bu siyasəti yanlış adlandırıb. Milli Müdafiə İnstitutunun zabiti Con Çiski isə qeyd edib ki, Azərbaycan Gürcüstana maliyyə və iqtisadi cəhətdən yardım göstərərək ciddi riskə girir, buna görə də ABŞ Azərbaycanı ən az Gürcüstan qədər, bəzi hallarda isə daha çox dəstəkləməlidir. Polkovnik Çiski hesab edir ki, Ağ Evin yeni administrasiyası minimum 907-ci düzəlişin "dondurulması" siyasətini davam etdirməlidir. O, düzəlişin aktuallığını itirdiyini vurğulayaraq ABŞ-ın milli maraqlarına cavab vermədiyi üçün ləğvini məsləhət görüb. "Heritage" Fondunun aparıcı mütəxəssisi Ariel Koen bildirib ki, ötən ilin avqustunda Gürcüstanla Rusiya arasındakı müharibə nəticəsində rəsmi Moskva NATO və Qərbə yaxınlaşmaqda olan dövlətlərə ciddi siqnal yollasa da, alternativ enerji dəhlizlərinin işini dayandıra bilməyib. Onun qənaətinə görə, avqustda Rusiya və Gürcüstan, keçən ilin son günlərində isə Rusiya ilə Ukrayna arasında yaranmış qaz münaqişəsi "Nabucco" kimi alternativ qaz layihələrinin əhəmiyyətini artırsa da, Avropa Birliyində mövcud olan bürokratiya və lidersizlik faktorları adı çəkilən layihənin reallaşmasını çətinləşdirir. Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz siyasi şərhçi Aydın Quliyev Azərbaycanın Cənubi Qafqazda ən önəmli ölkə olduğunu bildirdi. Onun sözlərinə görə, ABŞ yaxın illərdə ölkəmizə Gürcüstandan çox önəm verəcək. Buna səbəb isə Azərbaycanın enerji resursları və ölkənin Qafqaz regionunda analoqu olmayan inkişafı ilə bağlıdır. Qafqazın ABŞ-ın xarici siyasət strategiyasında olduqca əhəmiyyətli, vacib bir region sayıldığını deyən Aydın Quliyev bu regionun münaqişələrə həssas olmasını da ciddi məqam kimi vurğuladı. SSRİ dağılandan sonrakı bir-iki il ərzində Qafqaz Qərblə ciddi təmasda olmadığı bir vaxtda bu region NATO-nun xüsusi maraq zonasına daxil edilib. O vaxtdan da ABŞ-ın Qafqazla bağlı xüsusi bir strategiyası qurulub. Qafqaz və hazırda onun əsas ölkəsi sayılan Azərbaycan ABŞ-ın nəzərində dünyanın altı ən mühüm strateji nöqtələrindən biri sayılır: "Ümumiyyətlə, ABŞ prezidentlərinin hər biri ölkənin xarici siyasət kursuna yenilik gətirməkdə maraqlı olublar. Barak Obamanın Qafqazla və Azərbaycanla bağlı siyasətində ciddi, kardinal və prinsipial dəyişiklik olmasa da, bu istiqamətdə sərgilənəcək siyasətdə müəyyən yeniliklər olacaq. Prinsipial dəyişiklik olmayacaq. Çünki artıq Vaşintqtonun Qafqaz siyasətinin prinsipləri, taktikası və strategiyası bəllidir. Burada xüsusi bir yenilik etməyə də ehtiyac yoxdur. Sadəcə, regionla bağlı siyasətin həyata keçirilməsində bu siyasətin surəti dəyişilə bilər ki, buna da yeni prezidentin dövründə şahid olacağıq". Siyasi şərhçi deyir ki, Barak Obamanın dövründə ABŞ-ın Qafqaz bağlı siyasətindəki tempin artacağı əsasən iki səbəblə bağlıdır. Qafqaz və Azərbaycan ABŞ-ın xarici siyasətində önəmini daha da artırıb. Xüsusilə də Gürcüstan-Rusiya müharibəsindən və Ukrayna ilə Rusiya arasında yaranmış qaz gərginliyindən sonra bu regionun əhəmiyyəti xeyli yüksəlib. Yəni Avropanın alternativ enerji ilə təmin olunmasında Qafqaza və Azərbaycana verilən önəm o qədər artıb ki, artıq Qərbdə sadə vətəndaşlar rəsmi Bakının enerji layihələrində böyük rol oynadığın başa düşürlər: "Hesab edirəm ki, Avropanın enerji təchizatının yaxşılaşdırılmasında Vaşinqtonun regionda fəallaşması elə Avropa ölkələrinə də lazımdır. İkinci bir tərəfdən, enerji məsələsində region dövlətləri artıq Qərbə doğru seçimə meyllənməyə başlayıblar. "Nabucco" layihəsinin sürətlə reallaşdırılmasına çalışan Qərbin siyasi dəstəyini qazanan rəsmi Bakı Moskvanın və Tehranın təzyiqlərilə üzləşə bilər. Yəni bu ölkələrin siyasi təpkiləri aktivləşəcək. Bunu neytrallaşdırmaq üçün ABŞ regionda siyasətini sürətləndirməli və Azərbaycana diqqətini artırmalıdır. Bu iki nüans qarşıdakı 4 ildə Obamanın Qafqaz siyasətinin müəyyənləşməsində ciddi rol oynayacaq".
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio