ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır
Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
"Ermənistanın səsvermə hüququndan məhrum edilməməsində erməni lobii təşkilatlarının böyük rolu olub" Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Ermənistanı səsvermə hüququndan məhrum etməyib. AŞ PA-nın qış sessiyası çərçivəsində iki gün öncə keçirilən toplantıda Ermənistanla bağlı qətnamə səsverməyə çıxarılıb. AŞ PA üzvlərindən 141 deputat qətnamənin lehinə, 3 deputat əleyhinə səs verib, 5 deputat isə bitərəf qalıb. İlkin qətnamə layihəsində Ermənistanın səsvermə hüququndan məhrum edilməsi nəzərdə tutulsa da, AŞ PA Monitorinq Komitəsi qətnaməyə dəyişiklik edib. Dəyişikliyə əsasən, Ermənistan AŞ PA-da səsvermə hüququndan məhrum edilmir, lakin ölkədə demokratikləşmə prosesində ciddi irəliləyişlər olmasa, qurum aprel sessiyasında bu məsələyə yenidən qayıtmaq hüququnu özündə saxlayır. Tural Qətnamədə Ermənistanda prezident seçkilərindən sonra etiraz aksiyalarında iştirak edən şəxslərin azadlıqdan məhrum edilməsindən narahatlıq ifadə olunur. AŞ PA həmin şəxslərin siyasi motivlərlə həbs olunduğunu bəyan edib. Qurum Ermənistan prezidentinin AŞ insan hüquqları komissarının təklifini nəzərə alaraq 1-2 mart hadisələrini təhqiq etmək üçün ekspertlər qrupu yaradılmasına sərəncam verməsini müsbət qiymətləndirib. Sənəddə qeyd olunur ki, bu qrupun fəaliyyətinin ictimaiyyətdən gizli saxlanması görülən işlərə xalqın inamını azaldır. AŞ PA bütün siyasi qüvvələri ekspertlər qrupunun işini siyasiləşdirməkdən çəkinməyə, hakimiyyəti isə bütün dövlət orqanlarının təhqiqat qrupu ilə əməkdaşlıq etməsi üçün şərait yaratmağa çağırıb. Qurum həmçinin 1-2 mart hadisələri zamanı həbs olunan şəxslərin dərhal azadlığa buraxılması ilə bağlı AŞ PA-nın çağırışlarına məhəl qoyulmamasından təəssüfləndiyini də bildirib. Sənəddə göstərilir ki, həmin hadisələr zamanı həbs olunan şəxslərlə bağlı aparılan istintaq əsasən polislərin ifadələrinə əsaslanıb. Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı dedi ki, digər beynəlxalq təşkilatlar kimi AŞ PA da həmişə Ermənistana yumşaq münasibət göstərir. Onun sözlərinə görə, sözügedən qurum Ermənistanda demokratiya və insan haqları ilə bağlı durumu necə dəyərləndirdisə, İrəvanın Azərbaycan torpaqlarını işğal etməsinə də o cür qiymət verir: "Ümumiyyətlə, biz dəfələrlə belə halların şahidi olmuşuq ki, Ermənistanda baş verən neqativ hadisələrə, bu ölkənin işğalçılıq siyasətinə Avropa Şurası və digər nüfuzlu təşkilatlar ikili standartlarla yanaşırlar. Yəni demokratiya və insan hüquqlarıyla bağlı eyni hərəkətə görə Azərbaycana qarşı çox kəskin mövqe tutulur, amma Ermənistana həmişə güzəştə gedirlər". QAT sədri deyir ki, AŞ PA-nın bu qətnaməsində də ya xristian təəssübkeşliyi, ya da böyük dövlətlərin təsiri öz rolunu oynayıb. Çünki Qarabağ münaqişəsinin gedişində də baş verən proseslər onu göstərirdi ki, böyük dövlətlər və beynəlxalq təşkilatlar Ermənistanın tərəfindədirlər və bu ölkənin mövqeyini müdafiə edirlər. Akif Nağıya görə, beynəlxalq təşkilatların əksəriyyəti həmişə çalışıblar ki, Azərbaycan Ermənistanın tələbləri qarşısında güzəştə getsin. Bundan əlavə AŞ PA-nın İrəvanda baş verən mart hadisələrinin müqabilində bədnam qonşumuza mülayim münasibət göstərilməsi, erməniləri Qarabağ məsələsinin onların xeyrinə həll olunmasında da arxayın salır: "Hesab edirəm ki, AŞ PA-nın qərarı təkcə bu qurumun deyil, həm də beynəlxalq təşkilatların, ümumilikdə, İrəvanla rəsmi Bakı arasında olan münasibətlərə yanaşmasını göstərdi. Ona görə də bu təşkilatlardan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədələtli mövqe gözləməyə dəyməz". Akif Nağı onu da vurğuladı ki, indiki halda AŞ PA-nın Ermənistanla bağlı anormal qərarlar verməsinin müxtəlif səbəbləri var və bu səbəblərdən biri də böyük ölkələrin ermənilərin maraqlarını öndə tutmasıdır. ABŞ AŞ PA-nın üzvü deyil. Amma erməni lobbisinin güclü olduğu bu ölkənin Avropa Şurasına təsir rıçaqları var. Avropa dövlətlərinin böyük əksəriyyəti də birmənalı şəkildə işğalçı ölkəni və bu ölkədəki siyasi hakimiyyəti müdafiə edirlər: "Ermənistanın səsvermə hüququnun əlindən alınmaması AŞ PA-nın ermənipərəst mövqe sərgiləməsinin sübutudur. Sabah Azərbaycan işğal olunmuş ərazilərində antiterror əməliyyatları aparsa, AŞ PA bu mövqeyə oxşar bir münasibət göstərəcək və Ermənistanın müdafiəsinə qalxacaq".
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio