Türkiyədə SEPAH və Hizbullah izi | ABŞ-dan yeni sanksiyalar 9 Türkiyə vətəndaşına
ABŞ İranla əlaqələrinə görə Hizbullaha qarşı yeni sanksiyalar tətbiq edəcək — Reuters
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
İraq parlamenti sədrinin Qalibafa mənalı cavabı: Körfəz “Ərəb körfəzi”dir
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
Brent nefti avqust ayının ən yüksək qiymətinə çatdı
"USS George Washington" təyyarədaşıyan gəmisi Ərəb dənizinə çatdı
Trampın bəyanatından sonra İranda dollar yenidən bahalaşdı
Yəməndə öldürülən üç xarici döyüşçüdən ikisi SEPAH üzvüdür — Al Arabiya
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
İranlı qadın müğənniyə həbs cəzası verildi
Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişafını sürətləndiirmək niyyətindədir
47 iranlı İsrailə köçdü
İranın ən nüfuzlu universiteti oyuncaq siçana görə tələbəni universitetdən qovub
Təbriz Kəşfiyyat İdarəsinin əməkdaşları azərbaycanlı türk fəalın evində axtarış aparıb
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Britaniya İrana qarşı yeddi yeni sanksiya tətbiq etdi
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran növbəti müharibə zamanı daha dağıdıcı silahlardan istifadə edəcəyi barədə xəbərdarlıq edib
Pakistan iki dənizçisinin ölümü ilə nəticələnən husilərin gəmi hücumunu pisləyib
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Tramp: Hörmüz boğazı gələcəkdə əvvəlki qədər əhəmiyyətli olmayacaq
Axios: ABŞ Hörmüz boğazında gizli neft daşınması üçün dəhliz yaradıb
Neft ixrac edə bilmirik- Hemməti
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
İranda daha bir etirazçı edama məhkum edildi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
Yaxın Şərqdə müharibə Əbu-Dabidə iki böyük konsertin ləğvinə səbəb oldu
Əməkdaşlıqdan qarşıdurmaya; İsrail və Türkiyə niyə qarşı-qarşıya gəlib? | Təhlil
Fransa iranlı diplomatını ölkədən çıxardı
Moskva və London arasında gərginlik artdı
Suriyada keçmiş işgəncəçi zabit həbs edildi
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
Tramp: İranla danışıqlar mümkündür
Hörmüz boğazında Çinlə əlaqəli üç tanker geri dönüb — Bloomberg
ABŞ 17 iranlını kiber oğurluqda günahlandırdı
İrana baölı qüvvələr İraqın baş naziri təhdid edib
Azərbaycan-Özbəkistan ikitərəfli gündəliyi müzakirə edilib
İranda Trampın başına qoyulan mükafata bu qədər pul yığıldı
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
NATO istənilən İran təhdidinə qarşı tədbir görməyə hazırdır
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
"Nabukko" layihəsinə dair sammitdə yanvarın 27-də Azərbaycan prezidenti İlham Əliyev çıxış edib. "AzərTAC" "Nabukko" layihəsinə dair sammitdə İlham Əliyevin çıxışının tam mətnini təqdim edib. "-Hörmətli xanımlar və cənablar, öncə mən bizi qəbul edən Macarıstan tərəfinə və baş nazir Dyurçana bu cür möhtəşəm tədbiri təşkil etdiyinə görə minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, bu gün keçirdiyimiz müzakirələr layihənin bütün iştirakçıları, istər təchizatçı, tranzit ölkələr, istərsə də istehlakçılar arasında daha çox anlaşmanı təmin edəcək və irəliyə doğru daha sürətlə addımlamağa imkan yaradacaqdır. Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyində öz rolunu oynayır. Son illər ərzində başladığımız və uğurla həyata keçirdiyimiz layihələr regionda artıq yeni vəziyyət yaradıbdır. Dünyada ilk dəfə olaraq, Xəzərin enerji resursları alternativ yolla Qərb bazarlarına çıxarılır. Tərəfdaşlarımızla birgə çəkdiyimiz neft və qaz boru kəmərləri Azərbaycana təchizat marşrutlarını şaxələndirməyə, iqtisadi və sosial tələbatlarımızı ödəməyə, iqtisadi və siyasi islahatları daha sürətlə aparmağa imkan yaradır. Bir sözlə, Azərbaycanın enerji siyasəti ölkəmiz, xalqımız, qonşularımız və bütöv region üçün artıq böyük fayda verir. Bu gün Xəzərdə alternativ mənbələr üçün yeni nəqletmə layihələri haqqında söhbət açdığımız zaman hamımız etiraf edirik ki, bu nailiyyətin bünövrəsi 1990-cı illərin ortalarında qoyulmuşdur. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri tikilmişdir. Bu addım qapıları açır və imkanlara aparan yolun təzahürüdür. Vaxt keçdikcə və həmin layihələri yekunlaşdırdıqca, biz lazım olan bütün işləri yerinə yetirdik. Azərbaycanın çəkdiyi boru kəmərləri xəritəsinə nəzər yetirsə, görərsiniz ki, neft və qaz kəmərləri hər bir istiqamətdə gedir. Bu gün malik olduğumuz yeddi neft və qaz boru kəməri bizə hasil etdiyimiz qədər enerji daşıyıcılarını müxtəlif istiqamətlərdə nəql etməyə imkan yaradır. Bunlar bizə imkan verir ki, yalnız bir marşrutdan, tranzit yolundan asılı olmayaq. Biz xüsusən hasilatçılar ilə tranzit ölkələr arasında mübahisədən əziyyət çəkən istehlakçıların narahatlığını aydın şəkildə anlayırıq. Etibarlı tərəfdaş və dost ölkə kimi, o cümlədən müstəqillik dövründən verdiyi vədləri yerinə yetirən tərəf kimi Azərbaycan öz bəyan etdiyi addımları atıbdır. Gələcəkdə isə biz şaxələndirmə işində daha fəal rol oynamağı planlaşdırırıq. Şaxələndirmə hamımız, o cümlədən hasilatçılar üçün vacibdir. Əgər biz yalnız bir yoldan asılı olacağıqsa, onda problemlərlə üzləşə bilərik və ədalətli qiymətə nail olmayacağıq. Lakin variantların müxtəlif olduğu təqdirdə özümüzü daha rahat hiss edə bilərik. Azərbaycanın nəhəng qaz ehtiyatlarını nəzərə alsaq, - minimum hesablamalara görə, onun həcmi 2 trilyon kubmetr səviyyəsindədir, - bu sərvətimiz gələn onilliklər, yüz il ərzində bizim üçün kifayət edəcəkdir. Əlbəttə ki, biz bazarlara və tranzit ölkələrlə münasibətlərimizə uyğun olaraq hasilat sürətimizi, sərmayə proqramlarımızı planlaşdırmalıyıq. Nə qədər çox ölkə Azərbaycandan qaz alarsa, bu, Azərbaycanın özü üçün bir o qədər yaxşıdır və həmin ölkələr üçün faydalıdır. Bu, hər tərəfdən faydalı variantdır. Başladığımız və uğurla həyata keçirdiyimiz layihələr hazırda göstərir ki, bütün iştirakçıların maraqları üst-üstə düşəndə, vahid heyət kimi işləyəndə və səylərini əlaqələndirəndə, o cümlədən hər bir tərəf ümumi işə töhfə verəndə biz uğur əldə edirik. "Nabukko"ya gəldikdə, Azərbaycan hər zaman bu layihəni dəstəkləyibdir. Bu gün bir daha bəyan etmək istəyirik ki, biz öz dəstəyimizi davam etdirəcəyik. Bu məqsədlə hazırlanmış bəyannamə bunu aydın şəkildə əks etdirir. Əlavə olaraq demək istəyirəm ki, bir neçə ay bundan öncə Bakıda enerji sammiti zamanı biz Xəzər dənizi regionunda müxtəlif layihələri, o cümlədən "Nabukko"nu müzakirə etdik və onu dəstəkləməklə öz siyasi iradəmizi qəbul olunmuş bəyannamədə ifadə etdik. Hesab edirəm ki, bütün iştirakçıların – təchizatçıların, tranzit ölkələrin və istehlakçıların maraqlarını bir araya gətirmək vaxtı artıq yetişibdir. Təbii ki, bu halda biz bir neçə məqsədə nail olmalıyıq. öncə, etibarlı təchizat təmin edilməlidir, çünki evlərində qazın olmamasında kimin günahkar olduğu istehlakçılar üçün vacib deyildir. Onlar, sadəcə, qaza ehtiyac duyurlar, qazın qiymətini ödəyiblər və ondan istifadə etmək hüququna malikdirlər. İkincisi, etibarlı təchizat marşrutudur. ümumi şəkildə qavranılmalıdır ki, tranzit ölkələr ərazisindən daha çox həcmdə enerji daşıyıcıları keçəndə bir o qədər çox fayda götürürlər. Eyni zamanda, qiymət də ədalətli olmalıdır, çünki neftdən fərqli olaraq, qazın qiyməti azad bazar tərəfindən tənzimlənmir. Bəzən biz qaz hasil edən ölkələrin bu və ya digər istehlakçıya fərqli yanaşmasının şahidi oluruq. Azərbaycana gəldikdə, biz hər zaman istehlakçılarımızın tələbatlarına cavab verməyin tərəfdarı olmuşuq və yaxşı tərəfdaşlıq ruhu bizə uğur qazanmağa imkanlar yaradıbdır. Hesab edirəm ki, bütün bu amilləri və Avropada təchizat mənbələrinin şaxələndirmə ilə bağlı narahatlıqları nəzərə alaraq, regionumuzda nəhəng enerji ehtiyatlarından istifadədə uğurlar əldə edə bilərik. Bir məsələni də əlavə etmək istəyirəm. "Nabukko" barədə müzakirələr başlayanda, Azərbaycan təchizatçılardan biri kimi nəzərdə tutulmurdu. O vaxt təchizat mənbəyi kimi başqa yer baxılırdı. Səmimi desək, bu, həmin vaxt düzgün qərar idi, çünki Azərbaycan həmin dövrdə hətta öz tələbatlarımızı ödəmək üçün kifayət qədər həcmdə qaz hasil etmirdi. Lakin bu gün vəziyyət fərqlidir. Azərbaycan artıq həm tranzit ölkə, həm potensial ilkin təchizat mənbəyi hesab edilir. Bu cür nəhəng ehtiyatların və artıq müasir infrastrukturun, nəql qurğularının olması, eləcə də ilbəil artan qaz hasilatının həcmi ilə təbii ki, biz qarşılıqlı maraq doğuran məsələlər üzərində ciddi şəkildə işləyə bilərik. Əminəm ki, bütün maraqları bir araya gətirərək, uğur əldə edəcəyik. Mən eyni zamanda dostum, baş nazir Dyurçanın söylədiyi fikirlə bağlı demək istəyirəm ki, o, haqlı olaraq bildirdi: “Azərbaycan kimi ölkələr sırf xammal mənbəyi hesab edilməsini istəmirlər”. Bu, keçmişdə də belə olub. Həmin vaxt biz Sovet İttifaqında yaşayırdıq və enerji mənbələri ilə zəngin respublikalar təchizat bazası sayılırdı. Azərbaycanda böyük miqdarda neft və qaz hasil olunurdu. Lakin ölkəmiz müstəqilliyini əldə etdikdən sonra, biz onun faydasını görmədik. Bizə qalan yalnız dağıdılmış infrastruktur, tükənmiş neft və qaz yataqları və böhran içərisində olan iqtisadiyyat oldu. Bu, xalqımızın 1991-ci ildə üzləşdiyi miras idi. Biz çox səylər göstərdik və xarici tərəfdaşlarımızla əməkdaşlıq qurduq. Beləliklə, bugünkü hasilat həcmimiz ölkəmizə heç nədən asılı olmamaq imkanı yaradır. "Nabukko"dakı iştirakımıza gəldikdə, əlbəttə ki, əməkdaşlığımızın əlavə aspektlərini görmək istərdik. Biz maliyyə dəstəyinə ehtiyac duymuruq və özümüzü təmin edən ölkəyik. Bizə sıx inteqrasiya, Avropa İttifaqı ilə daha çox proqramlar, birgə səylər nəticəsində həll olunan məsələlər və səmərəli tərəfdaşlıq lazımdır. Bütün bunlar üçün yaxşı əsaslar var. Əminəm ki, enerji layihələri bu tərəfdaşlığı gücləndirəcəkdir. Bizim enerji siyasətimiz və fəlsəfəmiz ondan ibarətdir ki, enerji məsələləri xalqları ayırmalı deyil, birləşdirməlidir. Enerji məsələləri siyasi təzyiq və böhtan aləti kimi istifadə edilməli deyildir. Bizim siyasətimiz, təcrübəmiz və Azərbaycan tərəfindən atılmış praktik addımlar, - əminəm ki, istehlakçılarımız və tranzit ölkələr bunu etiraf edə bilər, - göstərir ki, tərəfdaşlığa və dərhal maliyyə nəticələrinə yönəlmiş siyasət bir çox uğurlar gətirəcəkdir. Mən bu cür vacib tədbiri təşkil etdiyinə görə qəbul edən tərəfə bir daha öz minnətdarlığımı bildirmək istəyirəm. Bir daha demək istəyirəm, Azərbaycan şaxələndirmə siyasətinə, Avropa İttifaqı və Avratlantik strukturları ilə güclü tərəfdaşlığına sadiqdir. Biz bu layihəni irəli doğru aparmaqda əlimizdən gələni edəcəyik. çox sağ olun".
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
47 iranlı İsrailə köçdü
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
ABŞ-da iranlı siyasi fəala sui-qəsd edilib
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
"Traktor" İsfahan komandasını məğlub etdi
Həmədanda tibb işçiləri etiraz aksiyası keçirib
BƏƏ İranla ticarət və maliyyə əməliyyatlarını dayandırdı
Çin tankerləri Hörmüz və Bab-Əl-Məndəb boğazlarından yan keçir
Tehran Prokurorluğu jurnalistin fəaliyyətinə qadağa qoydu
Təxminən 500 nəfər məhkəmə yolu ilə “Əlihan” adlı doğum haqqında şəhadətnamə alıb, lakin bu ad hələ də qadağandır
Abbas Lisani son otuz ildə zorakılıqsız mübarizə və vətəndaş itaətsizliyinin öncüllərindən biridir
İran rəsmisi milli birliyi media üçün “qırmızı xətt” adlandırıb
İran Hörmüz boğazına nəzarət edir – Bəsic komandiri
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
ABŞ-la razılaşma üçün ən yaxşı vaxt indidir – İran Ekspertlər Məclisinin üzvü
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
Ermənistanda İranın “Majid” HHM sistemləri nümayiş etdirilib
Vens: İran ABŞ-a verdiyi öhdəliklərə əməl etməyib
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Urmiya gölünün sahəsi 2487 kvadrat kilometrə çatıb
Ərdəbildə üç məhbus edam edildi
Yəmənin mühüm limanının fəaliyyəti husilərin hücumları nəticəsində dayandı
Hizbullahın yüksək rütbəli komandiri öldürüldü
Hizbullah atəşkəsi pozdu: İsrail cavab verdi
SEPAH rəhbəri: İran müharibəsi qlobal İslam hakimiyyətinə doğru bir addım idi
Üç iranlı pilot Qətərdə əsir saxlanılır
İranda qaz tarazsızlığı böyük böhrana doğru gedir