SON XƏBƏRLƏR

OBAMA XARİCİ NEFTDƏN ASILILIĞI AZALTMAQ GÖSTƏRİŞİ VERDİ

2021.10.20, 07:36
OBAMA XARİCİ NEFTDƏN ASILILIĞI AZALTMAQ GÖSTƏRİŞİ VERDİ

Gunaz.tv
OBAMA XARİCİ NEFTDƏN ASILILIĞI AZALTMAQ GÖSTƏRİŞİ VERDİ ABŞ prezidenti bəyan edib ki, yeni enerji strategiyası onun siyasətinin əsasını təşkil edəcək ABŞ prezidenti Barak Obama bəyan edib ki, onun administrasiyasının siyasətinin əsas məqsədi ölkənin xarici neftdən asılılığını azaltmaq olacaq. Ölkə iqtisadiyyatının vəziyyəti ilə bağlı Ağ Evdə keçirdiyi mətbuat konfransında Obama deyib ki, onun administrasiyası qarşısında prioritetlər dərinləşməkdə olan iqtisadi böhranın həlli, enerji müstəqilliyi və iqlim dəyişikliyi ilə mübarizə məsələləridir. Prezident Obama bununla yanaşı iş yerləri, iqlim dəyişikliyi və enerji asılılığının azaldılması istiqamətində administrasiyanın təşəbbüslərini açıqlayıb. ABŞ-ın yeni prezidenti Amerika avtomobillərinin enerjidən daha qənaətlə istifadəsini nəzərdə tutan qaydalar tətbiq etməyə çağırıb. O, enerji asılılığının Amerika qarşısında ən böyük problemlərdən biri olduğunu bəyan edib. Obama deyib ki, xarici neftdən asılılıq siyasətinin dəyişdirilməsi və milyonlarla iş yerlərinin açılmasına xidmət edəcək yeni enerji iqtisadiyyatının yaradılması onun administrasiyasının siyasətinin əsasını təşkil edəcək. Prezident Obama iqtisadi xilas paketinə ictimai dəstək qazanmaq səylərini gücləndirib. Keçən həftə o, Konqresdə demokrat və respublikaçı liderlərlə iqtisadi durumu müzakirə edib. Sabah cənab Obamanın iqtisadi plana respublikaçı qanunvericilərin dəstəyini qazanmaq üçün Kapitolidə bir sıra görüşlər keçirəcəyi gözlənilir.ÿ Respublikaçılar 825 milyard dollarlıq iqtisadi yardım paketinə skeptik münasibət bildirirlər. Qeyd edək ki, ABŞ dünyada ən çox neft alan ölkədir. Bu baxımdan uzun illər boyu Birləşmiş Ştatlarla neft hasil edən Yaxın Şərq ölkələri arasında neft amili həmişə aparıcı olub. Eyni zamanda ABŞ hər il belə ölkələrdən neft almaq üçün yüz milyardlarla dollar ödəyib. Bu baxımdan Obama administrasiyasının xarici neftdən asılılığı azaltmağa yönələn enerji siyasəti diktatura rejimlərinin hökm sürdüyü neft ölkələri üçün məyusedici ola bilər. Siyasət şöbəsi

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar