SON XƏBƏRLƏR

SABİR RÜSTƏMXANLI FİTVANIN İRANDAN GƏLDİYİNİ DEYİR

2021.10.20, 07:36
SABİR RÜSTƏMXANLI FİTVANIN İRANDAN GƏLDİYİNİ DEYİR

Gunaz.tv
SABİR RÜSTƏMXANLI FİTVANIN İRANDAN GƏLDİYİNİ DEYİR “Buna görə də təhlükə hələ sovuşmayıb” Rusiya səfərini başa vuran DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı artıq Avropa turnesinə çıxıb. Deputat daha sonra Avstraliyaya gedəcək. Qəzetimizə açıqlaması zamanı S.Rüstəmxanlı DAK-ın Rusiya üzrə İdarə Heyətinin üzvləri və Moskva ziyalıları ilə görüşdüyünü bildirdi: “Moskvada yaşayan 40-dan artıq ziyalı, elm adamları ilə bir araya gəldik. DAK-ın fəaliyyəti, Azərbaycanda gedən proseslər və digər məsələlər geniş müzakirə olundu”. Qeyd edək ki, barəsində ölüm fitvası verilməsi ilə bağlı həbslər həyata keçirilsə də, millət vəkili təhlükənin sovuşmadığı qənaətindədir. Onun fikrincə, bu sifarişi verənin İran tərəfinin olmasını unutmaq olmaz: “Başqasının əli ilə nə isə edə bilərlər. Azərbaycan şəraitində bu, həmişə mümkün olan şeydir. Ona görə də bizim partiya hüquq-mühafizə orqanlarına mənim təhlükəsizliyimin təmini məsələsi ilə bağlı müraciət etmişdi. Məncə, bu məsələ gündəlikdə durur və onu nəzərə almaq lazımdır. Mən ərizə verməmişdim və hesab edirəm ki, onlar təkcə məni təhqir etmələrinin yox, sifarişin hardan gəlməsi, İranın Azərbaycan dövlətçiliyini təhdid edən kanalını müdafiə etmələrinin cavabını verməlidirlər”. DİN-in mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlovun “Sabir Rüstəmxanlı müraciət etsəydi, mühafizə ayrılardı” deməsinə gəldikdə, millət vəkili vətənə qayıdandan sonra mühafizə məsələsinə də diqqət yetirəcəyini vurğuladı: “Hər halda, DİN-lə müəyyən əlaqələr, söhbət olmuşdu. Mən birbaşa mühafizə üçün müraciət etməmişəm. Amma qayıdandan sonra şübhəsiz ki, bu məsələlər aydınlaşdırılacaq”. ELŞAD

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar