Türkiyədə SEPAH və Hizbullah izi | ABŞ-dan yeni sanksiyalar 9 Türkiyə vətəndaşına
ABŞ İranla əlaqələrinə görə Hizbullaha qarşı yeni sanksiyalar tətbiq edəcək — Reuters
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
İraq parlamenti sədrinin Qalibafa mənalı cavabı: Körfəz “Ərəb körfəzi”dir
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
Brent nefti avqust ayının ən yüksək qiymətinə çatdı
"USS George Washington" təyyarədaşıyan gəmisi Ərəb dənizinə çatdı
Trampın bəyanatından sonra İranda dollar yenidən bahalaşdı
Yəməndə öldürülən üç xarici döyüşçüdən ikisi SEPAH üzvüdür — Al Arabiya
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
İranlı qadın müğənniyə həbs cəzası verildi
Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişafını sürətləndiirmək niyyətindədir
47 iranlı İsrailə köçdü
İranın ən nüfuzlu universiteti oyuncaq siçana görə tələbəni universitetdən qovub
Təbriz Kəşfiyyat İdarəsinin əməkdaşları azərbaycanlı türk fəalın evində axtarış aparıb
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Britaniya İrana qarşı yeddi yeni sanksiya tətbiq etdi
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran növbəti müharibə zamanı daha dağıdıcı silahlardan istifadə edəcəyi barədə xəbərdarlıq edib
Pakistan iki dənizçisinin ölümü ilə nəticələnən husilərin gəmi hücumunu pisləyib
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Tramp: Hörmüz boğazı gələcəkdə əvvəlki qədər əhəmiyyətli olmayacaq
Axios: ABŞ Hörmüz boğazında gizli neft daşınması üçün dəhliz yaradıb
Neft ixrac edə bilmirik- Hemməti
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
İranda daha bir etirazçı edama məhkum edildi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
Yaxın Şərqdə müharibə Əbu-Dabidə iki böyük konsertin ləğvinə səbəb oldu
Əməkdaşlıqdan qarşıdurmaya; İsrail və Türkiyə niyə qarşı-qarşıya gəlib? | Təhlil
Fransa iranlı diplomatını ölkədən çıxardı
Moskva və London arasında gərginlik artdı
Suriyada keçmiş işgəncəçi zabit həbs edildi
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
Tramp: İranla danışıqlar mümkündür
Hörmüz boğazında Çinlə əlaqəli üç tanker geri dönüb — Bloomberg
ABŞ 17 iranlını kiber oğurluqda günahlandırdı
İrana baölı qüvvələr İraqın baş naziri təhdid edib
Azərbaycan-Özbəkistan ikitərəfli gündəliyi müzakirə edilib
İranda Trampın başına qoyulan mükafata bu qədər pul yığıldı
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
NATO istənilən İran təhdidinə qarşı tədbir görməyə hazırdır
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
"Ergenekon" adı verilən əməliyyat rəsmən 12 iyun 2007-ci ildə başladı. Polis İstanbulun Ümraniyyə səmtindəki bir gecəqonduda əməliyyat keçirdi və 27 əl bombası tapdı. Bombalar bir il əvvəl "Cümhuriyet" qəzetinə atılan bombalarla eyni seriyadandı. İstintaq müstəntiq Zəkəriya Özə həvalə edildi. Gecəqondu sakinləri ifadələrində bombaların istefada olan hərbçi Oqtay Yıldırıma aid olduğunu, digər istefada olan zabit Müzəffər Təkininsə bombaları yoxlamaq üçün evə gəldiyini söylədilər. Birinci dalğada Yıldırım və Təkinlə yanaşı, daha 6 nəfər həbs olundu. Onların evlərindəki axtarışlarda "Ergenekon" və "Lobi" adlı sənədlər tapıldı. Əməliyyat genişləndirildi və Ankaraya sıçradı: daha bir neçə nəfər tutuldu. İkinci dalğa bir ay sonra gəldi: bu olaylara qədər adını Ərdoğan və həyat yoldaşı haqqında yazdığı "Musanın cocukları" kitabıyla tanıdan yazar Ərgün Poyraz və "Susurluq" olayında da adı keçən "Yeşil" kod adlı Mahmud Yıldırımın adamı kimi tanınan Mete Yazazangil həbs edildi. Üçüncü dalğa. Sonra bir neçə ay ortaya sükut çökdü. Hələ əməliyyat "Ergenekon" adıyla məşhurlaşmamışdı. 6 ay keçdi və 2008-ci ilin 21 yanvarında Türkiyə yeni həbs xəbərləriylə çalxalanmağa başladı. Adı "Susurluq" olayında keçən, amma bu olayı araşdıran komissiyada ifadə belə verməyəcək qədər "toxunulmaz" olan general Vəli Kiçik də daxil, 31 nəfər həbs edildi. Türkiyə tarixində ilk dəfə bir general həbs edilirdi və bu, ölkədə şoka səbəb oldu. Vəli Kiçiklə yanaşı, istefada olan polkovnik, Kuvayi-Milliyə dərnəyinin rəhbəri Fikri Karadağ, istefada olan hərbçilər Zəkəriyyə Öztürk, Məhəmməd Yüce, AKP iqtidarına qarşı sərt çıxışlarıyla tanınan vəkil Kamal Kərinçsiz, jurnalist Gülər Kömürçü, "Susurluq"da adları keçən Sami Hoştan, "drej Ali" ləqəbli Əli Yasak, Türk Ortadoks kilsəsinin mətbuat sözçüsü Sevgi Erenerol, 2001-ci ildə Tuncay Güneylə birlikdə həbs olunub sonra azadlığa çıxan jurnalist Ümid Oğuztan və daha bir neçə nəfər də artıq həbsdəydi. Evlərdən və iş yerlərindən yenə "Ergenekon", "lobi" adlı sənədlər tapıldı, mediaya "Ergenekon" yapılanmasıyla bağlı məlumatlar, cədvəllər, "kroki"lər çıxmağa başladı.... Dördüncü dalğa özünü çox gözlətmədi: cəmi bir ay sonra - fevralın 21-də İstanbul Universitetinin əməkdaşı Ümit Sayın, Sakarya Universitetinin müəllimi Emin Gürsəs, istefada olan zabit Orxan Tunc, Turqut Özal ailəsinin zərgəri kimi tanınan Xeyrəddin ərtəkin, jurnalist Vədat Yenerər, Noel baba Barış dərnəyinin rəhbəri Muammər Qarabulud həbs edildi. Onların "Ergenekon"un universitetlərdə fəaliyyət göstərən, təşkilata nəzəri dəstək və yeni üzv qazandırmaq istiqamətində fəaliyyət göstərdikləri iddia edildi. Beşinci dalğa da çox səs-küy doğurdu: İşçi Partiyasının sədri, son illərdə kommunistlikdən milliyyətçiliyə qəfil "transfer" etmiş Doğu Pərincək, İstanbul Universitetinin keçmiş rektoru Kamal Aləmdaroğlu və "Cümhuriyet" qəzetinin yazarı İlhan Səlçuk da daxil olmaqla 13 nəfər tutuldu. Altıncı və yeddinci dalğa dalbadal gəldi: Ankara Ticarət Odası başqanı Sinan Aygün, istefada olan generallar Şenər Əruyğur, Xurşid Tolon və "Cümhuriyet" qəzetinin Ankara təmsilçisi Mustafa Balbay həbs olundu. Yeddinci dalğa isə bütün Türkiyəni əhatə etdi. Adanada 26, Konyada 13, İstanbulda 5, Kocaelində 6, Elazığ və Mersində 2 nəfər tutuldu. "Ergenekon" bu dalğada maqazin dünyasına da sıçradı və sənətçi Nurseli İdiz, bir çox sənətçilərin menecerliyini həyata keçirən Seyhan Soylu həbs edildi. İstanbul Ülkü Ocaklarının keçmiş başqanı Ləvənt Təmiz də bu dalğada həbs olunanlar sırasındaydı. Səkkizinci dalğa tamamən hərbçiləri əhatə etdi. 5 bölgədə həyata keçirilən əməliyyatlarda orduda xidmət edən 15 zabit həbs olundu. Doqquzuncu dalğa da səs-küylü oldu: "ulusalçı"ların dəstəyilə "Kanaltürk"ü yaradıb AKP iqtidarına sərt müxaliflik edən, daha sonrasa kanalı Fətullah Gülən tərəfdarlarına sataraq siyasətə atılmağa çalışan populist jurnalist Tuncay Özkan, keçmiş Əsənyurd bələdiyyə başqanı Gürbüz Çapan və İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə şöbəsinin sabiq müdiri Adil Sərdar Saçan həbs olundular. Onuncu dalğa Türkiyəni növbəti dəfə şoka saldı. Milli Təhlükəsizlik Şurasının (Milli Güvənlik Kurulu-MGK) keçmiş baş katibləri, istefada olan generallar Tuncər Kılıc, Kamal Yavuz, istefada olan general Ərdal Şenər, Ali Təhsil Şurasının (Yüksek Ögretim Kurulu-YÖK) keçmiş sədri Kamal Gürüz, yazar Yalçın Küçük, Özəl Hərəkat Dairəsinin (Xüsusi təyinatlılar) sabiq başçısı İbrahim Şahin, istefada olan zabitlər Mustafa Ləvənt Göktaş, Hüseyn Vural, Mustafa Dönməz daxil olmaqla 20-dən çox insan həbs olundu. "Yedditəpə" Universitetinin rektoru, İstanbulun sabiq bələdiyyə başqanı Bədrəddin Dalansa axtarışdadı. İbrahim Şahinin evindən çıxan sənədlər əsasında bir sıra yerlərdə araşdırmalar aparıldı və silahlar tapıldı. Daha sonrasa yenə həmin sənədlər əsasında "Ergenekon"un hələlik sonuncu, on birinci dalğası gerçəkləşdirildi. Bu dalğada 6-sı hərbçi, 12-si polis və 19-u mülki vətəndaş olmaqla 37 nəfər həbs edildi. Həbs edilənlər sırasında Türk Metal-İş Sendikasının rəhbəri Mustafa Özbək də var... Görünən budu ki, hələ proses başa çatmayıb. Son günlərdə 1996-cı ildə baş verən "Susurluq"olayıyla bağlı hesabatın "Ergenekon" işinə əlavə olunması da göstərir ki, hələ bu xəmir çox su aparacaq. Hazırda "Ergenekon" əməliyyatlarının 15-ci dalğaya qədər davam edəcəyi haqqında söz-söhbətlər dolaşır. O səbəbdən hələ prosesə yekun vurmağa tələsməyək, amma indiyəqədərki statistikanı ümumiləşdirməyə çalışaq: RƏQƏMLƏRDƏ "ERGENEKON"... İddihamnamədə rəsmən 12 iyun 2007-ci ildə başladığı bildirilən "Ergenekon" əməliyyatıyla bağlı indiyə qədər - 174 nəfər həbsə alınıb... - 3 nəfər - İstanbulun keçmiş bələdiyyə başqanı Bədrəddin Dalan, Ərdoğanın sabiq ailə həkimi, sabiq millət vəkili Turhan Çöməz və "Ergenekon"un əsas şahidi sayılan Tuncay Güney axtarışdadır... - Həbs olunanlardan 98 nəfərinin barəsində həbs-qətimkan tədbiri seçilib... - Həbs olunanlardan 35-i hərbçi, 17-si polis, 15-i jurnalistdir... - "Ergenekon"un 11 dalğasında 7 general həbsə alınıb, onlardan 3-ü həbsdədir, 4-ü azadlığa buraxılıb... - "Ergenekon" əməliyyatının 6-cı dalğasına - yəni 1 iyul 2008-ci ilə qədər həbs olunan 86 nəfərin məhkəməsi ötən il oktyabrın 20-də başlayıb və hələ davam edir... - Altı dalğada həbs olunanlar haqqında hazırlanan cinayət işi 2455 səhifədən ibarətdi; cinayət işində "örgütün liderləri" kimi göstərilən şəxslər haqqında toplam 2 dəfə ağırlaşdırılmış ömürlük cəza və 500 il həbs cəzası tələb olunur.. - 1 iyul 2008-ci il və ondan sonra həyata keçirilən sonrakı dörd əməliyyatda həbs olunan 33 nəfərin işi hələ istintaqdadır, onların haqqında əlavə cinayət işi hazırlanır. - "Ergenekon" əməliyyatının 10 və 11-ci dalğasında həbs olunan 57 nəfərin barəsində daha bir əlavə cinayət işinin hazırlanacağı deyilir... Hələlik, bu qədər bilgiylə kifayətlənib, "Ergenekon" kimin gözündə nədir" sualına cavab axtarmağa çalışaq. (davamı sabahkı sayımızda) Könül ŞAMİLQIZI
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
47 iranlı İsrailə köçdü
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
ABŞ-da iranlı siyasi fəala sui-qəsd edilib
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
"Traktor" İsfahan komandasını məğlub etdi
Həmədanda tibb işçiləri etiraz aksiyası keçirib
BƏƏ İranla ticarət və maliyyə əməliyyatlarını dayandırdı
Çin tankerləri Hörmüz və Bab-Əl-Məndəb boğazlarından yan keçir
Tehran Prokurorluğu jurnalistin fəaliyyətinə qadağa qoydu
Təxminən 500 nəfər məhkəmə yolu ilə “Əlihan” adlı doğum haqqında şəhadətnamə alıb, lakin bu ad hələ də qadağandır
Abbas Lisani son otuz ildə zorakılıqsız mübarizə və vətəndaş itaətsizliyinin öncüllərindən biridir
İran rəsmisi milli birliyi media üçün “qırmızı xətt” adlandırıb
İran Hörmüz boğazına nəzarət edir – Bəsic komandiri
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
ABŞ-la razılaşma üçün ən yaxşı vaxt indidir – İran Ekspertlər Məclisinin üzvü
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
Ermənistanda İranın “Majid” HHM sistemləri nümayiş etdirilib
Vens: İran ABŞ-a verdiyi öhdəliklərə əməl etməyib
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Urmiya gölünün sahəsi 2487 kvadrat kilometrə çatıb
Ərdəbildə üç məhbus edam edildi
Yəmənin mühüm limanının fəaliyyəti husilərin hücumları nəticəsində dayandı
Hizbullahın yüksək rütbəli komandiri öldürüldü
Hizbullah atəşkəsi pozdu: İsrail cavab verdi
SEPAH rəhbəri: İran müharibəsi qlobal İslam hakimiyyətinə doğru bir addım idi
Üç iranlı pilot Qətərdə əsir saxlanılır
İranda qaz tarazsızlığı böyük böhrana doğru gedir