ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır
Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Qabil Hüseynli: "Alt Komitənin fəaliyyətini bərpa etməsi sülyaratma prosesinə əlavə stimul verə bilər" Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Luis Mariya de Puç qurumun Dağlıq Qarabağ üzrə Alt Komitəsinin yaxın vaxtlarda fəaliyyətini bərpa edəcəyini bildirib. AŞ PA prezidenti qurumun münaqişənin həlli istiqamətində müəyyən addımlar ata biləcəyini söyləyib, tərəflərin razılığa gəlməsinin vacibliyini vurğulayıb. AŞ PA-nın münaqişələr üzrə Alt Komitəsinin mandatına AŞ-a üzv ölkələrin ərazisində "dondurulmuş münaqişələr"in, o cümlədən Dağlıq Qarabağ probleminin həlli məsələsinin də daxil olduğunu diqqətə çatdıran Luis Mariya de Puç tərəflər arasında etimad mühitinin formalaşmasına çalışdıqlarını qeyd edib. Xatırladaq ki, Alt Komitənin sədri, britaniyalı deputat Lord Rassel Conston 2008-ci ilin yayında vəfat edib. Hazırda keçirilən sessiya çərçivəsində bu vəzifəyə yeni şəxsin təyin olunacağı gözlənilir. Ramiz Mikayıloğlu Bu arada AŞ PA-nın baş katibi Terri Devis keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin üçtərəfli münaqişə olduğunu dilə gətirib. Ancaq münaqişənin tənzimlənməsi prosesində ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəklədiklərini söyləyən Terri Devis üçüncü tərəfin kimliyinə aydınlıq gətirməyib. Bəs Alt Komitənin fəaliyyətinin bərpa olunması münaqişənin tənzimlənməsi prosesinə necə təsir göstərə bilər? Terri Devisin son bəyanatını necə başa düşmək olar? Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz politoloq Qabil Hüseynli deyir ki, AŞ PA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitəsi fəaliyyət göstərdiyi müddətdə hesabat hazırlamaqla məşğul olub. Bu hesabat da təkcə sülhyaratma proseslərini deyil, ümumiyyətlə, münaqişənin törənməsi və anatomiyası ilə bağlı məsələləri də əhatə edə bilib. O səbəbdən də müəyyən məsələlərə işıq salmaq baxımından əhəmiyyətli olub. Qabil Hüseynli hesab edir ki, Alt Komitənin fəaliyyətini bərpa etməsi sülhyaratma prosesinə əlavə stimul verə bilər. Çünki bu qurum araşdırma xarakterli mövqe tutur və hər iki tərəf də bu mövqeni dinləyir. Sonradan dinləmə əsasında müqayisəli təhlil apararaq, Alt Komitə ümumi bir hesabat hazırlayır və sənədi AŞ PA-nın müzakirəsinə təqdim edir. Belə olan təqdirdə məsələ ilə bağlı daha obyektiv rəyin ortaya çıxması üçün şərait yaranır: "Mən Alt Komitənin bu yöndə fəaliyyətini müsbət hal sayıram. Yoxsa ATƏT-in Minsk qrupunun, qrupun həmsədrlərinin yanaşması fərqlidir. Minsk qrupu təcavüzkarı müəyyənləşdirmir, kimin torpaqları istila olunub, münaqişənin anatomiyasının araşdırılmasına qətiyyən fikir vermək istəmir. ATƏT-in Minsk qrupu baş verən hadisələrə siyasi qiymət vermək istəmir, bunun tarixçilərin işi olduğunu bəyanlayır. Bir ölkə başqa ölkənin torpaqlarına təcavüz edib. Amma sülhyaratma prosesində hər iki ölkəni, təcavüzkarla təcavüzə məruz qalanı eyni səviyyədə tuturlar. Ona görə də heç cür kompromisə gəlmək mümkün olmur. Mən demirəm ki, AŞ PA-nın Alt Komitəsinin fəaliyyətinin bərpası sülh danışıqlarında inqilabi çevriliş yaradacaq. Amma hər halda bu, nisbətən məsələnin daha yeni zəminə çıxarılması, daha geniş müzakirə predmeti olması baxımından diqqətə layiqdir". AŞ PA-nın baş katibi Terri Devisin söylədiklərinə gəlincə, politoloq bildirdi ki, bu, əvvəllər də dilə gətirilmiş fikirdir: "Onlar Dağlıq Qarabağdakı qondarma qiyamçı rejimi də tərəf kimi tanıtmağa cəhd edir və danışıqlar masası arxasında əyləşdirmək istəyirlər. Bu, çox təhlükəli yanaşma tərzidir". Qabil Hüseynli sonda onu da dedi ki, Alt Komitənin fəaliyyətinin bərpasına hazırlığı, AŞ PA rəsmilərinin son açıqlamalarını qurumun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində aktivləşməsi kimi qiymətləndirmək olar: "Hər ilin başlanğıcında prosesləri intensivləşdirmək, sülh danışıqlarına impuls vermək üçün müxtəlif strukturları prosesə daxil edirlər. Çalışırlar ki, tərəflərin mövqelərini yaxınlaşdırmaq mümkün olsun. Amma yanaşma prosesindəki qüsurlar, yəni Ermənistanın təcavüzü faktının, Dağlıq Qarabağda genosid hərəkətlərinə yol vermələrinin, rusların bu təcavüz olaylarında iştirakının nəzərə alınmaması bütövlükdə problemin aydınlaşdırılmasına imkan vermir. Bu da nəticə etibarilə Azərbaycanı birtərəfli təzyiqlərə və güzəştlərə məcbur etmək siyasətinə gətirib çıxarır".
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio