ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır
Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Prezident İlham Əliyev ölkəmizin bu layihə ilə beynəlxalq əməkdaşlığa və təbii qaz nəqlinə hazır olduğunu bəyanlayıb ""Nabucco" layihəsi Azərbaycana özünün iqtisadi maraqlarını təmin etməyə imkan yaradacaq" Dünən Macarıstanın paytaxtı Budapeştdə "Nabucco" sammiti öz işinə başlayıb. Azərbaycan prezidenti İlham Əliyevin də qatıldığı bu sammitdə məqsəd Xəzər qazını Türkiyə vasitəsilə Avropaya daşımalı olan "Nabucco" qaz kəməri layihəsinə dəstəyi artırmaqdır. Rusiyadan yan keçən bu kəmər Avropa Birliyinin Rusiyadan qaz asılılığını azaltmalıdır. Sammitdən əvvəl Rusiya kütləvi informasiya vasitələrinin də xüsusi həssaslıqla yanaşdığı bir xəbər yayılıb. Tədbirdən əvvəl Bolqarıstanın baş naziri Sergey Stanişev Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Görüşdə hər iki ölkənin müvaviq şirkətlərinin Bolqarıstana il ərzində 1 milyard kubmetr qazın satılmasıyla bağlı danışıqlara başlamaları barədə razılıq əldə olunub. Ramiz Mikayıloğlu Qaz nəqlinin 2010-cu ildən başlanması nəzərdə tutulur. Bolqarıstan hökumətinin yaydığı məlumata görə, Sofiya rəsmən rus qazından imtina edir və Azərbaycan qazına üstünlük verir. Sergey Stanişev İlham Əliyevlə görüşünün mətbuata açıq hissəsində deyib ki, Budapeştdə keçirilən "Nabucco" sammiti konkret addımların atılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bolqarıstanın baş naziri vurğulayıib ki, az əvvəl yaranmış qaz böhranı "Nabucco" layihəsinə siyasi təkan verib. Azərbaycan prezidenti öz növbəsində qeyd edib ki, "Nabucco" sammiti əməkdaşlığı genişləndirmək imkanı yaradır. Xatırladaq ki, İlham Əliyev Macarıstanın kütləvi informasiya vasitələrinə müsahibəsində Azərbaycanın "Nabucco"ya qoşulub-qoşulmamaq qərarının onun qazına verilən qiymətdən asılı olduğunu söyləyib. Sammitdən əvvəl Rusiyanın sərgilədiyi münasibət, verilən şərhlər və proqnozlar da diqqət çəkib. Məsələn, Rusiya baş nazirinin müavini, eyni zamanda "Qazprom"un sədri olan Viktor Zubov Rusiya qazı olmasa, "Nabucco"nun böyük iddialara və düşünülməmiş addımlara bariz bir abidə ola biləcəyini dilə gətirib. Şimal qonşumuzun sammitdən öncə sərgilədiyi belə davranış həm də hələ ki, Azərbaycan, Türkmənistan və Qazaxıstanın konkret, birmənalı mövqe bildirməmələrindən qaynaqlanıb. İran da "Nabucco"ya qaz vermək istəyir, amma ABŞ və Avropanın yaxın gələcəkdə bununla razılaşacağı sual altındadır. İraq da "Nabucco"ya qaz vermək istəyir, amma orada lazımi infrasturuktur və təminatlar yoxdur. Yerdə qalır Misir, amma bir ölkədən ötrü bu cür kəməri tikməyin mənası yoxdur. Üstəlik, siyasi problemlər də yox deyil. Avstriya, Bolqarıstan, Macarıstan, Rumıniya ilə birgə konsorsiumun yaradıcalırdan olan Türkiyə bir sıra tələblər irəli sürür. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan "Nabucco"ya verdikləri dəstəyin ölkəsinin Avropa Birliyinə üzvlüyü məsələsindən asılı olacağına işarə edib. Turkiyənin tələblərindən biri də odur ki, "Nabucco"dan keçəcək qazın 15 fazini öz ehtiyaclarına sərf etmək istəyir. Ancaq tədbirdən öncə heç də hər kəs "Nabucco"dan bədgüman deyildi. Məsələn, tədbiri izləyən "Azadlıq" radiosunun əməkdaşı Bryus Pannier bildirib ki, iştirakçı ölkələrin nümayəndələri ilə təxmini söhbətlərdən demək olar ki, bu dəfə məsələ tam ciddidir. Avropa bu qış da Rusiya-Ukrayna mübahisəsi üzündən qazsız qalandan sonra artıq yetərincə qərarlıdır. Bryus Pannierə görə, sammitdə konsorsiumun yaradıcıları - Avstriya, Macarıstan, Türkiyə, Rumıniya, Bolqarıstan və hətta Almaniyanın da enerji nazirlərinin iştirakı, "Nabucco"nun potensial ixracatçıları qismində Misir, İraq, Azərbaycan, Qazaxıstan, hətta Türkmənistanın da yüksək səviyyədə təmsil olunması, habelə layihəni dəstəkləyənlərin - ABŞ, Avropa Birliyi, Avropa Yenidənqurma və İnkişaf Bankı nümayəndələrinin də aktivliyi bunu deməyə əsas verir. Bryus Panner inanır ki, bu sammitin əsas məqsədi "Nabucco" kəmərinin tikilməsi üçün vacib olan razılaşmanı imzalayıb, maliyyələşməsini təmin eləmək üçün əngəlləri aradan qaldırmaqdır. Sammitə qatılanların arasında Avropa Yenidənqurma və İnkişaf Bankı və başqa avropa maliyyə institutlarının nümayəndələri də var: "Bu üzdən mən gözləyirəm ki, yekunda verilən açıqlamalardan biri o olacaq ki, kəməri tikmək üçün lazım olan maliyyəni ayırmağa hazırıq və işə başlaya bilərik." Bryus Pannier onu da qeyd etmişdi ki, artıq Budapeştdə olan Türkiyənin enerji naziri Hilmi Gülərin başçılıq elədiyi nümayəndə heyətinin üzvləri də qeyri-rəsmi söhbətlərdə "Nabucco"nu Avropa Birliyinə üzvlük məsələsində alət kimi görmədiklərini vurğulayıblar: "Üstəlik, "Nabucco"nun yaradıcıları olan Macarıstan, Bolqarıstan, Rumıniya, Avstriya kimi ölkələrin nümayəndələri, Avropa Birliyinin, Avropa Komissiyasının enerji komissarı maraqlı tərəfləri real layihəylə bağlı ortaq məxrəcə gətirmək üçün çox çalışırlar. Ona görə də sammitin yekununda gözləmək olar ki, Azərbaycan, Türkmənistan, Qazaxıstan kimi qərarsız ölkələr və Misir layihədə iştirakda maraqlı olmalarıyla bağlı konkret bəyannaməyə qoşulsunlar". Sammit iştirakçıların və siyasi müşahidəçilərin xüsusi diqqət və səbrsizliklə gözlədikləri prezident İlham Əliyevin çıxışı "Nabucco" ümidlərini artırıb. Prezident deyib ki, Xəzəri Avropa ilə birləşdirəcək "Nabucco" layihəsinə dəstək vermək siyasi cəhətdən Azərbaycanın marağındadır. Dövlət başçısı Azərbaycanın "Nabucco" qaz boru kəməri layihəsi ilə əməkdaşlığa və bu kəmərlə təbii qaz nəql etməyə hazır olduğunu bəyanlayıb. Prezident bildirib ki, Azərbaycan bu layihədə mavi yanacağın təchizatçısı və tranzit ölkə qismində iştirak etmək niyyətindədir. Dövlət başçısının sözlərinə görə, "Nabucco" layihəsi Azərbaycana özünün iqtisadi maraqlarını təmin etməyə imkan yaradacaq. Prezident İlham Əliyev Azərbaycanın enerji sahəsində siyasətinin həm ölkəmiz, həm də bütün region üçün son dərəcə vacib olduğunu vurğulayıb: "Bölgədə qlobal enerji layihələri reallaşdırılıb, yeni kəmərlər çəkilib. Bu kəmərlər Xəzərdə hasil olunan neft və qazın bəzi ölkələrə ötürülməsinə imkan yaradır. Bu, ilk növbədə, sadə istehlakçılar üçün çox vacibdir, çünki baş verən münaqişələrdə əziyyət çəkən ilk tərəf sözsüz ki, istehlakçılar olur". Prezident neft hasil edən ölkələr üçün enerji mənbələrinin müxtəlifliyinin vacib olduğunu söyləyib: "Bizim ölkədə zəngin qaz yataqları var. Azərbaycanda təqribən 2-3 trilyon kubmetr istismar olunmamış qaz ehtiyatı mövcuddur. Bu da uzun onilliklər ərzində bizim mavi yanacağa olan ehtiyacımızı təmin etmiş olacaq. Biz əlbəttə ki, müəyyən proqramlar üzərində işləməliyik və bütün bunlar bazardakı şərait nəzərə alınmaqla həyata keçirilməlidir. Bunun üçün tranzit və istehlakçı ölkələrlə əlaqələr yaratmaq lazımdır. Nə qədər çox qaz sata bilsək, bu bizim mənafeyimizə uyğundur. Amma bundan digər ölkələr də mənfəət qazana bilər. "Nabucco" layihəsinə gəldikdə, Azərbaycan hər zaman bu layihəni dəstəkləyib. Biz gələcəkdə də bu layihəni dəstəkləmək niyyətindəyik. Hələ Bakıda keçirilən toplantıda bu dəstəyimizi açıq ifadə etmişdik. Hesab edirəm ki, bir araya gəlməyimizi nəzərə alaraq, ümumi maraqlarımızı tapmaq vaxtı gəlib çatıb. Biz eyni zamanda bir neçə məqsədi reallaşdırmalıyıq. Biz həm etibarlı təchizatçı, həm də hasilatçı olmalıyıq. Çünki hər hansı ölkəyə qazın nə üçün gedib çatmaması sadə istehlakçıları maraqlandırmır". Prezident bildirib ki, "Nabucco" layihəsinin iştirakçıları bütün faktorları nəzərə almalıdır: ""Nabucco" layihəsi ideyası ortaya atılan zaman Azərbaycan qaz ixrac edən ölkələr sırasında deyildi. Amma bu gün artıq vəziyyət dəyişib və artıq Azərbaycanı yalnız tranzit ölkə kimi deyil, potensial qaz yataqları olan bir ölkə kimi də dəyərləndirmək düzgün olardı". Dövlət başçısı vurğulayıb ki, xarici tərəfdaşlarla işbirliyini daha da yaxşılaşdırmaq üçün bütün səylər ortaya qoyulmalıdır: ""Nabucco" ilə əlaqələrə gəldikdə, biz bu əməkdaşlıqda iştirak etmək istərdik. Biz əminik ki, Avropa Birliyi ilə enerji sahəsində birgə layihələr bizim tərəfdaşlıq əlaqələrimizi daha da möhkəmləndirəcək. Biz bu sahədə əməkdaşlıq etməliyik, çünki bu kimi layihələr ölkələrin yaxınlaşması üçün bir vasitədir. Enerji məsələlərindən siyasi alət və ya şantaj məqsədilə istifadə edilməməlidir. Bizim ölkənin təcrübəsi göstərir ki, tərəfdaşlığa yönəlmiş siyasət tez bir zamanda gəlir eldə etməkdən daha yaxşı nəticələr verir. Sonda bir daha təkrar edirəm ki, biz bu layihənin tərəfdarıyıq və bu sahədə Avropa Birliyi və transatlantik strukturlarla daha da sıx əməkdaşlıq etməyə hazırıq. İstəyirik ki, bu layihə irəli getsin".
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio