ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır
Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
ABŞ səfiri Ann Dersi bu gün jurnalistlərin suallarını cavablandırıb. APA-nın məlumatına görə, səfir ABŞ-dakı prezident dəyişikliyi, eləcə də Azərbaycanda baş verən son hadisələrlə bağlı mövqeyini açıqlayıb. - Birləşmiş Ştatların yeni prezidenti Barak Obama hansı siyasəti yürüdəcək və yeni administrasiyanın Azərbaycana yönəlik siyasətində prioritet istiqamətlər nədən ibarət olacaq? - Hələlik xarici siyasətimizin detalları barədə danışmaq çox tezdir. Amma hesab edirəm ki, artıq prezidentin atdığı ilk addımlar və verdiyi bəyanatlar əsasında xarici siyasətin əsas konturlarını müəyyənləşdirmək mümkündür. Barak Obama bildirib ki, ABŞ-ın xarici siyasəti üç əsas istiqamətdə - diplomatiya, inkişaf və müdafiə prinsipləri üzərində qurulacaq. O xüsusilə yoxsulluğa və xəstəliklərə qarşı mübarizənin əhəmiyyətini vurğulayıb. Əlbəttə ki, müdafiə məsələlərinə gəldikdə, yeni prezident Birləşmiş Ştatların düşmənlərinə bəyan edib ki, ölkəmiz öz müdafiəsini təmin edəcək. Prezident Barak Obama ABŞ-ın öz maraqlarını, ideallarını və dəyərlərini müdafiə edəcəyini açıq şəkildə bəyan edib. Yeni prezident həmçinin qlobal problemlərin həllinə marağını ifadə edən bir sıra spesifik addımlar da atıb. O, Yaxın Şərq, Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndə təyin edib və prezident seçildikdən sonra işgəncələrin qadağan edilməsi, Quantanamo həbsxanasının bağlanması və terrorizmə qarşı mübarizə barədə sərəncamlar imzalayıb. Hələlik yeni prezidentin Azərbaycan yönəlik hansı siyasəti yürüdəcəyinin detalları məlum deyil. Lakin şübhə ola bilməz ki, bu region bizim üçün maraq doğurur. Enerji təhlükəsizliyi həm ABŞ, həm də bütün dünya üçün son dərəcə vacibdir. Biz terrorçuluq və digər təhlükələrə qarşı mübarizə məqsədilə yaxşı tərəfdaşlar kimi əməkdaşlığı davam etdirəcəyik. Qeyd etmək istəyirəm ki, ABŞ prezident Barak Obama hələ senator olan zaman senator Riçard Luqarla birlikdə Azərbaycanda olub. Mən onun Sənqaçalda çəkilmiş fotolarını görmüşəm. Bütün yuxarıda deyilənləri nəzərə alsaq görərik ki, ABŞ-la Azərbaycan arasında tərəfdaşlığın möhkəmləndirilməsi üçün yaxşı baza mövcuddur. - Birləşmiş Ştatların Azərbaycan Konstitusiyasına ediləcək dəyişiklərlə bağlı martda keçiriləcək referenduma münasibəti necədir? - Konstitusiyaya dəyişikliklərin edilməsi ilə bağlı son qərarı Azərbaycan xalqı verəcək. Mən məsələnin mahiyyətini şərh etmək istəmirəm, lakin vurğulamaq istəyirəm ki, Azərbaycanın inkişafında maraqlı olan beynəlxalq tərəfdaşlar bu dəyişikliklərin necə qəbul olunmasında maraqlıdırlar. Bu məsələ ilə bağlı debatların keçirilməsi zəruridir. Konstitusiyaya dəyişikliklərin tərəfdarlarını və əleyhdarlarının öz nöqteyi-nəzərlərini izah etməsi çox vacibdir. Müstəqil kütləvi informasiya vasitələri də bu debatlarda iştirak edərək öz mövqeyini ortaya qoymalıdır. Fikrimizcə, ölkədə ciddi dəyişikliklər getdiyi bir vaxtda əhalinin tam şəkildə bu prosesə cəlb olunması vacibdir. Azərbaycanın inkişafını dəstəkləyən bir ölkə kimi ümid edirik ki, hökumət bu prosesin şəffaf və ədalətli keçirilməsini təmin edəcək. - Bu yaxınlarda ABŞ Gürcüstan və Ukrayna ilə xartiya imzalayıb. Birləşmiş Ştatların Azərbaycanla analoji sənəd imzalamaq niyyəti varmı? - Bu barədə məlumatım yoxdur, bizdə yeni administrasiya formalaşır, lakin biz artıq Azərbaycana münasibətdə siyasətimizi müəyyənləşdirmişik. Bildiyiniz kimi, biz bir çox məsələlərdə əməkdaşlıq edirik. Buraya iqtisadiyyat, enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq daxildir. Bütün bu əməkdaşlıq növləri tərəfdaşlığımızı möhkəmlətmək üçün əsasdır. Qeyd etdiyimi kimi, biz təkcə maraqları deyil, həm də dəyərləri bölüşən tərəfdaş ölkələrik. - Azərbaycanda xarici radiostansiyaların yayımının dayandırılması Bakı ilə Vaşinqton arasında münasibətlərə necə təsir göstərə bilər? - Bu situasiyanın həllini tapması üçün biz birlikdə çalışmalıyıq. Kütləvi informasiya vasitələri, mətbuat və söz azadlığı ətrafında vəziyyət hərdən münasibətlərimizdə ciddi problemlər yaradır. ABŞ siyasətinin əsas aspekti mətbuat və söz azadlığıdır. Buna görə də ümidvaram ki, bu problemin həlli üçün konstruktiv yol tapa biləcəyik. Düşünmürəm ki, bu məsələ ölkələrimiz arasında münasibətlərə mənfi təsir göstərəcək. Bildiyimiz qədər, Azərbaycan qanunvericiliyinə əsasən, ölkə ərazisində xarici radiostansiyalar dövlətlər arasında müvafiq saziş əsasında həyata keçirilir. Bizim nümayəndələrimiz radiostansiyaların Azərbaycan qanunvericiliyinə uyğun şəkildə fəaliyyətini davam etdirməsi üçün təkliflər irəli sürüblər və danışıqlar aparırlar. Tez bir zamanda qarşı tərəfin cavabını gözləyirik. - Rusiyanın Ermənistana 800 milyon dollar dəyərində silah ötürməsinə dar mətbuatda gedən məlumatlara münasibətiniz necədir? - Mən bu barədə mətbuatda yazılanlardan başqa hər hansı məlumata malik deyiləm. Birləşmiş Ştatların əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həllinə nail olmaqdır. ABŞ ATƏT-in Minsk Qrupunun üzvüdür və biz münaqişənin nizamlanması istiqamətində fəaliyyətimizi davam etdiririk. Və bu baxımdan sülh prosesini pozan və situasiyanı gərginləşdirən istənilən faktı neqativ dəyərləndiririk. Lakin yuxarıda qeyd etdiyim kimi, qeyd etdiyiniz məsələ ilə bağlı yalnız mətbuatın yazdıqları barədə məlumatım var. - Avropaya qaz nəqlinin dayandırılması insidentindən sonra Birləşmiş Ştatlar öz enerji siyasətinə daha çox diqqət ayırmağı düşünürmü? - Baş verən insident ABŞ-ın enerji resurslarının müxtəlifləşdirilməsi barədə uzun illərdən bəri irəli sürdüyü təkliflərin doğru olduğunu təsdiqlədi. Hesab edirəm ki, Azərbaycanın potensial tranzit ölkə kimi rolu çox böyükdür və bu rol son insidentdən sonra daha da artıb. Yuxarıda qeyd etdiyim kimi enerji təhlükəsizliyi məsələsi bizim administrasiyanın əsas prioritetlərindən biri olacaq və biz Azərbaycanla enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı davam etdirəcəyik. LENT.AZ
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio