ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır
Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
ABŞ-ın yeni prezidenti Barak Obamanın ilk iş günündə verdiyi qərarlar maraqla izlənilməkdədir. Ağ Evin yeni sahibinin atdığı addımların verdiyi vədlərinə nə qədər uyğun gəldiyi beynəlxalq ekspertlərin əsas müzakirə mövzularındandır. Xüsusilə də Obamanın keçmişdə lobbiçilik fəaliyyətləri ilə məşğul olan Ağ Ev əməkdaşlarına qarşı qaydaları sərtləşdirməsi, onların administrasiyanın fəaliyyətinə təsir etmək imkanlarının məhdudlaşdırması böyük maraq doğurub. Hesab olunur ki, bu qərar ABŞ və onun rəhbərliyi ilə münasibətlərini lobbiçilərə pul verməklə nizamlayan bir sıra ölkələr üçün heç də yaxşı xəbər deyil. Obama toplantıda bildirib ki, şəffaflıq və hüququn üstünlüyü onun prezident kimi fəaliyyətinin məhəg daşı olacaq. Yeni prezident administrasiyasının üzvlərinin hər birinin fəaliyyətinin şəffaf olacağını da bildirib. ABŞ rəhbərinin ilk günlərinin dəyərləndirilməsi və xüsusilə lobbiçiliklə məşğul olanlar haqda verilən qərarın Azərbaycana nə dərəcədə aidiyyatının olub-olmadığını araşdırmaqdan ötrü ekspertlərə müraciət etdik. Müsavat başqanının müavini Qabil Hüseynli bu qərarı təqdir etdi: “Amerikada həm Senat, həm Konqres səviyyəsində, eləcə də müxtəlif hökumət və qeyri-hökumət qurumlarında fəaliyyət göstərən lobbiçilik zənnimcə, bütün hüquq normalarına ziddir. Çünki müxtəlif maraqlar ətrafında cəmlənmiş lobbiçilər açıq şəkildə rüşvət almaqla bu və ya digər dövlətin maraqları istiqamətində fəaliyyət göstərir. Məsələn, Dağlıq Qarabağ problemində ABŞ-ın bizi o qədər də məmnun etməyən mövqeyinin formalaşmasında Senat, Konqres və müxtəlif hökumət strukturlarındakı erməni və yunan lobbiçilərinin rolu az deyil. Eyni sözləri qondarma “erməni soyqırımı” haqqında da söyləmək olar”. Müsavat funksioneri qeyd etdi ki, artıq səlahiyyətlərindən məhrum edilmiş lobbiçilərin təhriki ilə Amerikadakı müxtəlif erməni təşkilatları Obamaya teleqramlar göndərməyə başlayıb: “Belə bir fakt onu göstərir ki, qondarma “erməni soyqırımı” məsələsi məhz lobbiçilərin fəaliyyəti nəticəsində yenidən Konqresin gündəliyinə çıxarıla bilər. Bu isə o deməkdir ki, lobbiçilərin siyasi iradəsi bir çox hallarda beynəlxalq hüquq normalarını və mövcud qanunvericiliyi üstələyir ki, bu da Amerikanın beynəlxalq imicinə ciddi zərər vurur”. Q.Hüseyni Obamanın verdiyi qərarın Azərbaycana da təsirsiz ötüşməyəcəyi qənaətindədir: “Lobbilər Azərbaycan və bütün dünyada demokratiya və insan haqları ilə bağlı dəyərlərin yayılmasına ciddi surətdə əngəllər yaradırdı. Faktiki olaraq bu, qanunla icazə verilmiş korrupsiya idi. Son qərar isə bu sahədə ciddi qayda-qanun yaradacaq. Bu mənada verilən qərar demokratiya və insan haqlarının geniş yayılmasına şərait yarada bilər”. Sabiq dövlət müşaviri Vəfa Quluzadə bildirdi ki, Obama ilk addımlardan özünün olduqca ciddi şəxsiyyət olduğunu isbat edir: “Birincisi, o, dövlət məmurlarının maaşını azaltmaqla böhran vəziyyətində olan xalqa ürəyinin yandığını nümayiş etdirdi”. Lobbiçilərlə bağlı verilən qərarı da təqdir edən V.Quluzadə bildirdi ki, bu, çox önəmli məsələdir: “Amerika kimi bir dövətin administrasiyasına lobbilərin təsir etməsi çox mənfi hal idi. Obama bu məsələyə qadağanı qanun şəklinə salsa, Amerika üçün böyük bir nailiyyət olar və Azərbaycan da bundan faydalanar. Məncə, artıq Amerika İraq lobbisinin fəaliyyətində artıq dərsini aldı. O zaman İraq lobbisi Amerikaya tamamilə dezinformasiya ötürmüşdü. Dəqiq mənbələr olsaydı, vəziyyət bu həddə çatmazdı”. V.Quluzadə bildirdi ki, ABŞ-da Dağlıq Qarabağ məsələsindən bixəbərlər, 1915-ci ildə baş verənlər haqqında məlumatı olmayanlar ötən illərdə ABŞ-ın siyasətini müəyyən edib: “Məncə, burda daha çox erməni lobbisi ziyan çəkəcək. Amerikada yaşayan erməni lobbisi Dağlıq Qarabağ münaqişənin həllində maraqlı deyil. Ona görə də onlar cilovlansa, çox yaxşı olar”. Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu hesab edir ki, Obamanın fəaliyyətinə qiymət vermək hələ tezdir: “Quantanamo həbsxanasının bağlanması ilə bağlı qərara gəldikdə, əslində Obamanın seçki tezislərinin əsas mövzularından biri bu olub. Ona görə də bu, bir jest sayılmalıdır ki, mən dediklərimi edirəm. Zatən, onun bu həbsxananı bağlamamağa şansı da yox idi. Çünki əks təqdirdə suallar çıxacaqdı”. Lobbiçiliklə bağlı məsələlərə gəldikdə, Hacı İlqar dedi ki, Obama əslində elitanın dəyişməsinə start verir: “Yəni ABŞ-da elitanın yenidən qurulması və bir növ oyun qaydalarının yenidən müəyyənləşməsi prosesi gedir. Bu mənada Obama elita baxımından yeni bir vəziyyətin gündəmə gəlməsi istiqamətində addımlar atır. Sözsüz ki, bu məsələlərin Azərbaycana dolayısı ilə aidiyyəti olacaq. Dediyi tezisləri həyata keçirərsə, nəinki Azərbaycanda, həm də beynəlxalq aləmdə demokratiya və insan haqları baxımından müsbət təsirlərini görəcəyik. Amma məncə, hər hansı məsələlərin tez bir zamanda baş verəcəyini gözləmək düzgün olmazdı. Bu gün Obamanın Amerika daxilində və dünyanın İraq, Əfqanıstan, Yaxın Şərqlə bağlı görməli olduğu çox işlər var”.
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio