Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Vüqar Bayramov: "Qərb 2009-cu ildə "yumşaq böhran"a hazırlaşır, bu vəziyyət neftin qiymətinin artmasına imkan verməyəcək" Neftin qiymətinin qalxacağına bəslənən ümidlər özünü doğrultmayıb. Ötən gün dünya bazarında neftin qiyməti ucuzlaşıb. Nyu-York əmtəə birjasında Texas markalı qara qızılın bareli 40 dollar 84 sent, London birjasında Brend markalı neft isə 43 dollar 57 sentə təklif olunur. Yanvarın 21-də "Azərilayt" markalı Azərbaycan nefti isə 45 dollar 31 sentə satılıb. Bəs neftin qiymətinin ucuzlaşması nə zamana qədər davam edə bilər? Bu proses Azərbaycan büdcəsinə və iqtisadiyyatına necə təsir göstərəcək? Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz iqtisadçı ekspert Vüqar Bayramov deyir ki, 2009-cu ildə neftin qiymətinin yüksəlməyəcəyilə bağlı proqnozlar hələ ötən ildən verilməyə başlayıb. Ramiz Mikayıloğlu Bu da 2009-cu ildə qlobal maliyyə böhranının başa çatmasının güman edilməməsiylə bağlı olub. Qlobal maliyyə böhranı neftin qiymətinin aşağı düşməsinin əsas iqtisadi səbəbidir. ABŞ və digər aparıcı Qərb ölkələrində kifayət qədər ciddi böhran müşahidə edilir. Qərbin məşhur şirkətlərində də ixtisarlar aparılır. Yalnız ABŞ-ın "General Motors" və "Ford" şirkəti qlobal maliyyə böhranı başladıqdan sonra öz istehsal güclərini 30 faizə endiriblər. Bu da qlobal səviyyədə neftə tələbatın azalmasına gətirib çıxarıb. Hətta OPEK-in keçən il dekabrın 16-da gündəlik hasilatın 2,6 milyon barrel azaldılması barədə qərarı neftin qiymətinin nəinki yüksəlməsinə, hətta stabilləşməsinə belə imkan verməyib. İqtisadçı dedi ki, əgər 2008-ci ildə neftin qiymətinin aşağı düşməsi birbaşa siyasi amillərlə bağlı olubsa, artıq siyasi səbəblərlə yanaşı iqtisadi səbəblər var. Nəzərə alınmalıdır ki, qlobal maliyyə böhranı daha çox ABŞ-da özünü göstərir. ABŞ da gündəlik satılan neftin 40 faizini istehlak edir. Bu da hər yüz barelin 40 barrelini ABŞ-ın alması deməkdir. Ona görə də bu ölkədə neftə tələbatın aşağı düşməsi qiymətlərə təsir göstərir. Digər tərəfdən, baxmayaraq ki, qış aylarında inkişaf etməkdə olan ölkələrdə neftə tələbat artır, ABŞ-da tələbat azalır. Çünki ABŞ-ın istilik sistemində neftdən istifadə olunmur. Daha çox kömür və dijər enerji daşıyıcılarına üstünlük verilir. Bu da neftin qiymətinin stabilləşməsinə yol açmır. Vüqar Bayramov nəzərə çatdırdı ki, Rusiyanın Maliyyə Nazirliyi 2009-cu il üçün neftin bir barelinin qiymətinin 50 dollar olacağını proqnozlaşdırıb. Qazaxıstanın proqnozu 40 dollardır. Azərbaycan Maliyyə Nazirliyi daha nikbindir. Maliyyə Nazirliyinin təklifiylə 2009-cu il üçün Azərbaycanın dövlət büdcəsində 1 barel neftin qiyməti 70 dollar götürülüb. Bu da ondan xəbər verir ki, Azərbaycan Maliyyə Nazirliyi 2009-cu ildə neftin qiymətinin yüksələcəyilə bağlı 2008-ci ildə proqnoz verib. Çox təəssüf ki, bu gün neftin qiymətinin yüksələcəyilə bağlı nikbin olan yalnız Azərbaycan Maliyyə Nazirliyi və hökumətimizdir. Hətta ABŞ-ın aparıcı tədqiqat institutları belə neftin qiymətinin 2009-cu ildə ən yaxşı halda 50 dollar olacağıyla bağlı proqnoz veriblər. Yaxın Şərq ölkələrində neftin 1 barelinin qiyməti büdcədə 30 dollar nəzərdə tutulub. Bu da kifayət qədər pessimist proqnoz sayıla bilər. O baxımdan Azərbaycanda neftin qiymətiylə bağlı verilən proqnozlar real sayılmır. Həm də nəzərə alınmalıdır ki, İqtisadi İnkişaf Nazirliyinin hazırladığı inkişaf strategiyasında Azərbaycan iqtisadiyyatının inkişafı üç variant üzrə proqnozlaşdırılıb. Həmin variantlar birbaşa neftin dünya bazar qiymətiylə uyğunlaşdırılıb. Nikbin proqnozda İqtisadi İnkişaf Nazirliyinin ekspertləri hesab ediblər ki, neftin 1 barelinin qiyməti nikbin variantda 120 dollar, orta variantda 100 dollar, bədbin proqnozda 80 dollar olacaq. Amma bir neçə ay keçəndən sonra məlum olub ki, əslində İqtisadi İnkişaf Nazirliyinin bədbin proqnozu nəinki Azərbaycan, hətta dünya üçün kifayət qədər nikbin proqnoz sayıla bilər. Məhz bunun nəticəsidir ki, hazırda millət vəkilləri büdcədə neftin 1 barelinin qiymətinin 70 dollardan 50 dollara salınması məsələsini müzakirə edirlər. Neftin qiymətiylə bağlı həm iqtisadi inkişaf strategiyasında, həm də dövlət büdcəsində proqnozların reallığa uyğunlaşdırılması olduqca vacibdir. 2009-cu ildə qlobal maliyyə böhranının davamı proqnozlaşdırıldığı üçün neftin qiymətində artım gözləmək yersizdir. ABŞ-da 2009-cu ilin birinci yarısında real sektorda müşahidə olunan tənəzzülün də qarşısını almaq mümkün deyil. Prezident Barak Obamanın da ABŞ-da müşahidə olunan iqtisadi problemin yaxın aylarda, hətta yaxın illərdə tamamilə həll edilməyəcəyilə bağlı açıqlaması da ondan xəbər verir ki, Vaşinqton yaxın aylarda qlobal böhranın aradan qaldırılacağına inanmır. Faktiki son yüz ilin ən güclü böhranı sayılan qlobal maliyyə böhranının qarşısını qısa müddətdə almaq mümkün deyil. ABŞ "yumşaq böhran" modelindən yararlanmağa çalışır. Bu gün qlobal böhranın davam etməsinə baxmayaraq, yavaş-yavaş gündəmdən çıxmasının səbəblərindən də biri odur ki, Qərb "yumşaq böhran" mərhələsinə daxil olmağa hazırlaşır. Ötən ilin noyabr ayında Vaşinqtonda dünyanın 20 ölkəsi qlobal maliyyə böhranının aradan qaldırılmasıyla bağlı təcili müzakirələr aparıblar. Həmin görüşün nəticəsində bəyannamə imzalanması gerçəkləşməsə də, bütün hallarda bu, dünyanın qlobal maliyyə böhranından narahatçılığını göstərib. Ancaq bu gün həmin narahatçılıq duyulmur: "Bütün bunlar göstərir ki, 2009-cu ildə Qərbdə "yumşaq böhran" müşahidə olunacaq. "Yumşaq böhran" da neftə tələbatın artmasına imkan verməyəcək. Bu da o deməkdir ki, ABŞ "yumşaq böhran" dövründə qlobal böhranın nəticələrini minimuma endirməyə çalışacaq. ABŞ-da 2010-cu ilin əvvəllərində böhranın nəticələrini aradan qaldırmağın mümkün olacağını proqnozlaşdırırlar. 2010-cu ilin birinci rübündə ABŞ-da iqtisadi artım da proqnozlaşdırılır". Vüqar Bayramov bildirdi ki, bütün hallarda 2009-cu ildə Qərb ölkələri "yumşaq böhran" dövrünü yaşamaq istəyir. Bunun da iqtisadi səbəbləri var. Çünki "yumşaq böhran" Qərb ölkələrinin hökumətlərinə yeni yardım paketləri həyata keçirməyi tələb etmir. İkincisi "yumşaq böhran"la ABŞ real sektorda tədricən stabilləşməyə nail ola biləcək: "O baxımdan "yumşaq böhran" neftin qiymətinin artmasına imkan verməyəcək. Hətta OPEK yenə də gündəlik hasilatın azaldılmasıyla bağlı qərar qəbul edərsə, bu, neftin qiymətinin kəskin artmasına zəmin yaratmayacaq. Bütövlükdə, 2009-cu ildə neftin qiymətiylə bağlı nikbin proqnoz 1 barelin 50 dollara satılmasıdır. Orta qiymət 50 dollar olarsa, bu, kifayət qədər nikbin proqnoz sayılır". Vüqar Bayramova görə, Qərb ölkələrinin "yumşaq böhran"a qədəm qoyması həm də onunla əlaqədardır ki, həmin ölkələr neftin qiymətinin yüksəlməsində maraqlı deyillər. Bununla Qərb ölkələri təbii ehtiyatlar hesabına diktatura rejimləri quran, işğallara əl atan, eyni zamanda Qərb üçün dost olmayan ölkələrə təsir etməyə çalışırlar: "Məsələn, ABŞ bu gün neftin qiymətinin yüksəlməsində ona görə maraqlı deyil ki, bu, Rusiyanın gəlirlərinin kəskin artmasına gətirib çıxarır. Yalnız qlobal maliyyə böhranı başladıqdan sonra neftin qiymətinin aşağı düşməsi son altı ayda Rusiyanın ümumdaxili məhsulunun (ÜDM) 10 faizinin itirilməsinə gətirib çıxarıb. Neftin qiymətinin kəskin qalxması belə ölkələrin güclənməsinə yol açar. Ona görə də bu il ABŞ neftin qiymətinin kəskin yüksəlməsinə imkan verməyəcək. Bu səbəbdən də yaxın aylarda neftin qiymətinin yüksəlməsi gözlənilmir. 2009-cu ildə neftin qiyməti 50 dollar civarında stabilləşərsə, bu, 2010-cu ildə neftin qiymətinin yüksəlməsinə zəmin yarada bilər".
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio